Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:41

Ordu referendumda, referendum orduda nəyi dəyişir?


Hərbçilər Bakıdakı seçki məntəqəsində, 18 mart 2009
Hərbçilər Bakıdakı seçki məntəqəsində, 18 mart 2009
«Azadlıq» radiosunun «İşdən sonra» proqramında mövzunu «Ordunun Dostları» İctimai Birliyindən Emin Həsənli və Silahlı Qüvvələrə Vətəndaş Nəzarəti İctimai Birliyindən Ələkbər Məmmədov müzakirə ediblər.

Emin Həsənli iddia edir ki, ordu sıralarında olan Azərbaycan vətəndaşlarının azad seçim etmək haqqı var. O cümlədən, martın 18-də keçirilən referendumda da əsgər və zabit heyətinə həm səs vermək, həm də səsverməni boykot etmək imkanı verilib:

«Mən inanıram ki, Azərbaycan ordusunda xidmət edən əsgər və zabit heyəti azad seçim edərək referendumda iştirak edib və rəyini bildirib».

E.Həsənli deyir ki, döyüş bölgələri istisna olmaqla orduda olan Azərbaycan vətəndaşları, əsasən, mülki əhalinin səs verdiyi məntəqələrdə səs verir.

Silahlı Qüvvələrə Vətəndaş Nəzarəti İctimai Birliyinin rəhbəri Ələkbər Məmmədovsa deyir ki, orduda səsvermə prosesi adətən «yaxşı təşkil olunur». Onun sözlərinə görə, səsvermə pozuntuları barədə Birliyə müraciət edən şəxslər saxtakarlıq və zorla səsverməyə məcbur edilmə hallarından da şikayətlənirlər.

O ki qaldı referendumdan sonra orduda nəyin dəyişəcəyinə, Ə.Məmmədovun fikrincə, hərbi əməliyyatlar başladığı təqdirdə seçkilərin təxirə salınması ilə bağlı Konstitusiyaya təklif edilən dəyişiklik hakimiyyətin uzunömürlülüyünü təmin etmək üçün təkllif olunub.

Emin Həsənli isə orduda siyasi məqsədlər naminə hərbi əməliyyatlardan sui-istifadəyə yol veriləcəyi barədə şübhələri əsassız sayır. Onun fikrincə, 90-cı illərin əvvəllərində hərbi əməliyyatların uğursuzluğuna məhz elə paytaxtdakı vaxtaşırı hakimiyyət dəyişiklikləri səbəb olub.

Ələkbər Məmmədovsa hesab edir ki, Azərbaycan cəmiyyətinin orduya nəzarəti zəif olduğundan burada istənilən sui-istifadə mümkündür.
XS
SM
MD
LG