Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:27

Bir qrup dindar prezidentə müraciət edib


Sentyabrın 1-də bir qrup dindar «Fatimeyi-Zəhra» məscidinin sökülməsinə etiraz olaraq Bakı meriyası qarşısında aksiya keçirib
Sentyabrın 1-də bir qrup dindar «Fatimeyi-Zəhra» məscidinin sökülməsinə etiraz olaraq Bakı meriyası qarşısında aksiya keçirib
Bakının «Yeni Günəşli» yaşayış massivində yaşayan bir qrup dindar prezidentə müraciət edib. Onlar bu ərazidə yerləşən «Fatimeyi-Zəhra» məscidinin sökülməsinə etirazlarını bildirirlər.

«Milli Mənəvi Dəyərlər» İctimai Birliyinin mətbuat katibi Ramil Bayramov AzadlıqRadiosuna bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti onlara sentyabrın 2-də məscidin taleyilə bağlı deyəcəyi sözü təxirə salıb:

«Bizə dedilər ki, həftənin 5-ci gününə kimi gözləyin. Onu da bildirdilər ki, hazırda məscidin sökülməsindən söhbət gedə bilməz».

Sentyabrın 1-də bir qrup dindar «Fatimeyi-Zəhra» məscidinin sökülməsinə etiraz olaraq Bakı şəhər İcra Hakimiyyətinin qarşısında aksiya keçirib.

Məscidin sökülməsinə qərarı Suraxanı Rayon məhkəməsi verib, Bakı İqtisad Məhkəmə isə qərarı qüvvədə saxlayıb.
XS
SM
MD
LG