Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:55

Sabirabadlılar Prezident Aparatında qəbula nail olublar


Bir qrup Sabirabad sakini, polis və təhlükəsizlik xidmətinin müqavmətinə baxmayaraq, prezident administrasiyasında qəbul edilməyə nail olublar.

"Biz təxminən 100 nəfər idik. Qəbul otağına gəldik və mayda baş verən daşqından sonra yaranan problemlərimizdən danışmaq üçün dövlət başçısından görüş tələb etdik. Lakin bizdən binanı tərk etməyi və bağda cavab gözləməyi tələb etdilər.

Bir qədər sonra 6 nəfər bizi dəvət etdilər və bizi Dəyanət adlı Sabirabad rayonunun kuratoru qəbul etdi", deyə Sabirabad rayonu Əskərbəyli kənd sakini İlham Əmiraslanov "Turan"a bildirib.

"Narazılığımızın əsas səbəbi odur ki, bizə təklif olunan kompensasiya itkilərimizin əvəzini ödəmir və belə davam etsə, biz bomja çevriləcəyik. Belə ki, hakimiyyət tamamilə dağılmış evləri bərpa etməyi və hər bir ailə üzvünə 200 manat ödəməyi təklif edir.

Qismən dağılmış evlər də dövlət hesabına bərpa olunacaq, hər bir ailə üzvünə isə 300 manat veriləcək.

Cüzi ziyan dəymiş evlərin sahiblərinə hər ailə üzvünə (5 nəfərdən çox olmayaraq) 400 manatdan 1000 manatadək (evin sahəsindən asılı olaraq) kompensasiya ödəniləcək. Bu vəsaitlə insanlar özləri həm təmir etməli, həm təsərrüfatı bərpa etməlidirlər.

Təklif edilən məbləğlər real deyil, çünki biz hər şeyimizi - ev heyvanlarını, əkin sahələrini və avadanlıqlarımızı itirmişik. Ailə 800 və ya 1000 manat itirdiklərini necə bərpa edə bilər, hətta ona ev bağışlansa belə?", deyə İlham Əmiraslanov qeyd edib.

Nəhayət, sabah FHN Kəmaləddin Heydərov və prezident administrasiyası nümayəndəsinin Sabirabada gələcəyi və yerindəcə vəziyyəti araşdıracağı barədə razılıq əldə olunub.

Əmiraslanov həmçinin qeyd edib ki, ziyan dəymiş rayonların sakinləri bağ və bostanlarını, habelə əkin sahələri və mal-qaralarını itiriblər. Hər bir ailənin itkisinin ümumi məbləği, ev də daxil olmaqla, ən azı 100 min manat təşkil edir. Lakin təklif edilən yardım 20 min manatdan çox deyil, deyə Əmiraslanov bildirib
XS
SM
MD
LG