Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:35

Eurovision-da daha 10 finalçı müəyyən edildi


Germany. Dusseldorf. May 12, 2011. Press-conferance after second semifinal in Eurovision Song Contest
Germany. Dusseldorf. May 12, 2011. Press-conferance after second semifinal in Eurovision Song Contest
Mayın 12-də Dusseldorfda Eurovision 2011 mahnı müsabiqəsinin ikinci yarımfinalında mübarizəni davam etdirən daha 10 ölkə müəyyən edildi. 19 ölkə içərisindən finala keçənlər aşağıdakılar oldu:
  1. Estoniya
  2. Rumıniya
  3. Moldova
  4. İrlandiya
  5. Bosniya-Hersoqovina
  6. Danimarka
  7. Avstriya
  8. Ukrayna
  9. Sloveniya
  10. İsveç
Mayın 10-da keçirilən ilk yarımfinalda Azərbaycan təmsilçiləri olan Ell&Nikki dueti (Eldar və Nigar) final mərhələsinə keçmişdilər.

Moldova müğənniləri mətbuat konfransında
Eurivsion 2011-in qalibi mayın 14-də (Bakı vaxtilə mayın 15-ə keçən gecə) 25 ölkəni təmsil edən iştirakçıların çıxışlarından sonra müəyyən ediləcək. Son mərhələdə yarımfinallarda daha çox səs toplayan 20 müsabiqə iştirakçısından başqa, yarışa Fransa, Italiya, Böyük Britaniya, Ispaniya və Almaniya təmsilçiləri qatılacaqlar. Eurovison-un əsasının qoyanlar kimi bu 5 ölkəyə hər il avtomatik olaraq finalda yer verilir.

2-ci yarımfinalın nəticələri bütün gözləntiləri doğrultdu.

Ell&Nikki dueti finalda Dusseldorfun "Espirit Arena" stadionunda quraşdırılan səhnəyə sıraca 19-cu olaraq çıxacaqlar. (Bütün iştirakçıların çıxış ardıcıllığı)

XS
SM
MD
LG