Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:34

İkinci varis planı işə salındı


Şimali Koreyanın dövlət qəzetləri artıq ölkə vətəndaşlarının narahat edən əsas problemin həll olunduğunu yazıb
Şimali Koreyanın dövlət qəzetləri artıq ölkə vətəndaşlarının narahat edən əsas problemin həll olunduğunu yazıb
İndiki Şimali Koreya prezidenti Kim Yong-İlin (Kim Çen İr) oğlu Kim Yong-Una artıq «Yonq-myong-han Dongji» Brilyant Yoldaş adı verilib. Bütün Şimali Koreya dövlət aparatı, mediası hakimiyyətin tapşırığıyla varisin şəninə yazılan mahnıları əzbərlədir, onun haqda təbliğat aparır.

Cənubi Koreyanın «Yong Ang İlbo» qəzetinin ölkə kəşfiyyatına istinadən yaydığı xəbərə görə, Şimali Koreyalılar hakimiyyətin 26 yaşlı Kim Yonq Una keçməsini rahatlaşdırmaq üçün, 3-cü atom bombasını sınaqdan keçirməyə hazırlaşırlar. Pxenyanın təbliğat maşını bu sınağın bütün uğurunu varisin adıyla bağlayıb, onu xalqın gözündə qəhrəman kimi təqdim eləmək istəyir.

ABŞ-ın kəşfiyyat agentliklərinin adını açıqlamaq istəməyən rəsmisi də Şimali Koreyanın bu məqsədlə yeni nüvə silahı sınağına hazırlaşdığını güman elədiklərini bildirib. Bu barədə «Asoşeyted Press» yazıb.

Şimali Koreyanın dövlət qəzeti olan «Radonq Sinmun» həftənin əvvəlində artıq ölkə vətəndaşlarının narahat edən əsas problemin həll olunduğunu yazıb. Ölkəni gələcəkdə kimin həll eləməsiylə bağlı narahatlığa son qoyulduğunu.

1948-ci ildə Şimali Koreya Xalq Respublikasının əsasını qoyan Kim İr Senin ləqəbi «Böyük lider» olub. Kim İr Sen 1974-cü ildə oğlu Kim Çen-İri öz varisi elan eləyib. 1994-cü ildə, atasının ölümündən sonra, Kim Çen İr «Əziz Lider» adıyla hakimiyyətə gəlib.

Yeni varis - «Brilyant Yoldaş»ın 26 yaşı var. 1990-cı illərdə İsveçrədə təhsil alıb, ingilis dilində təmiz danışır. İndiki prezidentin 3 oğlundan ən kiçiyidir.

Şimali Koreyanın nüvə texnologiyasına malik olduğu 2006-cı ilin ilk atom bombası sınağından sonra aşkarlanmışdı. ABŞ kəşfiyyatı onda Şimali Koreyanın tam işlək olan atom bombasına və nüvə başlığı daşıya biləcək raket texnologiyasına malik olmadığını bildirirdi. Ancaq, bu texnologiyanı başqa ölkələrə satmasından ehtiyat edirdilər.

Bu il mayın 25-də Şimali Koreya ikinci dəfə atom bombasını sınaqdan keçirdi. BMT Təhlükəsizlik Şurası bu sınağa görə Şimali Koreyaya qarşı sanksiyalar tətbiq eləmək fikrindədir.

Cənubi Koreya Müdafiə Nazirliyinin rəsmilərinə görə, Şimali Koreya azı 2 sınaqda keçirəndən sonra mükəmməl atom bombasına sahib ola biləcək.
XS
SM
MD
LG