Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:34

Hüseyn Arabul 2 il azadlıqdan məhrum edildi


Arabul özü ittihamları rədd edirdi
Arabul özü ittihamları rədd edirdi
«Barmek-Azərbaycan Elektrik Şəbəkəsi» Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) prezidenti Hüseyn Arabul 2 il azadlıqdan məhrum edildi.

Bu haqda hökm sentyabrın 18-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilən iclasda çıxarılıb.

Hüseyn Arabul və daha 5 nəfər sərhədi qanunsuz keçmə və rüşvət vermədə ittiham olunurdular.

«Barmek-Azərbaycan Elektrik Şəbəkəsi» MMC-nin prezidenti Hüseyn Arabul iqtisadi cinayətkarlıqda təqsirli bilinərək 2007-ci ildə 5 il şərti cəzaya məhkum edilmişdi. Bu müddət ərzində o, Azərbaycandan kənara çıxa bilməzdi.

Rəsmi ittihama görə, bir neçə ay əvvəl o bir neçə şəxsin köməyi ilə gizli yolla Azərbaycandan Gürcüstana keçib. Arabul özü isə bu ittihamları rədd edirdi.

Hüseyn Arabulun əməllərində cinayət tərkibi olmadığını və məhkəmənin ədalətsiz qərar çıxardığını iddia edən vəkil Abbas Atakişiyev AzadlıqRadiosuna hökmdən apellyasiya şikayəti veriləcəyini bildirib:

«Məhkəmə müdafiə tərəfinin irəli sürdüyü hər hansı bir əsası təkzib edə bilmədi. Verilmiş ittiham sübuta yetirilməyib. Arabulun hərəkətlərində cinayət tərkibi yoxdur. Ona görə də qanunla müəyyən edilmiş qaydada hökmdən apellyasiya şikayəti veriləcək».

XS
SM
MD
LG