Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:39

Hökumət öz məmurlarına «sel yardımı» verib?


Seldən canını qurtarmağa çalışan Sabirabad sakinləri, may 2010
Seldən canını qurtarmağa çalışan Sabirabad sakinləri, may 2010
“Daşqından ziyan çəkmiş bölgələrdə əhaliyə verilən yardım və kompensasiyaların bir hissəsini yerli məmurlar mənimsəyib”. Bunu daşqından ziyan çəkən bölgələrdə vəziyyəti araşdırmış ictimai təşkilatların birliyi olan “Kür” Vətəndaş Qərargahı iddia edir.

Sabirabad rayonun Azadkənd kəndinin sakini Şahbaz Hacıyev şahidi olduğu bir əhvalatı danışır: "Bizim ərazidə, Sabiabadın Azadkənd sovetliyində vətəndaşa 1600 manat yardım yazıb, ona cəmi 800 manat vermişdilər. Prokurorluq işə qarışandan sonra pulu da qaytardılar, hətta üstündə 400-500 manat da pul verirdilər ki, bizi tuturlar".

Hökumətin seldən zərərçəkənlərə yardımların yerli məmurların necə mənimsədiklərinə dair “Kür” Vətəndaş Qərargahının araşdırmasını "KORRUPSİOMETR" saytında oxyun.
XS
SM
MD
LG