Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:30

Almaniya iş adamlarının Xanlar rayonuna maraqları artır


Almaniya iş adamları Gəncə və Xanların iqtisadi mühitiylə maraqlanırlar və sahibkarlardan ibarət nümayəndə heyəti bu il mayın sonlarında Azərbaycana gələcək.

Bu barədə məlumat verən Almaniyanın Azərbaycandakı səfiri Deltef Lingeman aprelin 4-də Xanlara səfəri zamanı bildirdi ki, bu rayon köhnə quruluşuna görə bir muzeyi xatırladır. May ayında Xanlara gələcək alman mütəxəssisləri də alman üslubunda tikilmiş evlərin bəzilərinin bərpası və vaxtilə bu rayonda yaşamış almanların inşa etdikləri Lüteranq kilsəsinin təmiri üçün rayon rəhbərliyi ilə məsləhətləşmə aparacaqlar.


Səfir Deltef Lingeman rayonda yaşayan yeganə milliyətcə alman olan Azərbaycan vətəndaşı Viktor Klayinlə görüşdü, alman qəbiristanlıqlarına, şərab zavoduna baş çəkdi. Onun sözlərinə görə, Xanlara gələrkən yolüstü Gəncə şəhər rəhbərliyi ilə də bir araya gəlib və həmin görüşdə səslənən Almaniyanın Ştutqart şəhəriylə Gəncənin qardaşlaşması təklifinin həyata keçirilməsinə çalışacaq.


Xanlar rayonunu on doqquzuncu əsrdə Azərbaycana sürgün edilmiş almanlar salıblar və şəhəri Yelenendorf adlandırıblar. Almaniyalı diplomatın da Xanlara göstərdiyi marağı bununla bağlıdır.


XS
SM
MD
LG