Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:34

Transparency International Bakını məhkəmə islahatlarına çağırır


Beynəlxalq Şəffaflıq təşkilatının emblemi
Beynəlxalq Şəffaflıq təşkilatının emblemi
QAFQAZDA KORRUPSUYA

Beynəlxalq Şəffaflıq təşkilatı - Transparency International mayın 4-də yayılan yeni hesabatında qeyd edir ki, Azərbaycan, Ermənistan və Gürcüstan son bir ildə anti-korrupsiya islahatlar sahəsində az da olsa, uğurlar əldə ediblər. Amma bu ölkələr şəffaflığın təmin edilməsi və bütün sahələrdə hökumətlərinin daha məsuliyyətli olması üçün daha çox iş görməlidirlər.

Transparency International onları xüsusilə də məhkəmə sistemində islahatlara diqqət yetirməyə çağırır. Cənubi Qafqaz ölkələrindən bəhs edən hesabatda qeyd edilir ki, bu dövlətlər Avropa Şurasının və Korrupsiya Əleyhinə Dövlətlər Qrupunun tövsiyyələrini yerinə yetirməlidirlər.

Sənədə görə Gürcüstan dövlət xidmətlərində elektron xidmətlərin qurulmasında xeyli irəliləyişlər əldə edib. Amma Azərbaycanda 2011-ci ilin əvvəlində bəzi anti-korrupsiya dalğaları olsa da nə Bakı, nə də Yerevan bu sahədə ciddi islahatlar aparmayıblar.

UNUTMAYIN: DAHA VƏTƏNDAŞ PASSİV SEYRÇİ OLMAQ İSTƏMİR!

Sənəddə deyilir: “Bu regiondakı hökumətlər anlamalıdırlar ki, daha vətəndaşlar passiv seyrçi olaraq qalmaq istəmirlər. Onlar getdikcə daha çox nümayiş etdirirlər ki, korrupsiya və pis idarəetməyə dözmək istəmirlər.”

Transparency International araşdırmaları üzrə ortaya çıxan əsas nəticələri bu cür qruplaşıdırır:

Azərbaycan
Məhkəmə sistemnində qanunların və qərarların icrası sahəsində ciddi problemlər var. Şəffaflıq aşağı səviyyədədir. Hakimləri icra hakimiyyəti təyin edir, ona görə də məhkəmələrin müstəqilliyi məhduddur. Dövlət xidmətlərinə gənc mütəxəssislərin cəlb edilməsində və məmurların peşə davranışlarında müəyyən irəliləyişlər var. Amma bu sahədə təlim çatışmazlığı və peşəkarlıq səviyəsi problem olaraq qalır.

Hökumət Korrupsiya Əleyhinə Dövlətlər Qrupunun tövsiyyələrini yerinə yetirmək üçün xüsusi maliyyə kəşfiyyatı qrupu yaradıb. 2011-ci ilin əvvəlində isə hökumət vətəndaşların etibarını qazanmaq üçün bir neçə anti-korrupaiya sənədləri qəbul edib.

Ermənistan
2010-cu ildə məhkəmə sistemi və dövlət xidmətləri sahəsində çox cüzi irəliləyişlər olub. Bu sahələrdə müstəqilliyin olmaması və şəffaflıq problem olaraq qalır.

Korrupsiya Əleyhinə Dövlətlər Qrupunun tövsiyyələrinin icrası istiqamətində bəzi irəliləyişlər var. Korrupsiya cinayətlərinin üzə çıxarılmasında təlimat, məmurların peşə davranışı qaydalarını pozmalarına görə şikayıt mexanizmləri təkmilləşdirilib.

Gürcüstan
Hakimlərin müstəqil olmaması bu ölkədə yaxşı idarəetmənin ən ciddi problemi olaraq qalır. Xüsusilə dövlət xidmətlərində siyasiləşmə olduqca yükəskdir. Amma bu sahəyə elektron sistemlərin tətəbiqi yaxşılaşıb. Transparency International Tbilisini qanunların qəbulu və onların icrasında da şəffaflığın artırılmasını tövsiyyə edir.

Beynəlxalq Şəffaflıq təşkilatının sonuncu illik hesabatına görə Azərbaycan Qafqazda ən korrupsiyalaşmış dövlətdir. Təşkilatın hazırladığı korrupsiya indeksinə görə Azərbaycan 178 ölkə arasında 134-cü sırada qərar tutur.

Uzun müddət Azərbaycan rəsmiləri ölkədə korrupsiyanın səviyyəsinə görə tənqidləri rədd edirdilər. Amma bu ilin əvvəlindən ölkədə anti-korrupsiya kampaniyası aparılır. Əksər dövlət qurumları bu cinayətə görə kimlərisə cəzalandırdığını bildirir, amma tənqidçilər qeyd edirlər ki, ciddi islahatlar olmadan belə kampaniyalarla nəticə əldə etmək mümkün deyil.
XS
SM
MD
LG