Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:26

«Freedom House»: «İnternet fəallarına qarşı dözümlü olun»


David J. Kramer
David J. Kramer
Təşkilatın martın 9-da yaydığı məlumatda Azərbaycan hökumətinə müraciət olunur ki, 11 martda keçirilməsi üçün elan edilən etirazlara tolerant olsun, toplaşmaq və birləşmək azadlığına dözümlü yanaşsın.

Təşkilat «Facebook» sosial şəbəkədə aktiv olan üç gəncin həbsindən narahatlığını ifadə edib.

«Freedom House» hesab edir ki, millət vəkilliyinə keçmiş namizəd Bəxtiyar Hacıyevi həbs etməklə ona hədə-qorxu gəlinir. Təşkilat bildirir ki, məlumatlar gənc fəallar Səxavət Soltanlı və Rəşadət Axundovun da həbsində «11 mart» motivinin olduğunu göstərir:

«Bir neçə həftə əvvəl hakimiyyətyönlü televiziyalar Azərbaycan vətəndaşlarına məsləhət veriblər ki, sosial şəbəkələrdən istifadə arzuolunmaz nəticələrə gətirib çıxara bilər».

«Freedom House»un icraçı direktoru David J. Kramer bildirib ki, yaxın iki gündə fəalların təqibi təkcə beynəlxalq tənqidlərlə qarşılamayacaq, həm də sosial narazılığı artıracaq. O, bu həbslərin narahatedici olduğunu söyləyib:

«Daha çox həbslər olması və ya ifadə azadlığına qarşı təzyiqlər Azərbaycan hakimiyyətinin güclülüyündən yox, zəifliyindən xəbər verəcək»,- David J. Kramer bildirib.

«Freedom House» bəyanatında «Bakcell» mobil operatorundan «Facebook» şəbəkəsinə çıxışının məhdudlaşdırılmasını da pisləyib.

Azərbaycan «Freedom House»un 2010-cu il hesabatında siyasi və mülki azadlıqlara görə «Azad olmayan ölkələr» sırasında yer tutub.
XS
SM
MD
LG