Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:38

Elçin Hüseynbəyli "Yolayrıcında qaçış" (3)


əvvəli

İs­tan­bu­la "Qlo­bal­la­şan dün­ya­da Şərq və Qərb mü­na­si­bət­lə­ri" möv­zu­sun­da bey­nəl­xalq konf­ran­sa də­vət al­mış­dım. Bo­ğa­zi­çi­ni döv­rə­lə­yən vil­la­la­ra, ma­li­ka­nə­lə­rə bax­dıq­ca, doğ­ma şə­hə­ri­mi dü­şü­nür­düm. Keç­miş Ba­kı da alt-üst ol­muş­du. Ca­van­lar ye­ni­lə­şən şə­hə­rə bö­yük ümid­lə, qo­ca­lar inam­sız­lıq­la ya­na­şır­dı­lar. Qo­ca­lar öl­mə­yə tə­lə­sir­di­lər. Çün­ki bu şə­hər­də on­la­rın uşaq­lı­ğı­nı, ca­van­lı­ğı­nı xa­tır­la­dan çox az şey qal­mış­dı. Xa­ti­rə­lər köh­nə bi­na­lar­la bir­gə dəfn olu­nur­du. Xa­ti­rə­lər si­li­nən­də adam­lar da yox olur, cism­lə­rin­dən qa­baq ruh­la­rı ölür.


Konf­rans­da­kı çı­xı­şım za­ma­nı qlo­bal­la­şan dün­ya­da in­san­la­rın çaş­dı­ğı­nı, qərb­li­mi, şərq­li­mi ol­maq di­lem­ma­sı qar­şı­sın­da qal­dı­ğı­nı de­yir­dim.

- Qlo­bal­laş­ma­dan da­nı­şır­sı­nız. Qlo­bal­laş­ma din­siz­li­yi, dil­siz­li­yi, iman­sız­lı­ğı, sər­həd­siz­li­yi təb­liğ edir. Çün­ki mo­no­dil dil­siz­lik, din­siz­lik de­mək­dir. Hər qu­şun, ağa­cın di­li ol­du­ğu ki­mi, mil­lət­lə­rin də öz di­li ol­ma­lı­dır. Yal­nız qul­dur­la­rın, ter­ror­çu­la­rın, fa­hi­şə­lə­rin va­hid di­li və di­ni ola bi­lər. Ça­şan in­san­lar yo­lu­nu az­mış hey­van sü­rü­sü­nə bən­zə­yir, qar­şı­sı­na çı­xan hər şe­yi və hər kə­si tap­da­la­yır­lar.

Mən öz dü­şün­cə­lə­ri­mi doğ­ma öl­kə­min tim­sa­lın­da izah edir­dim və onu mi­sal gə­ti­rir­dim.

- Son za­man­lar mə­ni ən çox iki mə­sə­lə dü­şün­dü­rüb. Bi­rin­ci­si: Bir müd­dət ön­cə qlo­bal­laş­ma tə­rəf­dar­la­rı mil­li at­lant­la­rın göz­dən sa­lın­ma­sı kam­pa­ni­ya­sı­nı apa­rır­dı­lar. Əc­nə­bi do­nor təş­ki­lat­lar üz­də olan zi­ya­lı­la­rı­mı­zın nü­fu­zu­na zər­bə vur­maq üçün "sa­pı özü­müz­dən olan­la­rı" yem­lə­yir­di. On­la­rın fik­ri be­ləy­di ki, "mü­səl­man-neft öl­kə­si" olan Azər­bay­can­da hər han­sı ka­tak­lizm­lər baş ve­rər­sə, ic­ti­mai rə­yə tə­sir edə bi­lə­cək, yə­ni xal­qı bir ara­ya gə­ti­rə bi­lə­cək zi­ya­lı ol­ma­sın. Axı­rın­cı bir il­də isə ha­ki­miy­yə­tin içə­ri­sin­də olan bə­zi qüv­və­lər bu kam­pa­ni­ya­nı güc­lən­di­rib. Hər iki qüv­və özü­nü ya­zar ad­lan­dı­ran adam­lar­dan is­ti­fa­də edir. Am­ma hə­min adam­lar an­la­mır­lar ki, də­yər­li zi­ya­lı­la­rı nü­fuz­dan sal­dıq­ca, öz­lə­ri də hör­mət­dən dü­şür və təd­ri­cən ölür­lər.

Çün­ki ya­zı­çı­nı ya­zı­çı xi­las edə bi­lər. İkin­ci­si: Azər­bay­can­da post­mo­dern dü­şün­cə­si al­tın­da ni­hi­lizm baş alıb ge­dir. Bu pro­ses bü­tün dün­ya­nı do­la­şır. Ötən əs­rin əv­vəl­lə­rin­də si­ya­sət­də, mə­də­niy­yət­də, rəs­sam­lıq­da, ədə­biy­yat­da bu pro­ses hökm sü­rür­dü. İn­san­lar azad­lı­ğa can atır­dı­lar, mil­li nə var­dı­sa on­dan im­ti­na edir­di­lər. Bu azad­lıq­se­vər­lik na­dan­lı­ğa, ha­rın­laş­ma­ya, nə­ti­cə­də isə, ka­tak­lizm­lə­rə, mü­ha­ri­bə­lə­rə gə­ti­rib çı­xar­dı. Mü­ha­ri­bə­lər in­san­la­rı hu­ma­nist­ləş­dir­di və dün­ya dü­zə­nin­də bir har­mo­nik pro­ses baş­lan­dı.

Hər bir sa­hə­də in­san­la­rın ra­hat­lı­ğı­na gə­ti­rib çı­xa­ran əsər­lər mey­da­na gəl­di. İn­di dün­ya­da, o cüm­lə­dən də Azər­bay­can­da bir ha­rın­laş­ma pro­se­si ge­dir və mən ka­tak­lizm­lə­rin, mü­ha­ri­bə­lə­rin baş ve­rə­cə­yin­dən na­ra­ha­tam. Kim­sə de­miş­di ki, Man­het­ten­də əkiz göy­də­lən­lə­rin ter­ror­çu­lar tə­rə­fin­dən part­la­dıl­ma­sı post­mo­der­nin fə­sad­la­rıy­dı. Tə­bii ki, bu, nə­ti­cə­yə ve­ril­miş qiy­mə­tiy­di. Sə­bəb isə da­ha də­rin­dəy­di. Am­ma mən ye­nə də o fik­rə üs­tün­lük ve­ri­rəm ki, dün­ya ka­tak­lizm­lər ərə­fə­sin­də­dir.

Mən de­yir­dim: "Qlo­bal­laş­ma, əs­lin­də, ame­ri­kan­laş­ma­dır. Çün­ki Ame­ri­ka qlo­bal­laş­ma­nın mo­de­li­dir".

Bə­yən­mə­di­yi­niz Hin­dis­tan film­lə­ri in­san­la­rı mər­hə­mə­tə, sev­gi­yə öy­rə­dir­di, Ame­ri­ka film­lə­ri isə qa­nı, fa­hi­şə­li­yi, ho­mo­sek­sua­liz­mi təb­liğ edir. Ame­ri­ka və ame­ri­ka­lı kul­tu hər yer­də­dir. Əv­vəl­lər Ame­ri­ka eks­pan­si­ya si­ya­sə­ti­ni si­lah­la edir­di­sə, in­di həm si­lah­la, həm də ideo­lo­gi­yay­la edir. Ame­ri­ka dün­ya­nı iş­ğal elə­mə­yə ça­lı­şır...
Mə­nim çı­xı­şım­dan ən çox al­man­lar və ya­pon­lar ra­zı qal­mış­dı­lar. On­lar bir-bir mə­nə ya­xın­la­şıb təb­rik edir­di­lər.

* * *

Zü­ley­xa­nın qə­fil sə­si mə­ni fi­kir­dən ayır­dı:

- O uzaq­da­kı qa­yı­ğı gö­rür­sən?! San­ki qa­yı­ğın yox, gü­nə­şin yel­kə­ni var, - de­yə şıl­taq qız­lar ki­mi se­vin­ci­ni giz­lət­mə­di.

Mən o, gös­tə­rən tə­rə­fə bax­dım. Gü­nəş qü­rub edir­di və onun fo­nun­da qa­yı­ğın yel­kə­ni gü­nə­şin yel­kə­ni ki­mi gö­rü­nür­dü. Qa­yı­ğın yel­kə­ni qü­rub edən gü­nə­şin dal­ğa­la­nan ör­pə­yi­nə bən­zə­yir­di. "Qü­rub edən gü­nəş ta­le­siz gə­lin­lə­rə bən­zə­yir". Bu, Zü­ley­xa­nın fik­riy­di və qü­rub edən gü­nə­şi mə­nə ha­va­yı ye­rə gös­tər­mir­di.

Nə qa­yı­ğı­dı elə? An­la­ya bil­mə­dim. San­ki də­niz su­la­rın­da az­mış ki­miy­di, ha­ra ge­də­cə­yi­ni bil­mir­di.

- Hə­mi­şə gün ba­tan­da Bo­ğa­zi­çi­nə bax­ma­ğı xoş­la­yı­ram. Yel­kən­li gü­nə­şi gör­mək üçün. Ağ yel­kən­li, - de­yə əla­və elə­di. Son­ra nə­dən­sə göz­lə­ri dol­du və ba­şı­nı sto­lun üs­tü­nə qo­yub ağ­la­dı.
Mən onun ba­şı­nı sı­ğal­la­dım. Bu, mə­nim çox­dan­kı ar­zum idi.

O, ba­şı­nı qal­dır­dı və qı­zar­mış, am­ma gö­zəl­li­yi­ni hə­lə də itir­mə­miş göz­lə­ri­ni ya­na dön­də­rib de­di:
- Hər şe­yə nif­rət elə­yi­rəm. Özüm­dən zəh­ləm ge­dir.
Bu söz­lə­ri de­yən ha­mı­nın hə­səd apar­dı­ğı Azər­bay­can gö­zə­liy­di.
Mən ona uşaq­lı­ğı­mı­zı xa­tır­lat­dım. O isə:
- Ol­ma­ya mə­nim ya­nı­ma uşaq­lıq xə­yal­la­rı­nı ger­çək­ləş­dir­mək üçün gəl­mi­sən?
- Yox, de­dim, - o hiss­lər in­di ta­mam baş­qa­la­şıb, on­lar mə­nə xə­yal­la­rım­dan da­ha əziz­dir.
- Mən yox, mə­nim er­kə­yim var və sə­nə ye­nə də hə­min uşaq ki­mi ba­xı­ram.
- Mən uşaq de­yi­ləm, 32 ya­şım var.

- Am­ma ye­nə də uşaq ki­mi qal­mı­san... - Bu söz­lər­dən son­ra o, üzü­mə zənd­lə bax­dı, san­ki nə­sə ax­ta­rır­dı. Son­ra, - is­tə­sən, sə­nə təş­kil edə­rəm, - de­di.
Mən də ey­ni qay­da ilə onun üzü­nə bax­dım və:
- Pis tək­lif de­yil, - de­dim...

O­nun son­ra­dan mə­nə gön­dər­di­yi qız ya­ra­şıq­lıy­dı...

"Quş ağ­zı"n­dan çıx­dıq. O, sü­rü­cü­sü­nə işa­rə elə­di ki, bi­zim ar­xa­mız­ca gəl­sin. Biz pi­ya­da Bo­ğa­zi­çi sa­hi­liy­lə xey­li din­məz­cə ad­dım­la­dıq. Onun əlin­də çö­rək qı­rın­tı­la­rı var­dı, ba­yaq res­to­ran­dan çı­xan­da sto­lun üs­tün­dən gö­tür­müş­dü. O za­man onu ba­şa düş­mə­səm də, in­di an­la­yır­dım. Zü­ley­xa çö­rək qı­rın­tı­la­rı­nı az qa­la ba­şı­mı­zın üs­tün­də uçu­şan qa­ğa­yı­la­ra atır­dı. On­lar­dan ən fə­ra­sət­li­si su­ya baş vu­rur və çö­rək qı­rın­tı­la­rı­nı udur­du.

Də­ni­zə sal­lan­mış köh­nə qa­la­nın ya­nı­na ki­mi pi­ya­da gəl­dik və bir kəl­mə də ol­sun kəs­mə­dik. Qa­la­lar mə­nə əzə­mət­li, vü­qa­rı­nı itir­mə­yən cən­ga­vər­lə­ri xa­tır­la­dır. On­lar­da güc­lü bir ener­ji və heç za­man öl­mə­yən ruh var.

Bir müd­dət din­məz-söy­lə­məz qa­la­nın ət­ra­fı­nı fır­lan­dıq. Zü­ley­xa qa­la­nın di­var­la­rı­nı sı­ğal­la­yır­dı. Mən düz tap­mış­dım. Qa­la­lar vü­qar­lı er­kək­lər­dən­dir­lər və bu­nu gö­zəl qa­dın­lar ha­mı­dan tez du­yur.
Yo­lu­mu­za da­vam elə­dik. Da­nış­ma­ğa sö­zü­müz yox idi. Zü­ley­xa mə­ni meh­man­xa­na­ya qə­dər ötür­mək is­tə­di, ra­zı ol­ma­dım.

- Tək qal­maq is­tə­yi­rəm, - de­dim.

- Yo­rul­dun, de­mək? - Zü­ley­xa de­di və gö­zəl göz­lə­ri­ni mə­nə yox, Bo­ğa­zi­çi­nə tə­rəf süz­dür­dü.
- Heç sən­dən doy­maq olar­mı?! - de­dim.
O gül­dü. Elə ürək­dən qəh­qə­hə çək­di ki, san­ki so­nun­cu də­fə gü­lür­dü...
Ay­rı­lan­da söz ver­dim ki, İs­tan­bu­la hər gə­li­şim­də müt­ləq ona baş çə­kə­cəm. Am­ma bu bi­zə nə­sib ol­ma­dı...

* * *

Port­ye ota­ğı­ma zəng vu­rub de­di ki, ya­nı­ma gə­lən var. Özü də gö­zəl bir ba­yan­dır. Şüb­hə­siz, Zü­ley­xa­nın gön­dər­di­yi hə­diy­yəy­di. Al­lah elə­sin, onun ki­mi gö­zəl və ya­ra­şıq­lı ol­sun. İs­tan­bu­lun or­ta­sın­da gö­zəl bir xa­nım və mən. Özü­mü­zün­kü­lər­dən ol­ma­sa yax­şı­dır.

- Bu­ra­xın gəl­sin, - de­dim.

Ha­mam­dan tə­zə çıx­mış­dım, tə­zə bəy­lə­rə ox­şa­yır­dım. Çə­nə­min al­tı­nı az­ca kəs­səm də, zə­rə­ri yo­xuy­du, ək­si­nə, bü gör­kə­mim mə­nə "kru­toy" (asıb-kə­sən) oğ­lan­la­rı xa­tır­la­dır­dı. Av­qust kü­lə­yi köh­nə dam­la­ra açı­lan pən­cə­rə­min ağ pər­də­lə­ri­ni yel­lə­dir­di.

Hə­yə­ca­nım­dan mah­nı oxu­ma­ğa baş­la­dım. Gə­lən ba­yan­la har­dan baş­la­yıb, har­da qur­ta­ra­ca­ğı­mı gö­tür-qoy elə­dim. Am­ma bir tə­rə­fə ge­dib çı­xa bil­mə­dim...
Nə­ha­yət, hə­min an gə­lib çat­dı. Qa­pı dö­yül­dü. "Gə­lin" sö­zün­dən son­ra içə­ri gö­zəl bir xa­nım gir­di. Özün­dən ön­cə gö­zəl ətir qo­xu­su bur­nu­mun pər­lə­ri­ni ox­şa­dı.

Bo­ya­sız-fi­lan­sız bir gö­zəl. Əy­nin­də cins şal­va­rı, yer­li­yi ağ, qa­ba­ğı ya­zı­lı kof­ta­sı var­dı. 20-21 yaş an­caq ver­mək olar­dı. O, heç nə de­mə­di, ayaq­qa­bı­la­rı­nı çı­xar­ma­dan ke­çib, iki nə­fər­lik çar­pa­yı­mın qı­ra­ğın­da otur­du. Meh­man­xa­na­da iki nə­fər­lik çar­pa­yı­lar ki­şi­lə­ri özün­dən çı­xar­dır. Ona gö­rə də tək ki­şi­lə­ri təkçar­pa­yı­lı otaq­lar­da yer­ləş­dir­mək la­zım­dır ki, sə­hə­rə ki­mi yu­xu­la­rı­nı qa­rış­dır­ma­sın­lar, su­bay­lar sev­gi­lə­ri­nə, ev­li­lər ar­vad­la­rı­na xə­ya­nət elə­mə­sin­lər, ya heç ol­ma­sa, o ba­rə­də dü­şün­mə­sin­lər. Gö­rü­nür, Adə­mi yol­dan çı­xa­ran nə buğ­da də­nə­si, nə də qır­mı­zı­ya­naq al­ma olub. Gə­rək bun­dan son­ra ikia­dam­lıq çar­pa­yı mə­sə­lə­si­ni gün­də­mə gə­ti­rək...

O­ta­ğı­mın mü­vəq­qə­ti sa­hi­bə­si özü­mü itir­di­yi­mi gö­rüb, ayaq­qa­bı­la­rı­nı ya­vaş-ya­vaş çı­xar­ma­ğa baş­la­dı, san­ki mən­dən nə­sə bir hə­rə­kət göz­lə­yir­di. Mən­sə ye­rim­dən tər­pən­mir­dim və ayaq üs­tə da­ya­nıb boş kün­cə ba­xır­dım. Son­ra göz­lə­ri­mi qo­na­ğı­ma zil­lə­dim, nə­ha­yət­də pən­cə­rə­dən çö­lə bax­ma­ğa baş­la­dım. Çöl­də ma­raq­lı heç nə yo­xuy­du. Ev­lə­rin da­mın­da gö­yər­çin­lər do­la­şır­dı.
Mən ge­ri dö­nən­də o, kof­ta­sı­nı da çı­xar­mış­dı, ət rən­gli lif­çi­yi hə­ya­sız ki­şi­lər ki­mi mə­mə­lə­ri­ni qa­mar­la­mış­dı. Mə­nim hə­ya­sız ba­xış­la­rım al­tın­da şal­va­rı­nı so­yun­ma­ğa baş­la­dı. Də­fə­lər­lə de­mi­şəm axı: qa­dın­lar söz tap­ma­yan­da so­yu­nur­lar.

- Da­yan, - de­dim. - O, da­yan­dı və təəc­cüb­lə üzü­mə bax­dı. - Ni­yə be­lə eli­yir­sən? - de­yə xə­bər al­dım.
- Bi­zi heç za­man so­yun­dur­mur­lar, özü­müz so­yu­nu­ruq.
- Onu so­ruş­mu­ram. De­yi­rəm ki, sə­ni bu yo­la va­dar edən nə­di?
Mən cent­le­men­li­yim­dən be­lə elə­mir­dim, sa­də­cə fa­hi­şə­lə­rin psi­xo­lo­gi­ya­sı­nı öy­rən­mə­yə ça­lı­şır­dım. Tə­bii, hə­na­nın ye­ri de­yil­di.

- İs­tə­yir­si­niz ge­dim? - Qız ür­kək ba­xış­la­rıy­la xə­bər al­dı və aya­ğa dur­du.
- Yox, qal, - de­dim, - da­nış­mır­san da­nış­ma, özün bi­lər­sən, sa­də­cə, mə­nim­çün ma­raq­lıy­dı...
- Bor­cum var. Onu qay­tar­ma­lı­yam.
- Ki­mə?
- De­yə bil­mə­rəm.
- Bəl­kə kö­mə­yim dəy­di?

- Mə­nim bor­cum çox­dur. Bir-iki ge­cə­yə onu həll elə­mək ol­maz.
Ö­zü­mün özü­mə gül­mə­yim tut­du. İs­tan­bu­lun or­ta­sın­da ta­nı­ma­dı­ğım bir fa­hi­şə­yə kö­mək tək­lif elə­yir­dim...
O, din­mə­di və so­yun­maq­da da­vam elə­di...

Mən onu öpür­düm, am­ma Zü­ley­xa­nı xa­tır­la­yır­dım. Mə­nə elə gə­lir­di ki, bu bə­dən, bu do­daq yad bir qa­dı­nın yox, uzun il­lər­dən bə­ri ürə­yim­də həs­rə­ti­ni çək­di­yim gö­zəl Zü­ley­xa­nın­dır. Onun ağap­paq yum­ru döş­lə­ri­ni tu­mar­la­yır­dım, mə­mə­si­nin çəh­ra­yı gi­lə­lə­rin­dən öpür­düm, həs­rə­ti­ni çək­di­yim bal­dır­la­rı­nı sı­ğal­la­yır­dım.
- Ax, Zü­ley­xa! - de­yə inil­də­yir­dim.

Qız ge­dən­də mə­nə tə­rəf bax­ma­dı və de­di:
- Mə­nim adım Zü­ley­xa yox, Zey­nəb­dir.
- Unut­muş­dum, - de­dim.
Əs­lin­də, heç adı­nı so­ruş­ma­mış­dım da. Onun adı­nın baş hər­fi mə­nə bəs idi. Ona gö­rə də din­mə­dim. Bü­tün "Z" hərf­lə­ri­ni ən hün­dür ağac­la­rın ba­şı­na, qıy­ya çə­kən qa­ya­la­rın si­nə­si­nə ya­zın...

* * *

Mən in­di, yə­ni Zü­ley­xa­dan ay­rı­lan­dan təx­mi­nən üç ay ya­rım son­ra İs­tan­bu­la uçan təy­ya­rə­də otu­rub keç­mi­şi xa­tır­la­yır­dım, onun qa­na bə­lən­miş rəs­mi­ni və te­le­vi­zi­ya kadr­la­rı­nı göz­lə­rim önün­də can­lan­dı­rır­dım. Ha­di­sə təx­mi­nən bir həf­tə ön­cə ol­muş­du. Bu də­fə İs­tan­bu­la ədə­biy­yat dər­gi­lə­ri­nin top­lan­tı­sın­da iş­ti­rak et­mək üçün ge­dir­dim, am­ma on­dan ön­cə Tür­ki­yə­də­ki dost­la­rım­la da­nış­mış­dım ki, bu ha­di­sə­ni araş­dır­maq üçün mə­nə iki gün əla­və vaxt və ma­şın ayır­sın­lar. "Ya­za­ca­ğım əsər si­zi də ma­raq­lan­dı­ra bi­lər" - de­miş­dim. Ar­xa­daş­lar (səhv de­yil, məhz, ar­xa­daş­lar) da mə­nə inan­mış və İs­tan­bul­da yar­dım edə­cək­lə­ri­nə söz ver­miş­di­lər.

De­kab­rın ikin­ci həf­tə­si, çis­kin­li bir ha­va­da təy­ya­rə­də uçur­dum və ölüm haq­qın­da fi­kir­lə­şir­dim. Bir müd­dət ön­cə hə­ya­tı is­tə­di­yi ki­mi, se­və-se­və ya­şa­yan Zü­ley­xa - mə­nim və mə­həl­lə uşaq­la­rı­nın ilk sev­gi­si, gö­zəl­lik idea­lı vəh­şi­cə­si­nə qət­lə ye­ti­ril­miş­di. Mən tək­cə özü­mün yox, həm də keç­mi­şin və məh­lə uşaq­la­rı­nın xət­ri­nə bu ha­di­sə­ni araş­dır­ma­lıy­dım, ona qal­dı­rı­lan əli kə­sə bil­mə­səm də tap­ma­lıy­dım. Tap­ma­lıy­dım ki, ona lə­nət­lər də yağ­dı­ra bi­ləy­dik. Çün­ki ob­yek­ti lə­nət­lə­mək üçün onu müəy­yən elə­mək la­zı­mıy­dı. Zü­ley­xa haq­qın­da dü­şün­cə­lə­ri­mə mü­hər­ri­kin uğul­tu­su, ön otu­ra­caq­da­kı co­cu­ğun çı­ğır­tı­sı, sər­ni­şin­lə­rin hı­rıl­tı­sı ma­ne olur­du. Bun­lar­dan qur­tul­maq üçün mu­si­qi mə­ka­nı­nı seç­dim.

Qu­laq­cıq­la­rı tax­dım və otu­ra­ca­ğın qol­tuq­lu­ğun­da­kı ra­dio­düy­mə­ni fır­la­ma­ğa baş­la­dım. Ön­cə qar­ma­qa­rı­şıq səs­lər gəl­di, son­ra cür­bə­cür mah­nı­lar eşi­dil­di. Mən bi­ri­nin üs­tün­də da­yan­dım. İlk də­fə İs­tan­bu­la uçan­da da mən ey­ni mah­nı­nı eşit­miş­dim. Mü­ğən­ni xa­nım ölü­mün şə­ni­nə şər­qi oxu­yur­du, "ö­lüm­dən baş­qa həp­si ya­lan" - de­yir­di. Bəl­kə, Zü­ley­xa­nın ölü­mü də ya­lan idi. Mən te­le­kadr­la­rı və qə­zet­də­ki şə­kil­lə­ri gö­züm­lə gör­səm də, Zü­ley­xa­nın ölü­mü­nə inan­mır­dım, bəl­kə də inan­maq is­tə­mir­dim.

İl­lü­mi­na­tor­dan çö­lə bax­dım. Bu­lud­la­rın üs­tü ilə uçur­duq. Gü­nəş ağap­paq pam­bı­ğa ox­şar bu­lud­la­rı işıq­lan­dı­rır və mən­də nos­tal­ji hiss­lə­ri güc­lən­di­rir­di, san­ki yer­də ya­ğan çis­ki­nin ona dəx­li yo­xuy­du.

"Ö­lüm­dən baş­qa həp­si ya­lan". Doğ­ru­dan da ölüm ya­lan­dı­mı? "Ö­lüm nə hə­ya­tın baş­lan­ğı­cı, nə də so­nu­dur, ölüm hə­ya­tın da­va­mı­dır". Bu fi­kir­lə­ri mən gün­də­li­yim­də yaz­mış­dım. Bil­mi­rəm özü­mün­küy­dü­mü, yox­sa har­dan­sı çır­pış­dır­mış­dım. Hər hal­da yax­şıy­dı, ağ­la­ba­tan idi. Heç kim öl­mək is­tə­mir, öl­mə­yə məh­kum olu­nan­lar isə əsil hə­ya­tın o bi­ri dün­ya­da - axi­rət­də ol­du­ğu­na ina­nır, ya da özü­nü inan­dı­rır. Bu mah­nı­nı oxu­yan xa­nım, gö­rə­sən, ölü­mə ina­nır­dı­mı, yox­sa o da əbə­di hə­yat ax­ta­ran­lar ki­mi axi­rə­tə bel bağ­la­yır­dı?

Stüar­des­sa­lar zə­if yer­lə­rim­dən bi­ri­dir. On­lar göy­dən enən mə­lək­lə­rə ox­şa­yır. Fi­kir­ləş­dim ki, iş­di-şa­yət, öl­səm, yə­qin ki, bu stüar­des­sa­lar­la bir ye­rə dü­şə­cəm, ol­sun ki, cən­nə­tə. İs­tə­dim on­lar­dan bi­riy­lə za­ra­fat elə­yəm, elə-be­lə, ke­fi­mi aç­maq üçün.

- Ya­nım­da otu­ra bi­lər­si­niz? - on­lar­dan bir qə­dər yaş­lı­sın­dan so­ruş­dum.

O, əv­vəl­cə mə­ni ba­şa düş­mə­di:

- An­la­ma­dım?! - de­di və göy sür­mə­li göz­lə­ri­ni döy­dü.

- Bi­lir­si­niz, mən təy­ya­rə­də uç­maq­dan qor­xu­ram, siz mə­nim ya­nım­da otur­sa­nız, qor­xum ke­çər.
- Yax­şı za­ra­fat­dır, - stüar­des­sa de­di, gü­lə-gü­lə mən­dən uzaq­laş­dı və su is­tə­yən sər­ni­şi­nə tə­rəf get­di. Onun ye­ri­şin­də ar­xa­sın­ca ba­xan bir ki­şi­nin göz­lə­ri var­dı. O bu­nu hiss elə­di­yin­dən elə naz­la ye­ri­yir­di ki, san­ki göz­lə­ri­min in­ci­yə­cə­yin­dən və baş­qa səm­tə ba­xa­ca­ğın­dan qor­xur­du.
Bir az­dan son­ra hə­min stüar­des­sa ye­ni­dən ya­nım­dan keç­di və mə­nə tə­rəf bax­ma­dan, az eşi­də­cək səs­lə, in­tim mü­na­si­bət­lə­rə işa­rə edən əday­la:

- Qor­xu­nuz keç­di­mi? - de­yə so­ruş­du.
- On­suz da iki­miz də cən­nə­tə dü­şə­cə­yik, - de­dim.
Mə­nim söz­lə­ri­mi eşi­dib-eşit­mə­di­yi­ni bil­mi­rəm, an­caq gü­lüm­sə­di­yi şək­si­ziy­di...
Təy­ya­rə Bo­ğa­zi­çi­nə ya­xın­la­şan­da ye­nə də mə­ni nos­tal­ji hiss­lər bü­rü­dü. Bo­ğa­zi­çi qa­ra ke­çə ki­mi qır­çın­la­nır­dı, su­lar par­ket dö­şə­mə­yə ox­şa­yır­dı...

* * *

İs­tan­bul konf­ran­sı iki gün da­vam elə­di. Biz or­taq türk di­li və ədə­biy­ya­tı ba­rə­də uzun-uza­dı mü­za­ki­rə­lər apar­dıq, nə­ti­cə­də də­yər­li qə­rar da qə­bul elə­dik. Ha­mı­mız gö­zəl bi­lir­dik ki, bi­zim bu is­tək və ar­zu­la­rı­mız ye­nə də ka­ğız üzə­rin­də qa­la­caq. Müd­rik və təc­rü­bə­li dost­la­rım­dan bi­ri: "türk­lər da­nış­ma­ğı çox se­vir, am­ma nə­ti­cə­si ol­mur" - de­miş­di.

Konf­rans bo­yu mə­nim fik­rim Zü­ley­xa­nın ya­nın­day­dı. Onu kim və nə­yin üs­tün­də öl­dü­rə bi­lər­di? İlk ağ­lı­ma gə­lən o ol­du ki, bu­nu is­lam fa­nat­la­rı elə­yib. Gö­zəl­lik mü­sa­bi­qə­si­nin əleyh­dar­la­rı, yə­qin, onu iz­lə­yib ta­pıb­lar. An­caq bu ver­si­ya ağ­la­ba­tan de­yil­di, çün­ki Zü­ley­xa­nı Tür­ki­yə­də ha­mı Göy­çək ki­mi ta­nı­yır­dı, yə­ni ona "Göy­çək xa­nım" de­yə mü­ra­ciət edir­di­lər. Həm də bu ha­di­sə, yə­ni gö­zəl­lik mü­sa­bi­qə­si çox­dan ol­muş­du, üs­tün­dən bir ne­çə il keç­miş­di.

­O­nun şəx­si düş­mən­lə­ri­nin olub-ol­ma­dı­ğı­nı da bil­mir­dim. Konf­rans ba­şa ça­tan­dan son­ra ilk ola­raq Sər­dar bə­yin ya­nı­na gəl­dim, axır­da rə­fi­qə­lə­ri­lə gö­rüş­düm. On­la­rın de­di­yi­nə gö­rə, ha­mı Zü­ley­xa Göy­çə­yi se­vir­di və bir kim­sə­nin ona əl qal­dır­ma­ğa ürə­yi gəl­məz­di, in­sa­fı yol ver­məz­di.
E­ma­lat­xa­na­ya gə­lən­də Sər­dar bəy ye­ni rəsm üzə­rin­də iş­lə­yir­di. Mə­lum ol­du ki, bu, Zü­ley­xa xa­nı­mın port­re­ti­dir və rəs­sa­mın rə­fi­qə­si ölü­mün­dən iki gün ön­cə be­lə bir si­fa­riş ve­rib. O, çox qəm­liy­di. Se­vim­li qəlb dos­tu­nun qət­lin­dən ya­na üzün­tü ke­çi­rir­di və bu ağ­rı­nın ciz­gi­lə­ri onun si­fə­tin­də açıq-aş­kar gö­rü­nür­dü.

Biz or­dan-bur­dan da­nış­dıq. Hər iki­miz, xü­su­sən də o, Zü­ley­xa xa­nı­mın adı­nı di­li­nə gə­tir­mək­dən çə­ki­nir­dik, san­ki onun ru­hu­nu in­ci­dəcə­yi­miz­dən qor­xur­duq. Am­ma bu be­lə da­vam elə­yə bil­məz­di. Qət­lə ye­ti­ril­miş adam mə­nim uşaq­lıq ar­xa­da­şım, onun­sa, ca­van­lıq dos­tuy­du. Bu işi be­lə qoy­maq ol­maz­dı. Asa­yiş ke­şik­çi­lə­rin­dən də xə­bər-ətər yox idi. On­lar is­tin­taq sir­ri­ni əl­də bay­raq tut­muş­du­lar və qa­ti­lin kim­li­yi ba­rə­də bir söz de­mir­di­lər.

- Bu işi be­lə qoy­maq ol­maz, - de­dim, - nə­sə elə­mə­li­yik.

Sər­dar bəy mə­nim bu söz­lə­ri­mə əhə­miy­yət ver­mə­di, elə­cə Bo­ğa­zi­çi­nə tə­rəf bax­maq­da da­vam elə­di. Biz bir müd­dət da­nış­ma­dıq. Son­ra Sər­dar bəy:

- Ölüm­dən heç kim ya­xa qur­ta­ra bil­məz. Am­ma bu adi ölüm yox, fə­la­kət idi, - de­di.
Mən ba­şım­la təs­diq­lə­dim. Ema­lat­xa­na­dan çı­xan­da on­dan xa­hiş elə­dim ki, sa­bah mə­ni Zü­ley­xa­nın ma­li­ka­nə­si­nə apar­sın. Çün­ki o, mə­nə hə­min ma­li­ka­nə­ni gös­tər­mə­yə ma­cal tap­ma­mış­dı, da­ha doğ­ru­su, bu­na mə­nim za­ma­nım ol­ma­mış­dı və ma­li­ka­nə "sə­ya­hə­ti­ni" son­ra­ya sax­la­mış­dım. Ömür və­fa elə­mə­di, Zü­ley­xa xa­nım mə­ni göz­lə­mə­di, be­lə de­yək ki, ölüm mər­di­ma­zar adam­lar ki­mi ara­mı­za gir­di, onun və mə­nim is­tə­yi­mi gö­zü­müz­də qoy­du. Mən Zü­ley­xa­nın əli­nin və aya­ğı­nın dəy­di­yi, nə­fəs al­dı­ğı mül­kü müt­ləq gör­mə­liy­dim, çün­ki bu, keç­mi­şi xa­tır­la­maq və Zü­ley­xa­nın qa­ti­li­ni tap­maq­da mə­nə kö­mək edə bi­lər­di. Mə­nim bu iş­lə­ri araş­dır­ma­ğa rəs­mi sə­la­hiy­yə­tim yox idi. Am­ma İs­tan­bul­dan ge­dən­dən son­ra Zü­ley­xa Göy­çək Sər­dar bə­yə de­miş­di ki, mən onun hə­ya­tı­nın bir par­ça­sı­yam, onun dün­ya­sı­nın ada­mı­yam. Ona gö­rə də is­tan­bul­lu rəs­sam bu iş­lər­də mə­nə yar­dım­çı ol­ma­ğa söz ver­di.

Mən ema­lat­xa­na­dan çı­xan­da Sər­dar bəy:

- Bil­məz­dim ki, Zü­le­xa xa­nım keç­mi­şi­nə bu qə­dər bağ­lıy­mış, - de­di.

- Keç­miş ona da­ha çox ya­ra­şır­dı, - öz mü­la­hi­zə­mi söy­lə­mək­dən qal­ma­dım. "Çün­ki or­da biz var­dıq" ifa­də­si­ni di­li­mə gə­tir­mə­dim.

Zü­ley­xa­nın va­ri­si ol­ma­dı­ğı­na gö­rə, mül­kü­nü heç ki­mə ver­mə­miş­di, da­ha də­qi­qi, onu ki­mə­sə ver­mə­yə, və­siy­yət et­mə­yə vaxt tap­ma­mış­dı, yə­qin ki, ölü­mün çox-çox uzaq­da ol­du­ğu­nu xə­yal edir­miş. Ölüm­sə onun hən­də­və­rin­də ac-ya­la­vac yal­qu­zaq ki­mi fır­la­nır­mış, qur­ba­nı­nı haq­la­ma­ğa für­sət ax­ta­rır­mış. Bil­səy­dim, ölü­mü bo­ğaz­la­yar­dım.

Hö­ku­mət mə­mur­la­rı ma­li­ka­nə­ni hər­ra­ca çı­xar­maq, pu­lu­nu isə uşaq ev­lə­rin­dən bi­ri­nə kö­çür­mək haq­qın­da dü­şü­nür­dü­lər. Zü­ley­xa­dan ol­say­dı, yə­qin pul­la­rı­nı qa­dın həbs­xa­na­la­rı­na xərc­lə­yər­di.
Sər­dar bəy­dən ara­la­nan­dan son­ra Bo­ğa­zi­çi­nə düş­düm. Sa­hil­lə boş-bo­şu­na ad­dım­la­dım. Bu­na boş-bo­şu­na gəz­mək də de­mək ol­maz­dı. Çün­ki Zü­ley­xa-Ma­le­na­nın xa­ti­rə­si mə­nim­lə bir­gəy­di. Mən onun­la söh­bə­ti­mi­zi xa­tır­la­yır­dım. Ən çox gü­lü­şü, əda­la­rı. O, ada­mı hə­yəcan­lan­dı­rır­dı, maq­nit ki­mi ki­şi­lə­ri özü­nə cəlb edir­di...

Köh­nə qa­la­nın ya­nı­na ça­tan­da da­yan­dım. Biz onun­la so­nun­cu də­fə bur­da ay­rıl­mış­dıq. Adi bir qa­lay­dı. Köh­nə və ba­xım­sız... Çün­ki Zü­ley­xa yox idi. Və on­suz Bo­ğa­zi­çi öz gö­zəl­li­yi­ni itir­miş­di. Köh­nə qa­la da göz­dən düş­müş­dü, əzə­mə­ti­ni itir­miş­di. İn­di qa­la igid yox, əfəl bir ki­şi­ni xa­tır­la­dır­dı. Gö­zəl­lər öz ölüm­lə­ri ilə ki­şi­lə­ri cı­lız­laş­dı­rır...

Tak­si tu­tub meh­man­xa­na­ya gəl­dim. Ba­kı­dan gə­tir­di­yim araq­dan bir çap­pa stə­kan iç­dim, res­to­ra­na qal­xıb şam elə­dim. Ota­ğı­ma qa­yı­dan­dan son­ra uzun müd­dət yu­xu­ya ge­də bil­mə­dim. Ara­ğın da tə­si­ri ölüb get­miş­di. Te­le­vi­zor­da ma­raq­lı ki­no­lar ax­tar­dım. Tap­dıq­la­rı­ma da so­na ki­mi ba­xa bil­mə­dim, höv­sə­ləm çat­ma­dı. Bə­zi ka­nal­lar pul­luy­du. İs­tə­səy­dim ba­xa bi­lər­dim. Am­ma or­da da fər­li bir şey ta­pa­ca­ğı­ma əmin de­yil­dim. Por­no­film­lər mə­ni heç za­man cəlb et­mə­yib...

Pən­cə­rə­min önün­də da­ya­nıb yu­xu­ya get­mə­yə ha­zır­la­şan şə­hə­rə bax­dım. İs­tan­bul şıl­taq kör­pə­lə­rə bən­zə­yir­di, say­rı­şan işıq­la­rın­dan an­la­maq olar­dı ki, yat­maq hə­və­si yox­dur. Bir-bi­ri­mi­zə ox­şa­yır­dıq. Zü­ley­xa, İs­tan­bul və mən. Bi­ri əbə­di yu­xu­ya get­miş, bi­ri da­im oyaq, bi­ri isə iki­si­nin or­ta­sın­da. Am­ma yat­maq la­zı­mıy­dı. Ge­cə­lər yu­xu­lu adam­la­rı, gün­düz­lər ayıq­la­rı se­vir.

Qar ki­mi ağ çar­pa­yı­ma uzan­dım. Dö­şəkağı­nın bə­yaz­lı­ğı və tə­miz­li­yi qəl­bim­də qə­ri­bə hiss­lər ya­ra­dır­dı...

Nə il­lah edir­dim­sə, yu­xum gəl­mir­di, gö­rü­nür, bu da on­da­nıy­dı ki, yu­xu haq­qın­da çox dü­şü­nür­düm. Ya­ta­ğım­da o tə­rəf-bu tə­rə­fə çev­ri­lə-çev­ri­lə ge­cə­ni bir­tə­hər yo­la ver­dim...

* * *

Sə­hər açı­lan ki­mi "Ba­har çi­çək­lə­ri" gö­zəl­lik sa­lo­nu­na gəl­dim. İn­di bu­ra­nı Zü­ley­xa­nın ən ya­xın rə­fi­qə­si Əs­li­han xa­nım ida­rə edir­di. Gö­zəl­li­yi­nə söz ola bil­məz­di. Am­ma ətia­cı və eqoist qa­dın­la­ra bən­zə­yir­di. Bu cür qa­dın­la­rın do­daq­la­rı na­zik, döş­lə­ri xır­da olur, am­ma bə­dən qu­ru­lu­şu­na söz ola bil­məz: 90-60-90. Zü­ley­xa, bəl­kə də acı­dil qız­la­rı qəs­dən se­çir­miş, onu üs­tə­lə­mə­sin­lər de­yə.
O:
- Zü­ley­xa­dan si­zə yal­nız bu qa­lıb, - de­di və mə­nə bir şə­kil uzat­dı.
Bu, üç yaş­lı Mə­həm­məd­lə Zü­ley­xa­nın şə­kliy­di. Ba­la­ca Mə­həm­məd Zü­ley­xa­nı qu­caq­la­mış­dı, san­ki onu iy­lə­yir­di. Zü­ley­xa bu şək­li mə­nə Bo­ğa­zi­çin­də gös­tər­miş­di və onu port­ma­na­tın­da gəz­di­rir­di...

- Zi­nət əş­ya­la­rı­nı heç sev­məz­di, bir də­fə ta­xan ki­mi rə­fi­qə­lə­ri­nə pay­la­yar­dı, -de­yə Əs­li­han xa­nım əla­və elə­di.
Bu­nun­la da o de­mək is­tə­yir­di ki, Zü­ley­xa­nın nə mül­kü­nə, nə də var-döv­lə­ti­nə id­dia elə­mə­yə də­yər. Ev­lə­rin­də də bu fik­rə dü­şən­lər var­sa, onu baş­la­rın­dan çı­xar­sın­lar. Am­ma Ba­kı­da kim­sə Zü­ley­xa­nın mal-mül­kü­nə göz di­kə bil­məz­di, çün­ki on­dan xə­bər­lə­ri də yo­xuy­du. Tə­bii, mə­nim də be­lə bir fi­kir ağ­lı­ma gəl­məz­di. Mə­ni an­caq Zü­ley­xa­nı ki­min və nə­yin üs­tün­də öl­dür­mə­si ma­raq­lan­dı­rır­dı. Bəl­kə də bu, Zü­ley­xa­nın ta­le­yi­nə acı­maq­dan çox, onun ru­hu ilə bir­gə keç­mi­şə qa­yıt­maq və olan­la­rı, ola­caq­la­rı qə­lə­mə kö­çür­mək id­dia­sıy­dı. Bə­zən keç­miş­lə ya­şa­maq (hə­min keç­miş acı ol­sa da be­lə) ger­çək hə­yat­da vur­nux­maq­dan qat-qat sər­fə­li və cəl­be­di­ci­dir...

O­lan­lar ol­muş­du, am­ma ne­cə?

Ma­li­ka­nə­yə Sər­dar bə­yin ma­şı­nın­da get­dik. Hö­ku­mət mə­mu­ru da bi­zim­ləy­di. Sər­dar bəy de­di ki, Zü­ley­xa­nın əm­la­kı re­yestr xid­mə­ti­nə ve­ri­lib və on­la­rın ica­zə­si ol­ma­dan ma­li­ka­nə­yə ba­xış ke­çir­mək ol­maz.

Yol­da is­tan­bul­lu rəs­sam­dan so­ruş­dum ki, Zü­ley­xa­nın öl­dü­rül­mə­sin­də kim­dən şüb­hə­lə­nir. O isə ca­va­bın­da "Heç kim­dən" - de­di, - "Zü­ley­xa xa­nı­mı bir kim­sə iz­lə­mir­di, hər hal­da, mən bu­nun şa­hi­di ol­ma­mı­şam, özü də mə­nə bu ba­rə­də bir söz de­mə­yib".

Mən Zü­ley­xay­la Sər­dar bə­yin han­sı mü­na­si­bət­də ol­du­ğu­nu bil­mir­dim. Bəl­kə də Sər­dar bəy bir za­man­lar Zü­ley­xa­nı sev­miş­di, ya bəl­kə Zü­ley­xa ona vu­rul­muş­du. Üzün­də az nə­zə­rə çar­pan ço­pur­lar ol­sa da, Sər­dar bəy ya­ra­şıq­lı ki­şiy­di. Bu cür ki­şi tip­lə­ri­ni mən Mo­pas­sa­nın "se­vim­li dost­"u­na ox­şa­dı­ram. Nü­fu­ze­di­ci ba­xış, çək­mə si­fət, qa­lın bığ.

Zü­ley­xay­la zövq­lə­ri də üst-üs­tə dü­şür­dü, hər iki­si Bo­ğa­zi­çi­ni se­vir­di. "Ba­har çi­çək­lə­ri" gö­zəl­lik sa­lo­nu­nun di­va­rın­dan asıl­mış "Bo­ğa­zi­çin­də gü­nəş" rəs­mi də Sər­dar bə­yin Zü­ley­xa­ya hə­diy­yə­siy­di. Mən onu Zü­ley­xa­ya qıs­qan­mır­dım, ək­si­nə, dü­şü­nür­düm ki, azə­ri gö­zə­li is­tan­bul­lu rəs­sa­mın ya­nın­da ol­say­dı, onu qo­ru­ya bi­lər­di.

Biz ma­li­ka­nə­yə çat­dıq. Ma­li­ka­nə Be­şik­taş­da, Yıl­dız par­kı­na ya­xın, bo­ğa­zın lap sa­hi­lin­dəy­di.
Hö­ku­mət mə­mu­ru ma­li­ka­nə­nin iri də­mir dar­va­za­sı­nı dəs­tə açar­la aç­dı. Ma­li­ka­nə­nin bö­yük hə­yə­ti var­dı. Ha­sar­la­rın di­bi­nə mə­nim in­di­yə ki­mi gör­mə­di­yim, ya­xud in­di­yə ki­mi fi­kir ver­mə­di­yim və adı­nı bil­mə­di­yim gül kol­la­rı bas­dı­rıl­mış­dı. Qə­ri­bəy­di. Bir ko­lun üs­tün­də rəng­bə­rəng çi­çək­lər var­dı. Pa­yı­zın bu çis­kin­li ha­va­sın­da çi­çək­lər öz rəng­lə­ri­ni itir­mə­miş­di­lər. Mo­bil te­le­fo­nu­mu çı­xa­rıb, üs­tün­də ya­ğış dam­cı­la­rı mür­gü­lə­yən çi­çək­lə­ri çək­dim. Sər­dar bəy ma­li­ka­nə­ni və gül kol­la­rı­nı diq­qət­lə süz­dü­yü­mü, on­la­ra vur­ğun­luq­la bax­dı­ğı­mı gö­rüb:

- Zü­ley­xa xa­nım hər sə­hər özü bu gül­lə­rə qu­lluq edər­di, on­la­rı Or­hun bəy Af­ri­ka­dan gə­tir­miş­di, - de­di.

Və mən in­di ba­şa düş­düm ki, bu çi­çək­lər ni­yə gö­zəl­di­lər. Çün­ki on­lar­da Zü­ley­xa­nın nə­fə­si var­dı.
Biz üç­mər­tə­bə­li ma­li­ka­nə­yə gir­dik. İçə­ri­dən kim­sə­siz­lik qo­xu­su gə­lir­di. San­ki his­siy­ya­tım yo­xa çıx­mış­dı. Mən Zü­ley­xa­nın hə­nir­ti­si­ni du­ya bil­mir­dim. Yu­xa­rı qal­xa-qal­xa dü­şü­nür­düm ki, bir za­man­lar Zü­ley­xa da bu tax­ta pil­lə­lər­lə ad­dım­la­yıb. Da­ha doğ­ru­su, bü­tün bun­la­rı dü­şün­mək­dən çox, tə­səv­vür edir­dim...

Hö­ku­mət mə­mu­ru dəs­tə açar­la elə ad­dım­la­yır­dı ki, mən onu tür­mə nə­za­rət­çi­lə­ri­nə bən­zə­dir­dim. O, biz­dən irə­li­də ad­dım­la­yır, hər qa­pı­nın ağ­zı­na ça­tan­da da­ya­nır, açar­la­rı şaq­qıl­da­da-şaq­qıl­da­da, cəld bir hə­rə­kət­lə qa­pı­nı açır, kə­na­ra çə­ki­lir və bi­zim otaq­la­rı seyr elə­mə­yi­miz­dən zövq alır­dı. Onun ba­xış­la­rın­da bir so­yuq­luq var­dı.

O­taq­lar­da qə­ri­bə və ma­raq­lı heç nə yox idi. Hər mər­tə­bə­də, de­mək olar ki, ey­ni əş­ya­lar var­dı: stol, stul, kres­lo, di­van, te­le­vi­zor­lar... On­la­rı toz bas­mış­dı. Kim­sə­siz­lik bu əş­ya­la­rı göz­dən sal­mış­dı.



- Bun­la­rın üs­tü­nü ört­mək olar­dı, - de­yə mən nə­dən­sə dil­lən­dim, bəl­kə də can­sı­xı­cı pau­za­nı ara­dan qal­dır­maq üçün be­lə de­dim.

Sər­dar bəy:
- Dost­la­rı Zü­ley­xa xa­nı­mın əl­lə­ri də­yən əş­ya­la­rı çıl­paq sax­la­ma­ğı üs­tün tu­tur­lar, - de­di, - özü də bun­lar mü­vəq­qə­ti­dir, yə­qin, ma­li­ka­nə­nin tə­zə sa­hi­bi bu­ra­nı alan­da əş­ya­la­rı da sax­la­ma­ya­caq.
Mə­nə elə gəl­di ki, "çıl­paq" sö­zü­nü Sər­dar bəy qəs­dən iş­lət­di. Bu, Zü­ley­xa­nın açıq-sa­çıq­lı­ğı­na işa­rəy­di. Ona gö­rə də bir qə­dər in­cik və ki­na­yə­li ton­da:

- Bəl­kə özü­nüz ala­sı­nız? - de­dim və çi­çək xəs­tə­li­yi­nin iz­lə­ri qal­mış üzü­nə bax­dım.
Sər­dar bəy köh­nə ki­şi­lə­rə məx­sus əday­la, bir az da ərklə çiy­ni­mə vur­du:
- Pa­ram çat­sa da, cə­sa­rə­tim çat­maz, - de­di.
­Ü­çün­cü mər­tə­bə­də qa­pı­sı bağ­lı iri bir otaq da var­dı.
Hö­ku­mət mə­mu­ru:

- Mər­hu­mun şəx­si əş­ya­la­rı yı­ğı­lan otaq­dır. Ya­xın­la­rın­dan kim­sə on­la­rı apa­ra bi­lər, - de­di və üzü­mə bax­dı.
­O, de­mək is­tə­yir­di ki, özü­mü mər­hu­ma ya­xın bi­li­rəm­sə, hə­min əş­ya­la­rı gö­tü­rə bi­lə­rəm.
Mən əş­ya­la­rın nə­dən iba­rət ol­du­ğu­nu so­ruş­dum. Mə­mur ca­vab ver­di ki, ora­da Zü­ley­xa xa­nı­mın qan­lı pal­tar­la­rın­dan, köh­nə ge­yin­cək­lər­dən, do­daq bo­ya­la­rın­dan, par­füm­dən və bər-bə­zək əş­ya­la­rın­dan sa­va­yı bir şey yox­dur.

- O əş­ya­la­rı Ba­kı­ya ata­sı­gi­lin ün­va­nı­na gön­dər­sə­niz, yax­şı olar. Mən Ba­kı­ya qa­yı­dan ki­mi on­la­rın ye­ni ün­va­nı­nı öy­rə­nib si­zə xə­bər ve­rə­rəm, bir müd­dət­dir ki, baş­qa ye­rə kö­çüb­lər, - de­dim, son­ra əla­və elə­dim, - qan­lı pal­tar­la­rın­dan baş­qa.

Qan iyin­dən və qan­lı pal­tar­lar­dan zəh­ləm get­di­yi­nə gö­rə o ota­ğa gir­mək­dən im­ti­na elə­dim.
Biz ge­ri­yə qa­yıt­dıq. Qəl­bim­də və ca­nım­da sı­xı­cı bir ov­qat var­dı. Mən bur­dan get­mək is­tə­mir­dim, han­sı­sa bir qüv­və, san­ki ayaq­la­rım­dan tu­tub ge­ri dar­tır­dı. Zü­ley­xa­nı öl­dü­rən ada­mın kim­li­yi­ni bəl­kə də bur­da öy­rən­mək olar­dı, me­di­ta­si­ya va­si­tə­siy­lə. Am­ma bu­na ha­lım qal­ma­mış­dı. Mən in­di heç nə is­tə­mir­dim, bir kün­cə çə­ki­lib, Zü­ley­xa­nı, onun gənc­li­yi­ni, "Quş ağ­zı" res­to­ra­nın­da­kı şaq­raq gü­lüş­lə­ri­ni, bə­yaz diş­lə­ri­ni, ala göz­lə­ri­ni xa­tır­la­maq is­tə­yir­dim. Mən ar­zu­ma çat­dım, am­ma tək yox. Sər­dar bəy ov­qa­tı­mı duy­du və:

- Bəl­kə, "Quş ağ­zı" res­to­ra­nın­da bir na­har eli­yək? - de­yə tək­lif elə­di, - is­tə­sən, rus vod­ka­sı da içə­rik.

Mən im­ti­na elə­mə­dim. Şə­rab iç­mə­yin və Zü­ley­xa­lı gün­lə­ri xa­tır­la­ma­ğın əsil mə­qa­mıy­dı.
Üz-üzə otur­muş­duq və hər­dən mə­nə elə gə­lir­di ki, qar­şım­da­kı Sər­dar bəy yox, Zü­ley­xa­dır. Onun si­fə­ti tez-tez də­yi­şir­di. Bo­ğa­zi­çin­dən əsən kü­lək də­niz su­la­rı­nı çis­kin­li ya­ğış ki­mi hər­dən üzü­mü­zə vu­rur­du və mən ayı­lır­dım. Də­niz­də yel­kən­li qa­yıq­lar yo­xa çıx­mış­dı. Gö­rü­nür, on­lar gü­nəş olan­da də­ni­zə çı­xır­lar. Bəl­kə Zü­ley­xa ol­ma­dı­ğı­na gö­rə gö­rün­mür­dü­lər?

- Can­sı­xı­cı mən­zə­rə­dir, - de­dim.

- Can­sı­xı­cı və ürə­kü­zü­cü­dür, - de­yə Sər­dar bəy sö­zü­mə qüv­vət ver­di.

Biz Zü­ley­xa ba­rə­də bir kəl­mə də kəs­mə­dik. Bəl­kə də onu xa­tır­la­maq­dan qor­xur­duq, am­ma də­qiq bi­li­rəm ki, hə­min vaxt o, bi­zim ürə­yi­miz­dəy­di. Yə­qin ki, mən onu gö­zəl "Ma­le­na" ki­mi, o isə "Göy­çək" xa­nım ki­mi xa­tır­la­yır­dı...

Biz ay­rı­lan­da Sər­dar bəy:
- Mən de­mək is­tə­mir­dim, bəl­kə də bu­nun Zü­ley­xa xa­nım­la əla­qə­si yox­dur. Am­ma son za­man­lar onun ya­nı­na bir oğ­lan gə­lir­miş, Mə­həm­məd adın­da, - de­di, - Göy­tə­pə uni­ver­si­te­ti­nin tə­lə­bə­siy­miş, Göy­çək xa­nı­mın qo­hu­muy­muş. Zü­ley­xa xa­nım ölən­dən son­ra hə­min oğ­lan da yo­xa çı­xıb. Bə­zi­lə­ri on­dan şüb­hə­lə­nir. Çün­ki bir PKK ter­ror­çu­su­nun gün­də­li­yin­dən onun adı ta­pı­lıb. Lap tə­zə­lik­cə olub bu. Qə­zet­lər be­lə ya­zır.

Mən, san­ki in­di ayıl­dım, bir­dən ya­dı­ma düş­dü ki, Zü­ley­xa­nın ba­cı­sı oğ­lu Mə­həm­məd İs­tan­bul­da oxu­yur və on­la­rın əla­qə­si ol­ma­mış de­yil. Ürə­yim­də se­vin­dim, am­ma bü­ru­zə ver­mə­dim. Araş­dır­ma üçün gö­zəl möv­zu var­dı. Bəl­kə də ipin ucu­nu tap­mış­dım...
O­ta­ğı­ma qa­yı­dan ki­mi yat­dım və sə­hər er­kən oyan­dım. Üzü­mü qır­xan­da göz­lə­ri­mə fi­kir ver­dim, on­lar­da uşaq ma­ra­ğı­na ox­şar nə­sə var­dı...

* * *

Göy­tə­pə uni­ver­si­te­ti Bo­ğa­zi­çi­nin sol sa­hi­lin­də yer­lə­şir­di. Mən Av­ro­pa his­sə­sin­də, Top­qa­pı­nın ya­xın­lı­ğın­da­kı "Mon­te­kar­lo" ote­lin­də qa­lır­dım. Yığ­cam, təx­mi­nən 20-30 nə­fər­lik meh­man­xa­nay­dı. Sə­hər ye­mə­yi man­sard-çar­daq­da ve­ri­lir­di. Bar­maq­la sa­yı­la­sı müş­tə­ri­lə­rə İb­ra­him ad­lı qa­ra­ya­nız kürd oğ­lan xid­mət elə­yir­di. Otel­də qal­dı­ğım ax­şam­lar çar­da­ğa çı­xıb, Bo­ğa­zi­çi­ni seyr edir­dim. İb­ra­hi­mə isi­niş­miş­dim. Müş­tə­ri­lər az ol­du­ğun­dan onun da be­kar vax­tı çox olur­du. Mən ona özüm­lə gə­tir­di­yim bir rus ara­ğı ba­ğış­la­mış­dım, o isə əvə­zi­ni ra­kıy­la çıx­mış­dı.

- Xo­cam, bur­da rus vod­ka­la­rı fəz­lə, yə­ni çox ba­ha­dır, - se­vinc­lə de­miş­di.

İb­ra­hi­min ar­zu­su yax­şı bir işə dü­zəl­mək, ev ki­ra­yə­lə­mək, ar­va­dı­nı və ba­la­ca qı­zı­nı da İs­tan­bu­la gə­tir­mək idi. Göy­tə­pə uni­ver­si­te­ti­nə get­mək is­tə­yi­mi eşi­dən­də bir qə­dər tu­tul­du və:

- Xo­cam, mə­nim bir ar­ka­da­şım da ora­da oxu­yur­du. Adı Din­qoy­du, onu gör­sən mən­dən sa­lam de, çox­dan­dır ki, zəng elə­mir, - de­di. Son­ra da ba­şa sal­dı ki, Göy­tə­pə­yə "Üs­kü­dar"­dan va­pur­la, yə­ni gə­miy­lə də ge­də bi­lə­rəm, İs­tə­səm av­to­bus­la da kör­pü­dən ad­la­ya­ram.
İs­tan­bul­lu ar­ka­daş­la­rım mə­nə ma­şın ayır­dıq­la­rın­dan av­to­bu­sa eh­ti­yac ol­ma­dı.

Hə­min ax­şam mü­vəq­qə­ti sü­rü­cüm Əh­məd bə­yə zəng elə­dim, ha­ra ge­də­cə­yi­mi de­dim. O, ca­va­bın­da:
- Er­tə­dən çı­xaq, İs­tan­bul yol­la­rın­da ba­sa­bas­dır, - de­di və biz sa­at doq­qu­zu ad­la­ma­mış Göy­tə­pə­yə yol­lan­dıq.

Yol­da nə­həng ti­ca­rət mər­kə­zi­nə rast gəl­dik. Əh­məd bəy de­di ki, bu­ra er­mə­ni­lər nə­za­rət edir­lər.
U­ni­ver­si­te­tin ol­du­ğu Bağ­lar­ba­şı cad­də­si­nə çat­dıq.
Göy­tə­pə İs­tan­bu­lun Asi­ya his­sə­sin­də yer­ləş­sə də, Av­ro­pa üs­lu­bun­da ti­kil­miş­di, bir ne­çə kor­pus­dan iba­rət idi.

Qa­pı gö­zət­çi­si ön­cə bi­zi içə­ri bu­rax­maq is­tə­mə­di. Bir ne­çə il bun­dan əv­vəl İs­tan­bul­da olan ter­ror akt­la­rı uni­ver­si­tet­lə­rə də gi­ri­şi çə­tin­ləş­dir­miş­di, bi­na cid­di mü­ha­fi­zə olu­nur­du. Mən gö­zət­çi­yə ba­şa sal­dım ki, çox va­cib bir iş üçün gəl­mi­şəm və rek­tor­la gö­rüş­mə­səm, ge­ri qa­yıt­ma­ya­cam. O, məc­bur olub gö­zət­çi­ba­şı­nı ça­ğır­dı. Üzün­dən zəhm ya­ğan, dil­dən isə iti və şi­rin olan gö­zət­çi­ba­şı da mə­nim­lə uzun-uza­dı da­nış­dı, son­ra rek­to­run qə­bul ota­ğı­na çıx­dı və qa­yı­dıb de­di ki, rek­tor bəy­lə gö­rüş­mək üçün ön­cə­dən növ­bə­yə ya­zıl­maq la­zı­mıy­dı, am­ma mü­sa­fir ol­du­ğu­mu­za gö­rə rek­tor bəy bi­zi qə­bul edə­cək, bir bu­çuq saat­dan, yə­ni saat­ya­rım­dan son­ra.

­Əh­məd bəy ma­şı­na qa­yıt­dı, mən­sə uni­ver­si­te­tin hə­yə­tin­də­ki park­da gəz­mə­yə, var-gəl elə­mə­yə baş­la­dım. Rek­tor Yıl­maz Dur­mu­şa de­yə­cə­yim söz­lə­ri gö­tür-qoy elə­dim. Keç­miş tə­lə­bə­si ba­rə­də o nə­sə bil­mə­liy­di. Çün­ki ya­ban­çı tə­lə­bə­lər­lə rek­tor­lar öz­lə­ri bir­ba­şa məş­ğul olur­lar, on­la­rın ta­le­yi­nə ca­vab­deh­dir­lər.

Ha­va­da qə­ri­bə ayaz var­dı, san­ki bir az­dan qar ya­ğa­caq­dı. Ne­çə gün idi ki, gü­nəş gö­rün­mür­dü. Nə­dən­sə dörd yüz il bun­dan qa­baq Bo­ğa­zi­çi­nin şax­ta­dan don­ma­sı ya­dı­ma düş­dü. Bu ha­di­sə "də­li" lə­qəb­li Sul­tan Mus­ta­fa dö­nə­min­də baş ver­miş­di. Adam­lar nə­sə pis bir ola­yın baş ve­rə­cə­yin­dən qor­xur­du­lar. Çün­ki o boy­da nəh­rin don­ma­sı şey­tan əmə­liy­di. Tan­rı heç za­man be­lə iş­lə­rə qol qoy­maz­dı. Nə­ti­cə­si də o ol­muş­du ki, ye­ni­çə­ri­lər Sul­tan Mus­ta­fa­ya qar­şı qi­yam qal­dır­mış və onu ya­ta­ğın­da­ca boğ­muş­du­lar...

Qa­pı gö­zət­çi­si hər­dən di­şa­rı çı­xıb bir də­fə gö­yə, bir də­fə də mə­nə ba­xır­dı, as­ta­ca gər­nə­şir­di. Mən gör­məz­li­yə vu­rur­dum. Bil­mi­rəm o mən­dən bez­miş­di, yox­sa mən göz­lə­mək­dən yo­rul­muş­dum...

Dü­şün­mək­dən, xa­tır­la­maq­dan gö­zəl nə ola bi­lər, xü­su­sən də vax­tın çox olan­da. Mən Zü­ley­xa­nın iri ala göz­lə­ri­ni, ağız­do­lu­su gü­lü­şü­nü, bə­yaz diş­lə­ri­ni, ağ də­ri­si­ni xa­tır­la­yır­dım, si­qa­ret tu­tan uzun, na­zik bar­maq­la­rı­nı ya­dı­ma sa­lır­dım. Mə­həm­mə­di tə­səv­vür et­mə­yə ça­lı­şır­dım. Mən Mə­həm­mə­di kör­pə vax­tı bir­cə də­fə gör­müş­düm, Fa­ti­mə ata­sı­gi­lə qo­naq gə­lən­də, son­ra ara qa­rış­dı, məs­səb it­di, Qa­ra­bağ mü­ha­ri­bə­si baş­la­dı, ac­lıq və sə­fa­lət adam­la­rın əl-aya­ğı­nı yı­ğış­dır­dı. Hə­min vaxt qo­hum-əq­ra­ba­lar bir-bi­ri­lə­ri­nə qo­naq get­mə­yə də uta­nır­dı­lar, çün­ki saat­lar­la çö­rək növ­bə­si­nə da­yan­mış ya­xın­la­rı­nın, dost-ta­nı­şın bo­ğa­zı­na or­taq ol­ma­ğı ayıb sa­yır­dı­lar.
Zü­ley­xa isə mə­həl­lə­də gö­rün­mür­dü. Onun xa­ti­rə­si bö­yük­lə­rin yad­da­şın­dan çox­dan si­lin­miş­di, ye­ni­yet­mə­lər isə onu xa­tır­la­yır­dı­lar.

Çün­ki o, bi­zim bir par­ça­mız idi. Üs­tün­dən uzun il­lər ke­çən­dən son­ra Zü­ley­xa­nın Tür­ki­yə­də ya­şa­dı­ğı­nı, zən­gin bir fo­to­mo­del ol­du­ğu­nu eşit­miş­dik. Bu ba­rə­də bul­var qə­zet­lə­ri ya­zır­dı­lar, onun ya­rı­çıl­paq şə­kil­lə­ri­ni ve­rir­di­lər, azə­ri qa­dın­la­rı­nın na­mu­su­na xə­ləl gə­tir­di­yi­nə gö­rə qı­na­yır­dı­lar, ürək­lə­rin­də isə pa­xıl­lı­ğı­nı çə­kir­di­lər. Zü­ley­xa­nın na­mus­suz­lu­ğun­dan ya­zan əsa­sən qa­dın­lar idi. Gö­rü­nür, onun ye­rin­də ol­ma­dıq­la­rı­na gö­rə acıq­lıy­dı­lar, ta­le­lə­ri­ni qı­na­maq əvə­zi­nə, həm­cins­lə­ri­nin və həm­və­tən­lə­ri­nin uğu­ru­nu qıs­qa­nır­dı­lar. Qa­dın­lar onun ki­mi gö­zəl ol­ma­dıq­la­rı­na, er­kək­lər isə ona sa­hib çı­xa bil­mə­dik­lə­ri­nə gö­rə qə­zəb­liy­di­lər. İn­di o, ha­mı­nın nif­rət mən­bə­yiy­di, çün­ki şöh­rət­liy­di. Müd­rik­lər­dən bi­ri de­yib ki, "nif­rət in­sa­nın po­pul­yar­lı­ğı­nın gös­tə­ri­ci­si­dir".
Qa­dir­lə mən se­vi­nir­dik. Zü­ley­xa­nın ağ bal­dır­la­rı­nı və döş­lə­ri­nin ara­sı­nı biz­dən baş­qa gö­rən ol­ma­mış­dı.

- Ax, Zü­ley­xa! - İçim­də inil­də­dim, so­yuq ha­va­nı ci­yər­lə­ri­mə çək­dim.
Bir saa­tın ta­ma­mın­da gö­zət­çi çö­lə çıx­dı və işa­rə elə­di ki, rek­to­run ya­nı­na qal­xa bi­lə­rəm...

davamı
XS
SM
MD
LG