Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:39

Qarabağ münaqişəsinə dair yeni təkliflərin olduğu təsdiqləndi


Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov - 2 aprel 2006
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov - 2 aprel 2006

Bakı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə danışıqlarda yeni təkliflərin olduğunu təsdiqləyib. Xarici İşlər naziri Elmar Məmmədyarov bunu mayın 9-da jurnalistlərlə söhbətində deyib: «Bəzi təzə, maraqlı fikirlər var, indi onların üzərində iş gedir. Bəzi fikirləri qəbul etmək olar, bəzilərini isə qəbul etmək mümkün deyil. Ancaq danışıqlar «Praqa prosesi» çərçivəsində gedir».


Cənab Məmmədyarov onu da bildirib ki, Azərbaycan tərəfi həmsədrlərin son fikirlərilə razılaşmayıb. Ötən həftə ATƏT Minsk Qrupunun həmsədrləri Moskvada görüşüb, sonra fransalı həmsədr Bernar Fasye Ermənistana və Azərbaycana səfər etmişdi.


Amma bu səfərlərin mahiyyəti haqqında ətraflı məlumat verilməyib.


Elmar Məmmədyarovun bildirdiyinə görə, mayın 18-19-da Strasburqda Avropa Şurasının toplantısı çərçivəsində həmsədrlərlə görüş olacaq: «Danışıqların sonrakı mərhələsi də həmin görüşdən sonra müəyyənləşəcək».


Xarici İşlər naziri iki ölkə prezidentinin görüşü barədə fikir söyləməyin hələ tez olduğunu deyib.


Cənab Məmmədyarov iyul ayında Sankt-Peterburqda «Böyük Səkkizlik» ölkələrinin sammitində Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunub-olunmayacağının hələlik bəlli olmadığını da söyləyir.


XS
SM
MD
LG