Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:26

«Burda açıq aşkar təxribat var»


Azay Quliyev - deputat
Azay Quliyev - deputat
Bunu «İşdən sonra» proqramında hazırda su basmış rayonların birindən millət vəkili seçilmiş Azay Quliyev söyləyib. O, elə bu gün fəlakət zonasına baş çəkdiyini, Şirvan rayonunda təbii fəlakətdən ziyan çəkmiş insanlarla görüşdüyünü bildirib.

Deputat deyib ki, Kürdə suyun həcmi olduqca yüksəkdir. Hətta saniyədə 2700-2800 kubmetrə çatır. Bunun bir səbəbini İrandan böyük miqdarda suyun Araz çayına axıdılması ilə əlaqələndirənlərin olduğunu söyləyən millət vəkili, bu versiyanın üstündə daha çox dayanır.

İranın Bakıdakı səfirliyinin bəyanatında isə deyilir ki, bölgələrə dəyən ziyanın miqyasının daha da artmasının qarşısını almaq üçün «Xudafərin» su anbarının tutumu müvəqqəti olaraq artırılıb. Məqsəd daşqınların baş verdiyi zonalara daxil olan suyun həcminin xeyli miqdarda azaldılmasıdır.

Sabirabad rayonundan deputat Pənah Hüseyn
Səfirlik belə açıqlamaları məsuliyyətsiz sayaraq, təkzib edir. Azay Quliyev isə bu bəyanatı yarımçıq, gecikmiş və həqiqəti tam əks etdirməyən sənəd sayıb:

«İran bu məsələdə mənfi rol oynayıb».

Sabirabad rayonundan deputat Pənah Hüseyn isə fəlakət zonasından mayın 9-u qayıtdığını söyləyib:

«Mayın 11-i Milli Məclisin iclasında bu məsələ və zərərçəkmiş ailələrə kompensasiya verilməsi məsələləri müzakirə olunacaq».

Pənah Hüseyn daşqına səbəb kimi bəndlərin standartlara cavab vermədiyini, bəzi bəndlərin dağıdılmasını, mühafizə zolaqlarının olmamasını göstərib.

/Hazırladı Kamran Mahmudov/

BURADAN DINLƏYİN

XS
SM
MD
LG