Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:57

Kişi arvad və uşaqlarını döyə bilər, əgər


Əfqanıstanda ailə zorakılığıyla bağlı çəkilən sənədli filmdən kadr
Əfqanıstanda ailə zorakılığıyla bağlı çəkilən sənədli filmdən kadr
Birləşmiş Ərəb Əmirliyinin Ali Məhkəməsinin qərarına görə, İslam qanunlarına – Şəriətə görə, kişinin öz arvadı və uşaqlarını döyməyə ixtiyarı çatır. Əgər bu zaman döymə izləri qoymursa, habelə əgər başqa cəza yollarını artıq sınaqda keçirib və nəticəsini görməyibsə.

YUMRUQ, ŞİLLƏ, TƏPİKLƏ DÖYÜLƏN QADIN VƏ QIZININ ŞIKAYƏTİ
Məhkəmə bir kişinin öz həyat yoldaşını və 23 yaşlı qızını döyməsi olayını araşdırıb.
İşin sənədlərinə görə, kişi tez-tez öz arvadını və qızını şillə, yumruq və təpiklə vururmuş. Sonuncu döymə zamanı kişi arvadının dodaqlarını partladıb və dişlərini sındırıb. Qızının isə sağ əli və sağ dizndə gömgöy ləkələr olub.

MƏHKƏMƏNİN QƏRARI : ŞƏRİƏTƏ GÖRƏ, DÖYMƏK OLAR
Məhkəmə şikayəti araşdırıb. Və verdiyi qərar belə olub ki, islam şəriətinə görə, kişinin öz arvadı və uşaqlarını cəzalandırmaq hüququ var. Bu hüquqa onları döymək də daxildir. Əgər kişi döyməyə qədər digər cəza vasitələrini tükədibsə. Digər cəza vasitələri dedikdə məhkəmə tənbeh və arvadıyla yatağa girməməyi nəzərdə tutduğunu bildirir.

İSLAMLA BAĞLI HƏMÇİNİN BAX


AMMA DÖYMƏK HÜQUQUNDAN SUİ-İSTİFADƏYƏ YOL VERİLMƏMƏLİDİR
Ancaq konkret iddiaya gəlincə, məhkəmə bildirib ki, kişi şəriətlə ona verilən hüququndan sui istifadə edib. Yoldaşını tez-tez və icazə veriləndən ağır şəkildə döyüb. Qızının isə 23 yaşı olduğundan kişinin onu döyməklə cəzalandırmaq ixtiyarı yoxdur.

Məhkəmə qərarı Əmirliyiningilis dilli The National jurnalında da dərc olunub. Jurnalda qərarı şərh edən Baş hakim Fəlah əl Haceri bildirir ki, kişinin arvadı və uşaqlarını döymə hüquq olsa da, bu hüquqdan sui istifadə etməklə həddini aşmaq yolverilməzdir.

ALİMLƏR NƏ DEYİR?
Məhkəmə qərarını şərh edən Misirli üləma Dr.Camal Bədəvi deyib ki, “əslində Quran və peyğımbər qadına əl qaldırmağa yol vermir, əksinə döyməyi qadağan edir. Üstəlik, islama görə, əgər Qadın və kişi arasında münasibətlər bir-birinə əl qaldırmaq səviyyəsinə gəlibsə, onda tərəflər boşanmalıdırlar. Və Ərəb Əmirliyi məhkəməsinin qərarı əslində şəriətə yox, ölkədəki kişilərin istədiyini etmək hüququ verən adət-ənənləriniə əsaslandırır”.
XS
SM
MD
LG