Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:51

İranda qızlarla oğlanları ayırırlar


Gələn akademik təhsil ilindən Tehran Universitetində qızlar və oğlanlar ayrı-ayrı siniflərdə yerləşdiriləcək. Allameh Tabatabai Universitetinin rektoru Seyed Sadredin Shariati deyib ki, oğlanlarla qızların bir-birindən ayrılması ilk növbədə daha çox tələbənin iştirak etdiyi ümumi kurslara aid ediləcək.

Bu ayın əvvəlində mərkəzi qərargahı ABŞ-da olan İranda İnsan Hüquqları Uğrunda Beynəlxalq Kampaniya Təşkilatı bildirmişdi ki, Məşhəddəki Firdovsi Universitetinin mühəndislik fakültəsinin təxminən 50 qrupunda misli görünməmiş gender ayrı-seçkiliyi həyata keçiriləcək.

«PİŞİYİN QABAĞINA ƏT QOYMAQ»

Qızlarla oğlanların ayrı-ayrı siniflərdə yerləşdirilməsini isə ilk dəfə 2009-cu ildə Hojatoleslam Nabiollah Fazlali təklif etmişdi. O, İran ali dini liderinin Tusi adına Texnologiya Universitetindəki nümayəndəsidir.

Fazlali oğlanlarla qızların bir yerdə oxumasını tənqid etmişdi. Demişdi ki, bu cür təhsil tələbələr arasında təhlükəli nəticələrə gətirib çıxaran münasibətlərə zəmin yaradır. Onun sözlərinə görə qızlarla oğlanları bir sinifdə yerləşdirmək “pişiyin qabağına ət qoymaq” kimi bir şeydir.

Avropada yaşayan qadın hüquqları fəalı Asiya Amini Fərda Radiosuna deyib ki, bu cür gender ayrı-seçkiliyi İrandakı qadınların ziyanına olacaq. Onun fikrincə, universitetlərdə həm qız, həm də oğlan tələbələrə eyni cür tədris verilməyəcək. Bundan da qız tələbələr ziyan çəkəcək. Çünki üstünlük oğlanlara veriləcək.

Asiya Amini onu da deyib ki, son illər İran universitetlərində təhsil alan qızların sürətlə artması iş yerlərindəki gender balansına gətirib çıxara bilər. Lakin gender ayrı-seçkiliyi kimi tədbirlər buna imkan verməyəcək.

Sayta hazırladı: Kəbiran Dilavərli

XS
SM
MD
LG