Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:47

Dubayda 3 Əliyevin 75 milyonluq mülkü


Məqalə «The Washington Post» qəzetinin 5 mart 2010-cu il nömrəsində çıxıb. Məqalənin müəllifi Endyu Xiqqinsdir. (İxtisarla)

«Hətta israfçı şəhərin ölçülərinə görə də alışın həcmi əzəmətli olub: ötən il Azərbaycandan olan 11 yaşlı oğlan dəniz sahilində 9 mülkün sahibinə çevrilib.

1 AZƏRBAYCANLININ 10 MİN İLLİK ƏMƏK HAQQI

Mülkün ümumi dəyəri təxminən 44 milyon dollardır – bu, orta Azərbaycan vətəndaşının 10 min illik əmək haqqı deməkdir. Ancaq belə görünür ki, Dubayın ən bahalı mülklərinin bir hissəsinin sahibi olan bu oğlan orta səviyyəli Azərbaycan vətəndaşı deyil.

Dubay Torpaq Departamentinin məlumatına görə, bu...Heydər Əliyevdir, Azərbaycanın hazırkı prezidenti İlham Əliyevin eyni adlı oğlu kimi. Mülkiyyətçinin doğum günü də prezidentin oğlu ilə eyni günə təsadüf edir.

Bakıdakı rəsmilər prezidentin oğlunun və yaxud eyni adlı və doğum günlü Azərbaycan məktəblisinin Palm Jumeirahda - multimilyonçu Britaniya futbolçularının və digər pullu adamları ilə tanınan bir yerdə bahalı mülklərin sahibinə necə çevrildiyi barədə şərh verməkdən imtina ediblər.

İLHAM ƏLİYEVİN MAAŞINA DUBAYDA MÜLK YOXDUR

Palm Jumeirah adasında sahil boyunca Əliyevlərin 9 mülkü


Palm Jumeirah adasında Əliyevlərin sahil boyunca 9 mülkü var

İlham Əliyevin prezident kimi illik maaşı 228 min dollardır. Bu məbləğ Dubayda hətta ən kiçik mülk almağa belə çatmır.

Prezidentin sözçüsü Azər Qasımov Dubayda alınan mülkü müzakirə etməkdən imtina edib.

«Mən heç nəyi şərh edə bilmərəm. Mən bu söhbəti dayandırıram. Sağ olun» – Dubayın Torpaq Departamentinin məlumatlarında qeyd olunan mülkiyyətçinin adını eşidən zaman Qasımovun cavabı belə olub.

Qasımov sonradan faks, elektron poçt və SMS-lərə də şərh verməyib.

Dubayda əldə edilən mülk barədə əvvəllər məlumat yayılmayıb. Bu hadisə Azərbaycanın var-dövlətini xaricdə gizlədən hakim elitasının nə qədər, hansı yollarla pul yığdığını göstərən nadir misallardan biri ola bilər.

Dubayın Torpaq Departamentinin məlumatlarında Heydər Əliyevin 9 mülkü ilə yanaşı, Leyla və Arzu Əliyevaların da adları da hallanır. Prezident Əliyevin eyni adlı və təxminən eyni yaşda olan iki qızı var. Onların dəqiq doğum tarixini müəyyənləşdirmək mümkün olmayıb. Ancaq müxtəlif məlumatlara görə, Leyla Əliyevanın doğum günü Torpaq Departamentində qeyd olunan azərbaycanlı qızın doğum günü ilə eynidir.

3 ƏLİYEVİN 75 MİLYONLUQ MÜLKÜ

12 yaşlı Heydər Əliyevin Dubaydakı mülkü

Ümumilikdə, prezidentin üç uşağının adı ilə eyni olan azərbaycanlıların Dubayda təxminən 75 milyon dollar dəyərində mülkü var. Dubayın daşınmaz əmlak dilerləri bildirib ki, mülklərin alınması ilə bağlı bəzi əməliyyatlar Azərbaycanın hakim ailəsini təmsil edən şəxs tərəfindən aparılıb. Onlar ödənişin avansla ödənildiyini deyir.

Gəlir gətirməyəcəyini bilərək xaricdə əmlak almaq bir sıra neft istehsal edən dövlətlərə xasdır. Korrupsioner elitalar ölkədə siyasi dəyişiklik olarsa, bu yolla var-dövlətlərini sığortalayırlar.

İLLİK MAAŞDAN 330 DƏFƏ BAHALI MÜLK

Dubayda Əliyevlərin mülkləriylə bağlı alış veriş işləri 2008-ci ildə başlayır.

Prezident Əliyevin övladları ilə eyni adı daşıyan 3 şəxsin adına Dubayda qeydiyyata alınmış əmlak onun illik maaşından 330 dəfə çoxdur.

Ailənin bəzi üzvlərinin, hər halda, pulu var. Prezidentin Rusiyanın zəngin iş adamı Emin Ağalarovla ailə qurmuş böyük qızı Leyla, ölkənin birinci xanımı Mehriban Əliyevanın qohumlarının Azərbaycanda gəlirli biznes maraqları var.

«BİZ BU HAQDA ŞƏRH VERMƏK İSTƏMİRİK»

Bu mülkün dəyəri orta azərbaycanlının 10 min illik əmək haqqına təndir


Emin Ağalarov Dubaydakı mülklə bağlı öz həyat yoldaşına və ya digər Əliyevlərə kömək etməsinə dair suala cavab verməkdən imtina etdi. O dedi ki, «öz xanımı ilə birgə biznesi və mülkiyyəti var».

Ancaq elektron poçtla yazdığı məktubda «Biz bu haqda şərh vermək istəmirik» yazıb həmin mülkiyyət barədə detallı məlumat vermədi».

MÖVZUNU ŞƏRH ETMƏK ÜÇÜN BURA DAXİL OL

XS
SM
MD
LG