Keçid linkləri

2024, 01 Dekabr, bazar, Bakı vaxtı 01:48

Brayza prezidentlə bloqqerlərin həbsindən danışıb


Metyu Brayza
Metyu Brayza
«Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk Qrupunun fəaliyyətini çox yüksək qiymətləndirirəm. İki ölkə prezidentinin mövqeyi o qədər yaxındır ki, yaxın zamanlarda çərçivə sazişi imzalana bilər».

ATƏT-in Minsk Qrupunun amerikalı sabiq həmsədri Metyu Brayza avqustun 12-də Bakıda keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, bu məsələdə vasitəçilərin üzərinə tərəfləri konstruktiv olmağa təşviq etmək düşür. Münaqişənin birbaşa həlli isə tərəflərdən asılıdır.

M.Brayza prezident İlham Əliyevlə görüşündə həbsdə olan bloqqerlərin həbsi ilə bağlı məsələ qaldırdığını da bildirib. Onun sözlərinə görə, dövlət başçısına deyib ki, bu məsələ ədalətli proses, insan haqlarına müvafiq və Azərbaycanda söz azadlığının inkişafına xidmət edəcək şəkildə həll olunmalıdır.

Brayza artıq ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri kimi fəaliyyətini başa vurduğunu da bildirib. Gələcək diplomatik fəaliyyəti ilə bağlı hər hansı açıqlama verməyən Brayza, yalnız onu deyib ki, çox istərdi ki, bundan sonrakı fəaliyyəti də Cənubi Qafqazla bağlı olsun.

Metyu Brayza avqustun 11-dən Bakıdadır. Onu Minsk Qrupunda kimin əvəz edəcəyi hələlik bilinmir.
XS
SM
MD
LG