Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:33

Elmar anıldı


Martın 2-də jurnalistin qətlə yetirilməsinin 6-cı ili tamam olub
«Elmar Hüseynovun qətlinin üstünün indiyədək açılmamasında Azərbaycanın həm iqtidarı, həm də müxalifəti günahkardır».

Bu fikirləri jurnalist Xaliq Bahadır martın 2-də «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun məzarı üstündə çıxışı zamanı deyib. O hesab edir ki, müxalifət strateji birlik yaradıb bu hakimiyyəti dəyişməli və sonra Elmarın məzarı önünə gəlib demokratik arzularının həyata keçdiyi barədə ona xəbər verməlidir.

Martın 2-də mərhum jurnalistin qətlə yetirilməsinin 6-cı ili tamam olub.

Günün birinci yarısı KİV, siyasi partiya və QHT təmsilçiləri, eləcə də diplomatik korpusun nümayəndələri Elmar Hüseynovun məzarı başına toplaşaraq onun xatirəsini yad ediblər. Çıxış edən siyasətçilər - Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və başqaları jurnalisti qətlə yetirənlərin indiyədək tapılıb məsuliyyətə cəlb olunmamasında hakimiyyəti suçlayıblar.

Hüquq müdafiəçisi Leyla Yunus isə təklif edib ki, Elmar Hüseynovun son dövr yazıları yenidən mediada çap olunsun. Çünki o yazılar jurnalistin qətlinin dəqiq səbəbini müəyyən etməyə yardımçı ola bilər.

Tədbirin sonunda qərara alındı ki, Elmar qətlə yetirilən vaxt – saat 20:30-da hamı Elmar Hüseynovun evinin yaxınlığında yığışıb şam yandırmaqla onu bir daha yad etsin.

«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov 5 il əvvəl yaşadığı mənzilin blokunda qətlə yetirilib. Ona 7 güllə vurulmuşdu.

XS
SM
MD
LG