Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:51

Arabulun vəkili rəsmi versiyanı qəbul etmir


İyunun 2-də saxlanılan Arabul hazırda Bayıl İstintaq Təcridxanasındadır
İyunun 2-də saxlanılan Arabul hazırda Bayıl İstintaq Təcridxanasındadır
«Hüseyn Arabulun Azərbaycan dövlət sərhədini keçərkən balıqçı formasında olması, onun fiziki görkəminə dəyişiklik edilməsi, sərhədçilərə rüşvət təklif etməsilə bağlı yayılan informasiyaları qəbul etmirik». Bunu «Azadlıq» radiosuna «Barmek» Azərbaycan Elektrik Şəbəkə MMC-nin prezidenti Hüseyn Arabulun vəkili Abbas Atakişi deyib.

Vəkilin sözlərinə görə, xəbərlər Arabulun nüfuzuna ziyan vurulmaq üçün bilərəkdən yayılır. «Barmek» rəhbərinin saxlanmasının təfərrüatları ilə bağlı məlumatı iyunun 10-da Dövlət Sərhəd Xidməti yayıb.

Vəkilin sözlərinə görə, Arabula qarşı yalnız dövlət sərhədini qanunsuz keçmə maddəsi ilə ittiham irəli sürülüb. İttihamda o da göstərilir ki, Arabul Alazan çayı ərazisində Azərbaycan-Gürcüstan dövlət sərhədini keçməyə cəhd edib. Vəkil Abbas Atakişinin fikrincə, ilk sırada Arabulun sərhədi keçib-keçmədiyi və ona kimin yardım etdiyi, Azərbaycan tərəfə hansı qaydada qaytarıldığı müəyyən edilməlidir.

«Barmek» Azərbaycan Elektrik Şəbəkə MMC-nin prezidenti, Türkiyə vətəndaşı Hüseyn Arabul Azərbaycanda iqtisadi cinayətkarlıqda təqsirli biliinərək 5 il şərti cəza alıb. Cəza müddətində o, ölkəni tərk edə bilməz. İyunun 2-də saxlanılan Arabul hazırda Bayıl İstintaq Təcridxanasındadır.
XS
SM
MD
LG