Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:28

Kür çayı haqda bunları bilmək maraqlıdır


Kür çayı
Kür çayı
Kür çayı Cənubi Qafqazın ən böyük çayıdır.

Onun uzunluğu 1515 km-dir. (Müqayisə üçün, dünyanın ən uzun çayı - Nilin uzunluğu 6670, Avropanın ən uzun çayı Volqanın isə - 3692 km-dir). Kürün 906 km-i Azərbaycan ərazisindən keçir.

Kür çayının hövzəsi 188 min kvadrat kilometri əhatə edir. (Müqayisə üçün, Hövzəsinə görə dünyanın ən böyük çayı sayılan Amazon çayının hövzəsi 7 milyon 180 min kvadrat kilometr təşkil edir)

Kür çayı öz mənbəyini Türkiyədən, Qars vilayətinin ərazisindəki Qızıl Gədik dağının şimal-şərq yamacından, 2740 metr yüksəklikdən götürür. 3 dövlətin - Türkiyə, Gürcüstan və Azərbaycan ərazisindən axan Kür Xəzər dənizinə tökülür.

Türkiyədən Gürcüstana qədər dağ çayı kimi axan Kür ensiz dağ vadilərindən - dərələrdən keçir. Belə vadilərdən ən böyüyü Gürcüstandakı Borjomi dərəsidir. Tbilisi yaxınlığında Kür düzən çaylarına məxsus forma alır, yatağı enlənir.

Kürün ən böyük qolu Araz çayıdır, Sabirabad yaxınlığında Kürə tökülür. Araz, əslində su hövzəsinə görə Kürdən də böyükdür. Kürün digər böyük qolları - Liaxvi, Çisandon, Araqvi, Qanıx (Alazani), Türyan, Ağstafa, Şəmkir və Tərtər çaylarıdır.

Kür çayı suyunu haradan alır? Onun su mənbəyinin 36 faizini əriyən qarlar, 30 faizini yeraltı qrunt suları, 20 faizini yağış, 14 faizini isə buzlaqlardan əriyib axan sular təşkil edir.

Kür çayı üzərindəki böyük şəhərlər: Borjomi, Qori, Mtsxeta, Tbilisi, Rustavi, Mingəçevir, Yevlax, Sabirabad, Şirvan (keçmiş Əli-Bayramlı), Salyan.

/ Mənbə: Vikipedia /

ƏLAQƏDAR YAZILAR

FƏLAKƏT ZONASINDAN REPORTAJ

SABİRABAD VƏ ŞİRVAN SU ALTINDA

TƏBİƏTİN YOXSA «AZƏRENERJİ»NİN PROBLEMİ…

DAŞQIN QAÇQINLARI

«DAŞAN KÜRÜN SƏVİYYƏSİ YOX, KORRUPSİYANIN SƏVİYYƏSİDİR»

KÜRDƏ İTKİN DÜŞƏN SABİRABAD SAKİNİNİN MEYİTİ TAPILIB

ÜÇ GÜN ƏRZİNDƏ KÜRQIRAĞI RAYONLARIN HAMISI TƏHLÜKƏDƏ OLACAQ

MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI ASC-YƏ AYRILAN PULLAR HANI?
XS
SM
MD
LG