Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:29

«Nazirlik və komitələrdə paket maaş ola bilməz»


«Paket maaşların verilməsi ilə bağlı ən ciddi problem özəl sektordadır».

Bunu aprelin 28-də Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov deyib.

Onun sözlərinə görə, dövlət sektorunda bu sahədə problem yoxdur. Nazir bildirib ki, məsələn, dövlətin 50 faizlik payı olan Mərkəzi Klinik Xəstəxanda 2009-cu ilin hesabatlarına görə orta aylıq əmək haqqı təxminən 600 manata yaxındır. Digər özəl tibb müəssisələrində isə bu göstərici 124 manata yaxındır :

«Bu fərqi görürsünüz, əslində özəl sektorda bu qədər maaş yoxdur, sadəcə vergidən yayınmaq üçün rəsmi sənədlərdə bu qədər göstərilir».

Fond sədri bildirib ki, prezident 2010-cu ilin birinci rübünün yekunları ilə bağlı müşavirədə də bu barədə göstəriş verib, bu sahədə mübarizə aparılır.

S. Müslümov nazirlik və komitələrdə, ümumiyyətlə dövlət büdcəsindən maliyyələşən qurumlarda paket maaş olmasını istisna edib. O qeyd edib ki, dövlət büdcəsindən dövlət qurumlarına ayrılan vəsait və maaş cədvəlləri prezident tərəfindən təsdiq olunur və bu cədvələ uyğun maaş verilir:

«Burada hansısa paket maaşdan söhbət gedə bilməz».
XS
SM
MD
LG