Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:38

Kəramət Böyükçölün "Çöl" romanının müzakirəsi başlandı


Azadlıq Radiosunun "Oxu zalı"nda gənc yazar Kəramət Böyükçölün "Qanun" nəşriyyatında çapdan çıxmış "Çöl" romanının müzakirəsinə başlayırıq.

Roman haqda ilk yazı - Nərmin Kamalın yazısı sabah "Oxu zalı"nda.

Hələliksə romandan bir parçanı saytımızın oxucularının ixtiyarına veririk.





Kəramət Böyükçöl

ÇÖL

(Romandan parça)


...Göyçəyin nənəsi dünyanın dalına dəymişdi.

Kənddə onun keçmişi ilə bağlı maraqlı əhvalatlar dildən-dilə dolaşırdı.

Guya deyirdilər ki, o, kişilərə qıraqdan baxanda bütün xüsusiyyətlərini açıb söyləyir.

Hərdən cavan gəlinlərlə zarafatlar edər, hətta onları boylu-buxunlu kişilərlə xəyalında cütləşdirərdi.

Məsələn, deyərdi ki, filan kişi səni belə-belə eləsin.

Bu gəlinlərin xoşuna gələrdi. Gəlinlər arvadı bu cür danışdırmaqdan zövq alardılar. Gəlinlərin xoşuna gələn ən maraqlı əhvalat onun toy gecəsindən danışması idi.

Guya əri toy gecəsində bağlı çıxıb, düz 17 gün. Əri çox utanırmış, daha yengə də canından bezibmiş.

Yengə də az aşın duzu deyilmiş ha. Yavaşca qızın qulağına deyir ki, ərin səni ona görə gəlin eləyə bilmir ki, onu bağlayıblar.

Onu ancaq kəndin mollası aça bilər. Bu molla da indiki kənd məsçidinin mollası Qasımın babası
Məşədi Əşrəf imiş.
Arvad da, yəni Göyçəyin nənəsinin yengəsi gedib mollaya deyir ki, bəs belə-belə…

Molla da cavan bir oğlan, dünyadan halı bir kişi…

Bir dua yazır, gəlin də, oğlan da içir. Amma üç gün keçir, xeyri olmur ki, olmur.

Artıq ər də canından bezir, gəlin də. Bilmirlər ki, neyləsinlər.

Qız da toppuş, yaşı da ki, on altı. Axır molla deyir qızı gecə gətir yanıma.

Yengə deyir bəs əri? Deyir onu da göndər Masallı isti suyuna, guya prastatında vaspaleniya var.

Yengə belə də edir. Oğlanı Masallıya göndərir, gəlini də gecə gətirir mollanın yanına.

Molla deyir ki, mən deyən sözləri gərək gəlin təkcə eşidə, kənar adam eşitməməlidir.

Ona görə də yengə soyuqda durur çöldə. Molla qıza baxır, yəni Göyçəyin nənəsinə, vəhşi kimi gözləri alışıb yanır.

Bir kağızı qaralayıb üçbucaq kimi bükəndən sonra gəlinin başına dolayır. Bu ərəfədə qıza deyir ki, gözünü yumsan yaxşı olar. Sonra duanı gəlinin köynəyinin yaxasından aşağı salır.

Əli ilə döşlüyü yuxarı qaldırır ki, dua qızın məmələrinə yaxşı-yaxşı dəysin.

Beləliklə, molla duanı qızın döşlərinə 10 dəqiqə sürtdükdən sonra ordan da aşağı, köbəyinə, köbəkdən də aşağı alt paltarının rezinini barmaqları ilə aralayıb bir az aşağılara doğru irəliləyir.

Qız burda dözmür, azca bihuş olur, hıçqırır, ağlamsınır, yarı könül özü də mollaya kömək eləyib alt paltarını soyunur.

Bununla məsələni molla “udaçnı” həll eləyir. Sonra qız əlləri ilə üzünü tutur, utanmaq yenə əllərin payına düşür.

Yengə molladan xeyli pul alıb gəlini evə gətirir. Hələ gəlinin də boynuna bir minnət qoyur ki, qədrimi bilməzsən, səni gül kimi bir mollayla ləzzətin zirvəsinə çıxartdım. Özüm də çöldə soyuqdan donurdum.

Sən içəridə hıçqırdıqca mən də çöldə yuxa yerimi barmaqlarımla didik-didik eləmişəm.

Bu işi bir sən bilirsən, bir də mən. Bir daş altdan, bir daş üstən. İnnən belə mənim sözümdən çıxma.

Gəlin, yəni Göyçəyin nənəsi yengədən soruşdu:

- Bəs qan məsələsi necə olacaq?

- Sənə bir neştər verəcəm, elə ki ərin səni zorladı, imkan tap neştəri bas baş barmağına, sonra həmin tuşdan qanı sürt döşək ağına.

- Birdən yenə bağlı çıxdı?

- Yox çıxmaz, onu bağlı çıxmağı ən çox sənin təcrübəsizliyindəndi. Əvvəl gözlərini yum, donunu dizdən yuxarı qaldır. Bilə-bilə yox, guya don dırnağına ilişibmiş, qoy bircə anlıq ərin ağ budlarını görsün. Tez donunu sal aşağı ona yalvar ki, guya qorxursan. Qoy səni zorla soyundursun. O, səni soyundurduqca yox, yox, olmaz mən istəmirəm, mənim on altı yaşım var, mən uşağam, mən ərdən qorxuram, mən məktəbə getmək istəyirəm de. Onda onun bağlılığı açılacaq.

Göyçəyin nənəsi bu əhvalatı danışdıqca qızıl-qırmızı gəlinlər bir-birlərinin çiyinlərinə vurub gülməkdən ölürdülər.

Söhbət gəlinlərə ləzzət eləyirdi, rəngləri allanırdı, bir-birlərinin yanlarını basa-basa qulaq asırdılar. İş o yerə çatmışdı ki, gəlinlərdən biri az qala ürəklənib öz toy gecəsindəki əhvalatını danışmaq istədi, özünü güclə saxladı.

Gəlinlərdən bir az cavan olanı soruşdu:

- Bəs bu məsələni yengə açmadı ki?

- Yox, bir-iki dəfə məni qorxuzdu. Guya kolxoz sədrinin mənə gözü düşüb, onunla olmasam, məni kənddə bədnam eləyəcək. Bir dəfə əlacsız qalıb onun bu istəyini yerinə yetirdim.

- Onda oğlun onnandı?

- Yox. Mən molladan uşağa qalmışdım, amma, bir dəfə inəyi sağanda qarnıma elə bir təpik vurdu ki, uşağı ziyan elədim. Molladan uşaq doğsaydım haa, yengə mənim yediyimi, içdiyimi irin-qan eləyib burnumdan tökəcəkdi. Deyəcəkdi ki, uşaq lap elə “pırt” eləyib mollanın burnundan düşüb. Yaxşı ki, o, tez öldü. Uşaq öz ərimdəndi.

Göyçək fermada olanda meşəbəyi tez-tez onlara nahara gəlirdi.

Göyçəyin atası hər dəfə onu qarşılayıb, balaca daxmaya ötürəndən sonra yaxınlıqdakı atın hörüyünü dəyişməyə gedirdi.

Bir gün nənəsi samovarı çəlləkdən su ilə dolduranda meşəbəyi içəri girdi. Onu həmişə Göyçək qarşılayırdı.

Hər dəfə meşəbəyi guya onu da balaca qız bilib yanağından öpürdü. Get-gedə bu cür öpüşlər adi hal aldı.

Günbəgün meşəbəyinin dodaqları Göyçəyin yanaqlarından dodağına tərəf irəliləyirdi.

Qız bir şey anlamırdı. Bir dəfə meşəbəyi yenə də Göyçəklə görüşürmüş kimi dodaqlarını qızın ağzının qırağına yapışdırdı, sonra yavaşca mərkəzə doğru sürüşdü.
Qızın alt dodaqları kişinin ağzında titrədi, elə bil qız nəsə anladı. Meşəbəyini bir az itələyən kimi oldu.

Kişi də fürsəti əldən verməyib qızın döşlərini yumuşaqcasına əllədi.

Göyçək qaçıb çölə çıxdı, arxın kənarındakı söyüd ağacına söykəndi, ürəyi ağzından çıxırdı. Həyəcandan sifəti od tutub alışırdı.

Yadına nənəsinin bir dəfə daxmanın dalında ona meşəbəyi haqqında dediyi sözlər düşdü: - Meşəbəyi əlinə düşən qadını hələm-hələm salamat buraxmaz, fermadakı qadınların çoxunu … o söz, hələ üstəlik də qız uşağı ola… ona görə də suya tək getmə.

Bəs necə olsun? Göyçək neyləsin? Nənəsinə desə hirslənər, o da meşəbəyini acıqlanar.

Meşəbəyi də onların mal-qarasını meşənin otlaq sahəsindən çıxarar. Kəndə getsə, nənəsi burda tək necə qalacaq?

Orası da var idi ki, nənəsinin danışıqları Göyçəyin zəhləsini töksə də o, həm də bu söhbətlərə maraq göstərirdi.

Eşşəyə səhəngləri çatıb su gətirməyə gedəndə bəzən eşşəyin qarnının altından sallanan beşinci ayağına saatlarla tamaşa eləməkdən doymazdı.

Göyçək gözəgəlimli idi. Həm də demək olar ki, evin işlərini tək görürdü.

Nənəsi hərdən kişilər haqqında ona danışanda sifəti allanıb pörtürdü.

Nənəsi ən çox meşəbəyinin güclülüyəndən, heç bir kişiyə bənzəmədiyindən danışırdı.

Qız da bu söhbətlərə diqqətlə qulaq asır, hamısını yadında saxlayırdı.
Yetər arvad Göyçəyin belini sarıdı.

Uşaqdı da, bir qaşıq kişi suyudu - dedi. Göyçəyin sağ üzündəki yaşıl kölgə başının hərəkətinə uyğun olaraq o tərəf bu tərəfə yerini dəyişirdi.

Arvadların hamısının sifətində yaşıl kölkə vardı. Elə bil çinar yarpağının hər biri tək-tək adamların üzünə köçmüşdü.

Göyçək bir az sakitləşdi. Vannanın içindəki qan topasını aparıb pəyənin dalındakı çalada basdırdılar.

Elə bu zaman arvadlara xəbər çatdı ki, bəs kəndin başında yaşayan Sadığın cavan gəlini də uşağı ziyan elədi. Vəziyyəti də ağırdı. Deyirlər uşaq bir az iriymiş deyə qan çox gedib.

Yetərlə birgə bir neçə arvad tumanın balağını əlinə alıb kəndin başına tərəf - Sadıqgilə yüyürdülər.

Yenə Yetər arvad “qaşıq və su” məsələsini deyib, gəlini bir təhər sakitləşdirdi. Gəlinin üzündə yarpaq boyda, bəlkə də sərçə boyda yaşıl bir kölgə o yana, bu yana qaçırdı. Sadıq başını əl ağacına söykəyib dedi:

- Bizi çinar qırdı.

Qardaşı: - Əşi, çinarın bura nə dəxli var – dedi, - ağacdı dana gündə yüzünü kəsirlər. Odey, Bakıda ağac qalmayıb, qırıb yerində bina tikirlər. Bəs onlara niyə bir şey olmayır?

- Yox, o, ağaclar uşaqdılar, bizim çinarın 500 yaşı varıydı. 10 babamızdan xəbərdarıydı. Dünən Soltanı gördüm, Bakıya köçmək istəyir. Deyir uşaqların üzünə baxa bilmirəm, hamımız gözü kölgəliyik. Qonaq gəlir, onun da üzünə kölgə düşür. Özü demədi, amma eşitdiyimə görə onun da gəlini uşağı ölü doğub.

- Deyirsən bunu da çinar eləyib?

- Hə, sən öl.

- Yox əşi, elə şey ola bilməz, Akif müəllim deyir maqnit sahəsidir. Hardansa Yubiter planeti yerə yaxın bir yerdən keçir.

- Keçsin eey, amma niyə bu kölgə təkcə bizim kəndin camaatının üzünə düşsün?
Bu heyində Yaqub dayı söhbətə qurd saldı:

- Əşşi, deynən yer kürəsinin yanından Yupiter yox eee, Yetər arvad keçib.
Sadıq kişi əlini yellədi:

- Yetəri də biz yetişdirdik, elə onu da biz qayırdıq dana.

Yetər arvad yenidən Göyçəyin yanına qayıtdı. Qaşıq və su məsələsini bir də xatırlatdı. Göyçəyi huş aparırdı.

Fermada nənəsinin gəlinlərlə zarafatına, eşşəyə, meşəbəyiyə qədər gözləri yol çəkirdi. Bunu düşünüb azca dodaqlarını marçıllatdı.

Yetər arvad: - Yəqin dodaqların quruyur - dedi. Ona ilıq su içirtdi.

Meşəbəyi bir gün Göyçəyin nənəsinə dedi ki, nəvən maşşallah yaxşı şeydi, əmələ gəlib. Nənə də lotu bir arvad.

Deyib istəyirsən elə-belə üzdən-üzdən məşğul ol, amma elə elə ki, qız uşağıdı, bədbəxt olmasın, ehtiyatı əldən vermə.

Bunu necə eləyim? - Meşəbəyi soruşub. Göyçəyin nənəsi: - Oğlum hərdən uzaq kəndlərə, xeyir-şər yerlərinə gedəndə gəlib bizdə qalarsan, guya ağacları gecə qırırlar, ona görə də burada qalmalı olursan, daha hara gedəsən?

Oğlumun dostusan, gecə qalarsan bizdə.

Göyçəklə mən otağın bir küncündə yatarıq, sənin də yerini iki metir aralıda - pəncərənin qabağında salaram.

Sonra gecə yarı guya mən dərin yuxudayam. Sən tut qızın ayağından çək sal yerinə. Bax haaa, mənim heç nədən xəbərim yoxdu.

- Birdən qız qışqırdı, haray-həşir qopardı?

- Yox, mən qızı günüzdən himm-cimlə bəzi məsələlərdən halı eləyəcəyəm.

Göyçəyin nənəsi bu məsələni 60 hektar otlaq sahəsi, 5 lapet oduna danışmışdı.

Üstəlik də bir neçə dəst pal-paltara, qan təzyiqi dərmanlarına, vitaminlərə və başqa xırda-xuruş şeylərə razılaşdırmışdı.

O gecə Göyçək nə qədər qışqırdısa nənəsi yuxudan oyanmadı. Səhərisi gün Göyçək çiçək kimi solmuşdu.

Hərdən nənəsi də onunla kişi kimi davranırdı, gah qızın qızarmış dodaqlarına, gah da döşlərinə dönə-dönə baxmaqdan doymurdu. Arvad qızmış dəvə kimi evdə nərildəyib qızın üstünə atılmaq istəyirdi.

Nənəsi qəflətən Göyçəyə dedi ki, dur çim, su hazırdı.

- Yaxşı, nənə!

- Səni özüm çimizdirəcəyəm.

- Yox nənə, özüm çimərəm.

Nənə razılaşmadı, özünü nazik çubuqdan hazırlanmış və üstünə “palatka” atılmış çimmək yerinə saldı.

Göyçəyi lüt görüb ona yaxın gəldi. Və qızın canını sürtə-sürtə bədəninin hər yerinə kişi etirasıyla diqqətlə baxdı.

Nə qədər tamaşa eləsə də doya bilmirdi. Nəvəsinin bədəninin üzərində meşə ayısı - meşəbəyinin bütün hərəkətlərini təsəvvür etdi. Nənə birdən-birə sanki kişiyə çevrildi.

Qızı bağrına basıb dodaqlarını vəhşicəsinə əmməyə başladı.

Göyçək yatdığı yerdə çırpınırdı. Yetər arvad onu silkələyib oyatdı. Göyçək elə bildi ki, düşündüklərinin hamsını Yetər arvad görürmüş və onun qəfil sualı da sanki fikirindəkilərinə aid imiş.

Yetər arvad: - Səni hal aparır, gəlin - dedi. Sonra onun yastığının altına bıçaq-çəngəl qoydu.

- Göyçək: - Başım ağrıyır - dedi.

- Hər şey indi keçəcək, darıxma.

- Hayıf mənim balama, Yetər xala!

- Heç narahat olma, yenisini qazanacaqsan.

- Ərimi tanımırsan, onda mən bir kişilik görmədim. Məni verdi baldızlarımın ayağına. Bir də çətin uşağımız ola. Üstəlik də üzümüzdəki bu yaşıl kölgə. Vallah, bu kəndin yiyəsi yoxdu. Görəsən niyə yuxarılara yazmırlar? Gəlib bizim üzümüzdəki kölgədən analiz götürsünlər. Vallah, bu kölgə qoymayacaq uşaqlarımız ola.

- Uşağa qalmasan özüm səni müalicəyə apararam, heç narahat olub eləmə.

Göyçək Yetər arvadın müalicəsinin nədən ibarət olduğunu yaxşı bilirdi. Bu Naftalan vannası adı ilə əslində başqa bir müalicə idi.

- Apararam müalicəyə, həm uşağın olar, həm də üzündəki ləkə gedər.

- Nə olsun, kəndə girən kimi yenə o kölgə gülməşəkər kimi çəkiləcək üzümüzə. Başqa kəndlərin qızları cürbəcür kasmetikalardan istifadə edirlər, bizim də kremimiz nə olub? Yaşıl kölgə.

Göyçək ilk dəfə “kasmetika” sözünü nənəsi ilə fermada olanda meşəbəyidən eşitmişdi. Onda nənəsinin təhriki ilə bir qutu kasmetikanı hədiyyə kimi götürmüşdü meşəbəyidən. İçində naqqaş, balaca qayçı, iki ətir, ten, lak, dırnaq təmizləyən, üzdən xırda tükləri qopardan və mənasını anlamadığı başqa-başqa şeylər var idi.

Göyçək dedi:

- Mən çinar yıxılan gün vuruldum, Yetər xala!

- Vallah, sən dəli olmusan, Göyçək. Bu kənddən çıxıb gedərik şəhərə, hə Bakıya. “Sovetski”də ucuz evlərdən birini kirayə tutarıq. Ərindən ayrılarsan. Heç Məhərin də yanına getmərik, səni arvadı ölmüş bir professora, ya da dul, özü də prezident təqaüdçüsü bir şairə ərə verərəm. Bir uşaq da hazırlayarsan. Kişi də rəhmətə gedəndən sonra ev-eşik qalar sənə. Bakıda qoca professorlar kənd gəlinlərindən ötrü sino gedirlər. Lap bunu də istəməsən səni qaçqın adıyla apararam Dubaya, orda tanışlarım çoxdu, təşkil eləyərlər. Üzündəki ləkə də çəkilib gedər. Əgər ora da getmək istəməsən, apararam Hollandiyaya, qızımın yanına.

- Nə olsun, ləkə həmişə bu torpaqda qalacaq.

- Azz, qalsın dana… belə cəhənnəmə qalsın, qara yola qalsın.

Göyçək yaxşı bilirdi ki, Yetər arvad da onun nənəsi kimidi. Kənddə görmədiyi kişi az-az olardı. Sözünün əvvəli də axırı da kişi idi.

Kəndin özünə uyğun az-çox varlı kişiləri, onların Bakıdakı evləri, oynaşları haqqında kifayyət qədər bilgiyə malik idi. Bakıdakıları ya eşitmişdi, ya da özündən uydurmuşdu.

Çünki Yetər arvad da Göyçəyin nənəsi kimi özündən quraşdırmağı xoşlayır, bundan xüsusi zövq alırdı.

- Yetər xala, sən çinarı nə vaxtdan görmüsən?
- Mən bu kənddə gəlin olanda o, varıydı. Eləcə gördüyün kimi çinarıydı. Amma həmişə onun altında xoşagəlməz ( guya bu sözlər Yetər arvada yad idi ) hadisələr olurdu.

Yetər arvad uyyy, “kiş-kiş” deyib qulaqlarını dartdı.

- Nə hadisələr? - Göyçək soruşdu.

Yetər arvad bir az utanan kimi oldu, sonra dedi:

- Ətin tökülməsin, guya özün orda olmamısan?

- Yox, olmamışam.

- Bəs ərinlə harada tanış olmusan?

- Sən tanılş elədin bizi.

- Harada?

- Çinarın altında.

- Bəs səni ərindəm başqa ora - çinarın altındakı dərəyə çəkən olmayıb?

- Olmayıb, olmayıb. Yox, Yetər xala, olmayıb. Qıldığın namaz haqqı olmayıb.

Yetər arvadda Göyçəyin nənəsindən fərqli olaraq kişilərə qarşı intiqam hissi vardı. Bu onun gənc yaşlarından dəfələrlə zorlanmasından irəli gəlirdi.

O, həmişə öz başına gələnləri bəlkə başqasının da başına gəlib deyə düşünürdü. Bunu hər qadında araşdırmaq, öyrənmək, bilmək istəyirdi.

Göyçəyi nənəsi iri vannada çimizdirəndə birdən özünü saxlaya bilməyib, kişi kimi onu əmməsini Göyçək başqa cür anlayırdı.

Nənəsi get-gedə kişiyə çevrilirdi. Az qala bu arvad barmağı ilə onu zorlamaq istəyirdi. Get-gedə onda kişi ehtirası formalaşırdı.

Yetər arvad isə elə qadın olaraq qalırdı, işi-gücü qadınlığı başqa bir formada təbliğ etmək idi. Onun Hollandiyadan gətirdiyi seks filimlərinə demək olar ki, kəndin kişiləri az qala kollektiv şəkildə baxırdılar.

Yetər arvad Avropaya bağlı adam idi. Kiçik qızı 1992-ci ildə qaçqın kimi Amsterdama getmiş, qoca bir Holland kişisi ilə kəbin kəsdirməyə nail olmuş və bu yolla həmin ölkənin vətəndaşlıq hüququnu qazanmışdı.

Yetər arvad hər yay Amsterdama gedir, oradan qazanc məqsədilə lazımi şeylər alıb gətirirdi.

Bura əsasən daxil idi: Seks kassetleri, rezin qadın kuklalar, lüt qadın şəkilləri, bir sözlə qadın kişi məsələlərinə aid olan başqa-başqa şeylər.

Qadın şəkillərini iki gün içərisində kəndin cavanlarına xrıd eləyirdi. Rezin kuklaları hava ilə dolduranda gözəl bir qadına çevrilirdi.

Kuklada qadına aid olan şeylərin hamısı olurdu, hətta bədən tempuraturu belə. Kəndin cavanları, hətta yaşlı kişiləri də Hollandiyadan gəlmiş kuklalarla yaşayırdılar.

Sonra onun havasını aldıqdan sonra “sönmüş” kuklanı əl sumkasına yerləşdirmək mümkün idi.

Kim kənddən kənara gedirdisə hökmən əlində bu sumka olmalıydı. O saat hamı başa düşürdü ki, demək, qədeş bazlığa gedir.

Seks filimlərinə baxışın qiyməti 4 manat idi. Pulu olmayanlar toyuqdan, cücədən gətirirdilər.

Yetər arvadın qapısını toyuq-cücə tutmurdu. Hətta Səmid kişi altı aylıq seksin haqqını qabaqcadan ödəmişdi, yəni bu hesab bir şişək toğlu eləyirdi.

O da verilmişdi. Salman kişi hər şeyi qoyunla ölçürdü, o, işıq pulunu ildə iki toğlu ilə ödəyirdi.

Əgər işıq zəif, yəni 220 voltdan aşağı olarsa, toğlu arıq olurdu. Yetər arvad öz xidmətinin, yəni satdıqlarının əvəzini nağd, pulu olmayanlara isə ya nisyə verir, ya da toyuq-cücə, qoyunla əvəzləşdirirdi.

Bu minvalla Yetər arvadın qapısında get-gedə qoyun sürüsü mələməyə başladı. 5 il idi ki, İsmayıl qurbanını bu qoyunlardan kəsirdi.

Hətta qurban bayramı gələndə qoyunlardan bazara çıxartdığı vaxtlar da olurdu.

Bu yay Yetər arvadın Hollandiyaya səfəri daha uğurlu olmuşdu.

Bu dəfə o, küllü miqdarda kişi cinsiyyət orqanlarını kəndə gətirmişdi. Özü də irilərini, qaralarını seçmişdi.

Əsas üstünlüyü isə zəncilərinki təşkil edirdi. Yetər arvad əvvəlcə bu malın özəlliyini və gözəlliyini daimi müştərisi olan Səidəyə başa salırdı.

Səidə kənddə tibb bacısı idi. Ətraflı təlimat aldıqdan sonra nümunə üçün bir dənə də lap yekəsindən yerləşdirirdi çantasına.

İki gün ərzində çantasında gizlətdiyi alətlə bütün evləri dolaşırdı. Səbəb guya malariya xəstəliyinə qarşı dərman paylamaq idi.

Soruşurdu ki, kimin qızdırması, üşütməsi var? Sonra da həmin protez aləti arvadlara göstərirdi. Əvvəllər, adətən, bu kəndin qadınları çantasız olardı, amma indi qadınlar da artıq özləri ilə kişilər kimi çanta gəzdirirdi.

Artıq Yeter kəndin arvadlarına 50 toyuq yumurtasına alət üçün nəzərdə tutulmuş xüsusi çantaları da sırımışdı.

Düzdü çanta yerli mal idi. “Binə” ticarət mərkəzindən topdan götürülmüşdü.

Kəndin əksər qadınları xəlvətlikdə saatlarla Avropadan gəlmiş alətlərə tamaşa eləyirdilər.

Bu əsasən təklikdə baş verirdi, onlar üçün alətlərə tək baxmağın ayrı ləzzəti var idi. Qadınlar Avropadan ötrü ölürdülər.

Əgər bir Avropa kişisinin bu qadınların beşini də birdən almaq təklifi olsaydı, o saat razılaşardılar.

Bir dəfə Səidə iş yoldaşı Naibəyə belə demişdi: - Ay qız, bu Avropa kişiləri nə matahdılar, bunlar nətər nəhəng adam imişlər.

Bizim kişilər bunların yanında heç “çüy” də deyillər. Yəni “çüy” dəyəndə Səidə kibrit dənəsinə oxşar bir şey nəzərdə tuturdu.

Kənddə qadınlar get-gedə ərlərindən soyuyurdu. Ərləri də seks filimlərindən və rezin kuklalardan sonra gecələr dallarını arvadlarına çevirib yatırdılar.

Bu əyri qılçalı kənd arvadları Avropa qadınlarının yanında heç nə idi. Kənddə ərə gedən qızların ilk toy gecəsində gəlin olmamasının əsas səbəbi də elə Yetər arvadın Hollandiyadan gətirdiyi süni alətlər, seks filmləri idi.

Kişilərin kişiliyini bu kuklalar əllərindən almışdı. Qadınlar qadınlıqlarını, kişilər kişiliklərini itirirdilər.

Nevroz xəstəliyi kəndi başına almışdı. Gəlinlər uşağa qala bilmirdi. Güc-bəla ilə qalanda isə bu da bəzən Yetər arvadın köməkliyi ilə baş tuturdu.

Dünya görmüş Yetər arvad kişinin əlinə rezin kukla, qadının əlinə protez alət veribsə, demək, orada uşaqdan söhbət belə gedə bilməzdi.

Ona görə də Yetər arvad həmin qadının uşaq həsrətini nəzərə alıb, onu müalicə adı ilə uzaq bir rayonda qızbibi kimi tanınan Naziləyə təhvil verirdi.

Əvəzində həm Nazilədən, həm də apardığı qadından pul alırdı. Nazilə qadınları müalicə edəndən sonra qənaətini deyirdi: - Burda sizlik bir şey yoxdur, əriniz sizi sevmir.

Həmin qadın da kişisinin heç onunla yatmaq istəmədiyini deyirdi. Nazilənin təklifi çox sərt olurdu.

Başqa kişiylə görüşmək. Burda qadının adı dəyişdirilir, şərti ad qoyulurdu. Məsələn, Səidədirsə “Seva” deyə çağrılırdı.

Əlacsız qalan qadın razı olurdu. 30 gündən, yəni növbəti “test” yoxlamasından sonra qadın öz kəndinə göndərilirdi. “Test” dən keçən qadın gələn kimi ərini onunla yatmağa məcbur etməliydi.

30 gün arvadından kənarda qalan kişiyə arvad yad kimi göründüyündən normal həzzə nail olmaq şübhəsiz ki, baş tuturdu.

İndi Göyçək də həmin qadınlardan biri idi. Uşağı isə bu gün ziyan elədi. Nənəsinin toy gecəsi əməliyyatında bir gəlinin - nə yaxşı molla bu işi ustalıqla bacara bilmişdi - sualına nənənin cavabı belə olmuşdu: - Molla Misirdə dini təhsilini yeni başa vurub gəlib.

Yəni bu molla Hollandiyadan və Yetər kimi arvadların texnalogiyasından uzaq imiş. Göyçəyi ən çox incidən Yetər arvadın sualları və onun üzündə tez-tez yerini dəyişən yaşıl kölgə idi.

Kölgə onun ürəyini sıxır, ən çox da əsəblərini qıcıqlandırırdı. Göyçək Yetər arvaddan canını bir təhər qurtarıb, üzünü divara söykədi.

Yadına fermada nənəsinin yanında qaldığı günlər düşdü. O günlər bu günlərdən daha yaxşı idi.

Ağaclar daha sıx, kürək-kürəyə dayanmışdı. Hələ bu ağacların sevimli bir meşəbəyisi varıydı.

Göyçək o qədər pis günlər görmüşdü ki, artıq meşəbəyi əhvalatını sevgi kimi xatırlayırdı.

Bu adda həm “meşə”, həm də “bəy” sözü varıydı. O, meşəni öz bəyi ilə bir yerdə sevməyə başlayırdı.

Əgər o məsələnin içində nənəsi olmasaydı, bunu əməlli-başlı bir sevgi macərası adlandırmaq olardı.

Amma nənə ortada idi. Bəlkə də meşəbəyi onu alacaqdı, onu yaşıl meşələrin qoynunda gəzdirəcəkdi.

Hələ onlar qurumuş ağaclardan özlərinə ev də tikə bilərdi. Gözəl-göyçək uşaqlar doğacaqdı, o uşaqlar sağlam olacaqdı, daha bu gün ziyan elədiyi uşaq kimi yarımçıq, xəstə, vaxtından əvvəl düşməyəcəkdi.

Düzdü, Göyçəyə mama həkimi demişdi ki, iki ay ayaqlarını qaldırıb çarpayının başına qoysun.

Bu yolla uşaq salmanın qarşısını almaq olardı. Əlbəttə bu sadəcə ehtimal idi. Göyçək əslində deyilənə əməl eləmişdi.

Nəticə də belə oldu. Düşündü ki, əgər o meşəbəyinə getsəydi indi üzündə yaşıl kölgə də olmayacaqdı.

Dodaqlarını buz kimi divara söykədi. Bütün bu işləri onun başına nənəsi ilə Yetər arvad gətirdi.

Nənəsinin qəflətən beyninə qan sızdı, dünyasını dəyişdi. Yetər arvad isə hələ də yaşayır, üzündə də yaşıl kölgə.

Utanmaz-utanmaz hələ oruc tutur, namaz qılır. Bir az da qeyrətə gəlib yığdığı var-dövlətlə kəndin başında məsçid tikdirmək istəyir.

Bu Çibanlı kəndində ikinci məsçid olacaqdı. Düzdü, kəndin mərkəzində məsçid var idi.

Mollası da Göyçəyin nənəsinin toy gecəsində gördüyü kişi Məşədi Əşrəfin oğlu molla Qasım. Günlərin bir günü nədənsə məsçidin arxa divarı çinar kimi çökdü.

Kənd camaatı divarın dalına beton dirəklər söykəsələr də, məsələ heç cür alınmırdı. Məsçidi Səfərin Bakıda yaşayan qardaşı Məhər tikdirmişdi.

Kənd camaatı məhərrəmlikdə onun dədəsinə rəhmət oxuyurdu. Məhər səhiyyə nazirliyi ilə sıx əlaqələr yarada bilirdi.

Şəhərdə bir neçə yerdə aptek açmışdı, içində də cavan tibb bacıları. Onun Alatavadakı səkkiz otaqdan ibarət mülkünün zirzəmisində dərmanlar hazırlanıb abteklərə verilirdi.

Məhər bic adam idi. Onun dərmanları adam zəhərləməyən əhəngdən və distille edilmiş sulardan hazırlanırdı.

Deyirdi ki, dərman xəstəyə təki təsir etməsin. Yəni, yaxşı təsir göstərmirsə də, barı heç olmasa pis təsir də göstərməsin. Hər şey tədricən olsun. Xəstə yavaş-yavaş ölsün.

Bir-iki dəfə zəhərləmələr olmuşdu, amma Məhər pul gücünə hər şeyi yoluna qoydu.

Səhiyyə nazirliyinin məsul bir işçisinə 79 min dollar verərək xəstələrin şadlıq sarayında göbələk zəhərlənməsindən öldüyü haqqında ekspert rəyini təsdiqlətdi. Hələ bir dəfə dərman hazırlatdığı yer aşkarlanmışdı.

Bu da tezliklə həm pul, həm də tanışlıqla yoluna qoyuldu. Burada əsas qüvvə Məhərin qaynının yuxarılardan birinin qızı ilə ailə qurması idi. Bu mühüm iş adlanırdı.

Bəzən bu qohumluq nəinki bir ailəni, hətta bir rayonu, bir bölgəni də idarə eləyirdi. Qız qohumluğu münasibətləri daha da istiləşdirirdi. Məhərin qaynı quşu gözündən vurmuşdu.

Buna görə onun bütün işləri qaydasında gedirdi. Əsasən həblərin, xüsusən, vitaminlərin hazırlanması həm asan başa gəlirdi, həm də gəliri əməlli-başlı olurdu. Məhərin əli hər yana çatırdı.

Poliklinkalardakı həkimlərə dərmanların xüsusi vərəqələrdə çap olunmuş blankları, reseptləri verilirdi.

Həkimlər canla-başla reseptləri tezliklə xırıd eləyirdi. Hər ayın sonunda reseptlərin qeydiyyatları apteklərdən toplanır (əgər dərman satılıbsa) və sonra da reseptdə adları olan həkimlər Məhərin köməkçisindən satılan dərmanların faizini alırdılar. Məhər pullaşmışdı, altında “prado”, şəhərdə iki arvad, şadlıq sarayı, bağ evi və başqa-başqa şeylər də yerli-yerində idi.

Arada deputat olmaq istədi. Dedilər ki, ali təhsilin yoxdur. Acığa düşüb doqquzuncu sinif şəhadətnaməsi ilə univerisitetlərin birindən hüquq diplomu aldı.

Məhər yaxşı bilirdi ki, deputat olmaq üçün bir azca da kəndə, kəndin yoluna baxmaq lazımdı.

Bir ayın içində kəndin yoluna 23 “kamaz” daş tökdürdü və kəndin ortasında o qədər də böyük olmayan məsçid tikdirdi. İki il keçməmiş məsçidin arxa divarı çökdü.

Elə təxminən bu vaxtlarda Məhərin böyrəklərində problemlər yaranmağa başladı. Böyrəklərin ləyənləri tikdirdiyi məsçidin divarları kimi əyilmişdi.

Deputat seçilə bilməməyi də ona çox pis təsir eləmişdi.

Qonşu rayondan varlının birisi camaata pul payladı və elə məsçidin böyründəcə, tökdürdüyü Bəhrəmtəpə qrabilinin üstündəki 33 saylı seçki məntəqəsində seçicilər səslərini Məhərə yox, Fazil müəllimə verdilər.

Ürək bir yana, böyrəklər buna tap gətirmədi. Üstəlik də sidiyini saxlaya bilmirdi, hər gün şalvarını batırırdı.

Sonda “pampers” geyəsi oldu. Bir yandan da qardaşı Səfərin böyründəki quş yumurtası boyda daş və kiçik qardaşı Cəfərin arvadının nəzir-niyazla, yeddi qurbanla tapdığı uşağı ziyan eləməsi Məhəri dəli eləyirdi.

Məsçidin uçma xəbəri də bir yandan. Divar bir yana, ümumiyyətlə, məsçidin uçması pis əlamətdi.

Kəndin yanındakı çinarın yıxılması da Məhərin eyninə deyildi. Fikirləşdi ki, ağacdı da yıxıldı, yenisini əkərlər, məsçid də tikiləcək, üzlərdəki yaşıl kölgənin də qorxusu yoxdur, bir azdan insanlar buna öyrəşəcəklər.

Həkimlərin bu yaşıl kölgənin gələcəkdə xərçəng yaradacağı versiyası da onun vecinə deyildi.

Fikirləşirdi ki, buralardan köçüb başqa yerdə özlərinə yaxşı bir kənd sala bilərlər: - Bir də nəyimə lazım eey, o kənddə iki qardaşım var, iki bacım, dördünü də gətirərəm şəhərə, canları kölgədən qurtarar, həm də bacım qızı ilə kənd mollası Qasımın arasında gəzən söz-söhbətlərə son qoyular.

Bəs bu zalım böyrəklər nə olsun? Mən ki, “teksun”, “qarğıdalı”, “yeni zellandiya” və başqa etiketlərlə çıxan, amma əslində Bakıda hazırlanan yağlardan yeməmişəm, rəngli sulardan içməmişəm.

Broyler toyuqlarının heç üzünü də görməmişəm. Mən satmışam, amma yeməmişəm. İndi hazırladığım ərzaqlar adamlarda mədə xorası xəstəliyi əmələ gətirsə də böyrək problemi yoxdur.

Bir də bu işlərin hamısını müvinim eləyib axı… Mən istehsalata əvvəlcə dərmanla gəldim, sonra yağlar, sular… müavin bura qatıqları, südləri də əlavə etdi.

Bu ərzaqların əsas hissəsi kimyəvi maddələrdən ibarət olurdu.

Kolbasa lap kəllə çarxa çıxdı. Kəndimizdə murdar olmuş inəkləri, atları, eşşəkləri, taxta yonqarını və kardonu kolbasaya vurub verdi dükanlara.

Gəlirimiz babat olsa da mən bu işi dayandıra bilmirdim, özümün qurduğum mexanizmə özümün gücüm çatmırdı.

Bəlkə onlar başqa şeylər də düzəldirlərmiş. Bəlkə elə udduğum havaya nəsə qatırlarmış. Bəlkə elə xaricə yol tapıblarmış öz mallarımız xaricdən təzə mal kimi özümüzə gəlirmiş.

Mən də bilməyib yemişəm. Bəlkə Cəfərin arvadı uşağı buna görə ziyan elədi. Bəlkə xaricin özündə də elə mənim kimi birisi var, mənim balalarımın yediyi onun məhsullarıdır.

Dava-dərmanlar da təsir eləmir mənə.

Bu ki öz dərmanlarımız deyil. Tehrandan gətiriblər. Bəlkə orda da zirzəmilərdə dərman istehsal eləyənlər var.

Yox, mən dərman içməyəcəyəm, ölsəm də içməyəcəyəm, heç yemək də yeməyəcəyəm.

Mən təndir çörəyi istəyirəm, qonşumuz Qızqayıt xalanın bişirdiyi çörəkdən. O çörəyin ətri gəlir burnuma.

Getdikcə Məhərin ürəyi şiddətlə döyünürdü. Arvadı bilmirdi ki, neyləsin, sakitləşdirmək üçün 25 damcı volakardin süzdü.

- İç - dedi.

- Nə dərmanıdı?

- Volakardin.

- Yox, bu Sabunçuda Əhmədin istehsalıdı. Qorxuram.

- Onda validol.

- Yox, bunu da Xırdalanlı Musa hazırlatdırırdı.

- Bəlkə demedrol vurum, bir qram?

- O da Salehindi, Mərdəkan malıdı.

- “Barjom” var, Gürcüstandan gəlir.

- Yox, yox şübhələnirəm. Deyəsən, Natiq müəllimin istehsalıdı o da… Badamdarda hazırlanır.

- Bəlkə “fanta” verim, bir qurtum hortdad.

- Yox, o da müavinimin əlavəsidir.

Arvad Məhərin halının pisləşməsindən qorxmağa başladı.

- Bəlkə təcili yardm çağırım?

- Məhər onların da dərmanları bizimkilərdəndi - dedi.

- Bəs bu dərmanların doğru olanı yoxdu?

- Var, amma biz dəyişik salmışıq, heç özümüz də seçib, ayıra bilmirik. Haram halala qarışıb.

- Bu dərmanları ki sən təmiz bilib almışdın. “Barjom” u da, “fanta” nı da. Dedin həqiqi maldı.

- Düzdü elədi demişəm, amma özümə də inanmağım gəlmir. Bəlkə səhv eləmişəm. Mən Qızqayıt xalanın təndir çörəyini istəyirəm - Məhər dedi. Sonra başını divara söykəyib ağlamağa başladı: - Mənim günahım nə idi, ay Allah, mənə bu zülmləri niyə verirsən? Axı mən sənin altında nə pis iş tutmuşam? Arvadın üstünə bir arvad da aldım, dedim o da yetim qızdı, acından ölməsin. Məsçid tikdirdim, uçdu, bildim ki, mənə nəsə olacaq. Mən o Məhərəm ki, qardaşım Cəfəri 1992-ci ildə ermənilərə benzin satmağın üstündə necə danladım. Heç bir qardaş bunu eləməzdi, amma mən elədim. Dedim ayə, ay köpək uşağı benzini niyə ucuz satırsınız? Əfqanlar bizə kömək eləmək üçün kəndimizə gəlmişdi. Böyük bacımın oğlanları onlardan ikisini tutub ermənilərə satmışdılar. Mən o Məhərəm ki, buna görə onların üzünə “itin sözü” nü dedim. Dedim ki, ayə əfqanları niyə ucuz satmısınız? Mən o Məhərəm ki, eşitdim əmim uşaqları ermənilərlə meyid alveri eləyir, getdim təpindim onlara, dedim ayə, adam kişi olar, belə eləməyin. Ona görə ki, bizimkilər meyidi ucuz, ermənilər baha satırdılar. Bilirdim ki, bunlar uşaqdılar, alverdən başları çıxmır. Ağsaqqal tövsiyyələrimi verdim. Nəticə də pis olmadı. O pulların bir hissəsi ilə kəndin ortasında artezan quyusu vurdurdum.

Oxuyan gərək
"Oxu zalı"ndakı bütün kitab müzakirələri (ARXİV)
XS
SM
MD
LG