Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:40

İnsan haqları təşkilatları Bakıya təzyiq xahişi ilə Avropa Şurasına üz tutub


Avropa Şurasının Bakıdakı ofisinin qarşısında piket keçirmək istəyən jurnalistləri də həbs edirlər, 11 mart 2008
Avropa Şurasının Bakıdakı ofisinin qarşısında piket keçirmək istəyən jurnalistləri də həbs edirlər, 11 mart 2008
"XAHİŞ EDİRİK, BAKIYA TƏZYİQ EDİN"

Bir neçə beynəlxalq hüquq müdafiə təşkilatı Avropa Şurasına müraciət edərək ölkədə insan haqları sahəsində vəziyyətin yaxşılaşdırılması üçün Bakıya ciddi təzyiqlər göstərməyə çağırıblar.

İyunun 24-də yayılan müraciəti Norveçin Helsinki Komitəsi, İnsan Haqları üzrə Polşa Helsinki Fondu, Article 19, Rafto fondu və başqa regional təşkilatlar imzalayıblar.

Norveçin Helsinki Komitəsinin sözçüsü azadlqiRadiosuna deyib ki, bəlkə də Azərbaycanda kimlərsə, bu cür müraciətləri boş yerə vaxt itirmək sayır, amma problemi diqqətdə saxlamaq üçün bud a bir yoldur:

“Bu müraciəti də etməsək, alternativ nə edə bilərik? Məncə, ən əsas məsələ Azərbaycanı gündəlikdə saxlamaqdır. Çünki indi dünyada o qədər çox sayda böhranlar var ki, Azərbaycanda insan haqlarının vəziyyəti asanlıqla unudula bilər.”

"BİRİNCİ İŞ HAKİMLƏRİN MÜSTƏQİLLİYİNİN TƏMİN EDİLMƏSİDİR"

Müraciətdə Avropa Şurası ölkədə son dərəcədə vacib olan məhkəmə islahatlarının aparılması, onların müstəqilliyinin təmin edilməsi və Azərbaycanı beynəlxalq öhdəliklərini yerinə yetirməyə məcbur etmək üçün Bakıya təsir göstərməyə çağırılır: “yada salmalıyıq ki, Azərbaycan hökuməti ifadə, toplaşma azadlıqlarının təmin edilməsi, azad seçki keçirilməsi barədə öhdəliklərə imza atıb. Amma Bakı bunu etmir. Ona görə də Azərbaycana bəlli institutular vasitəsilə təzyiq edilməlidir” – deyə Lindeman bildirir.

Müraciətdə Avropa Şurası Parlament Assambleyası Azərbaycanda fəallar və jurnalistlər əleyhinə məhkəmə işlərinin və siyasi mahiyyətli hökmlərin aradan qaldırılmasına yardım etməyə çağırılır.

Azərbaycanda ən azı iki bloqçu və bi qəzet redaktorunun yerli və beynəlxalq insan haqları fəalları yalnız fakir ifadə etdikləri üçün həbsə məruz qalmış siyasi məhbuslar hesab edirlər. Bloqçular Adnan Hacızadə və Emin Milli xuliqanlıq ittihamı ilə iki il yarıma qədər, “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayev isə vergi cinayətləri törtəmək, terrorçuluq barədə yalan məlumat yaymaq, milli ədavəti qızışdırmaq ittihamları ilə səkkiz il yarım müddəytinə azadlıqdan məhrum edilib.

Avropa İnsan Haqları Məhkəməsi eynulla Fətullayev haqqında bu məhkəmə hokum ilə onun hüquqularının pozulması barədə qərar çıxarıb. Qərara görə o azad edilməli və hökumət jurnalistə 25 min avro cərimə ödəməlidir. Amma rəsmilə Avropa Məhkəməsinin bu qərarı ilə raz deyillər.

Azərbaycanın siyasi rəhbərliyi insan haqlarının vəziyyəti barədə tənqidləri qəbul etmir, bu cür fikirləri hansısa başqa məqsədlərlə bütövlükdə ölkəyə yönəlmiş təzyiqlər adlandırırlar.
XS
SM
MD
LG