Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:39

Sabirabadda daha bir bənd dağılıb, 3 kəndi də su basır


Azərbaycanda təbii fəlakətin baş verdiyi Sabirabad rayonu ərazisində Kür çayının daha bir bəndi dağılıb və əhalisi evakuasiya edilməyən kəndləri də su basıb.

APA-nın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, Sabirabad rayonunun Mürsəlli kəndindən keçən hissəsində Kür çayı üzərindəki birinci və ikinci bəndlər dağlıb. Mürsəlli, Ulacalı və Şıxlar kəndlərinin su altında qalması təhlükəsi yaranıb. Bu kəndlərin əhalisi evakuasiya olunmayıb.

Məlumatda bilirilir ki, əraziyə gedən yolları su basdığı üçün gediş-gəliş çətinləşib. Hadisə nəticəsində ölən və itkin düşənin olub-olmaması barədə dəqiqi məlumat yoxdur.

FƏLAKƏT ZONASINDAN FOTOSESSİYAYA BURADA BAXA BİLƏRSİNİZ
XS
SM
MD
LG