Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:48

Prezidentin qızının "Rue89.com" saytı ilə məhkəmə davası başladı


Lola Kərimova-Tillyaeva
Lola Kərimova-Tillyaeva
Parisdə “Rue89” saytına qarşı məhkəmə prosesi başlayır.

Saytı məhkəməyə Özbəkistan prezidenti İslam Kərimovun kiçik qızı - Özbəkistanın UNESCO-dakı nümayəndəsi Lola Kərimova-Tillyaeva verib.

Prezidentin qızı saytda çap edilmiş məqalədə onun “diktator qızı” adlandırılmasına etiraz edir.

Yazıda bildirilir ki, xanım Kərimova-Tillyaeva xeyriyyə tədbirləri təşkil etmək və Qərbin tanınmış şəxslərinə pul paylamaq yolu ilə “ölkəsinin imicini təmizləməyə çalışır”.

Prezidentin qızı bunu böhtan adlandıraraq saytın mənəvi ziyana görə 30 min avro ödəməsini tələb edir.

Məqalə keçən ilin mayında dərc edilib. Orada İslam Kərimovun böyük qızı Gülnarənin keçən il Kann festivalı çərçivəsində təşkil etdiyi və “Kino AİDS-ə qarşı” adlanan xeyriyyə tədbirindən söhbət gedir.

MONİKA BELUÇÇİYƏ 190 MİN DOLLAR?

Məqalədə iddia edilir ki, bundan qabaq – həmin ilin fevralında prezidentin kiçik qızı Lola başqa bir xeyriyyə tədbirində iştirak etməsi üçün tanınmış aktrisa Monika Beluççiyə 190 min avro pul ödəyib.

Fransa - (sağdan sola) Lola Kərimova-Tillyaeva, fransız aktyoru Alen Delon və italyan aktrisası Monica Belluççi Özbəkistanın təşkil etdiyi xeyriyyə tədbirində, Paris, 8 avqust 2009
Sayt yazır ki, prezidentin qızları AİDS-ə qarşı mübarizə adı altında Özbəkistanda insan haqlarının pozulması hallarını pərdələməyə çalışırlar.

“Halbuki Özbəkistanda Maksim Popov adlı şəxsi AİDS-lə mübarizə metodları haqda materiallar yaydığı üçün tutublar.

Onu “Özbək xalqının mənəvi dəyərləri, dini görüşləri, ənənələri ilə uyğun gəlməyən materiallar yaydığı üçün” həbs ediblər.

Maraqlıdır ki, Kərimova-Tillyaeva öz məhkəmə iddiasında Popovla bağlı yazılanlara etiraz etmir.

Məqalə müəllifi Augustin Scalbert AzadlıqRadiosunun özbək xidmətinə müsahibəsində deyib ki, yazdıqlarını təkzib etmək fikri yoxdur.

Jurnalist iddia edir ki, yazdıqlarını sənədlər də təsdiqləyir. Scalbert məhkəmənini onun xeyrinə qərar çıxaracağıan inanır “Çünki Fransa söz azadlığına hörmət edən bir ölkədir”.

Jurnalist deyir ki, Fransa mediasında Lola Kərimovanın “diktator qızı” olması haqda yazı dərc etdirməsi qanunlara zidd deyil.

“Sadəcə qanuna görə, bizim bunu demək üçün əlimizdə sübut olmalıdır. Bizim üçün də bunu sübut etmək asandır. Çünki 6 il bundan qabaq Özbəkistanda “Əndican faciəsi” törədilib - hökumət qüvvələri dinc nümayişçiləri qətlə yetiriblər. Rejimin
Özbəkistan - ordu Əndicanda vəziyyəti nəzarət altına alıb. 14 may 2005

çoxlu sayda opponenti həbsə atılıb, onlara işgəncə verilib”.

MƏHKƏMƏDƏ ÖZBƏKİSTANDAN OLAN HÜQUQ MÜDAFİƏÇİSİ DƏ İFADƏ VERƏCƏK

Məhkəmədə ifadə verəcək şəxslərdən biri də Özbəkistandan olan hüquq müdafiəçisi Mutabar Tojiboeva-dır.

Onu da vaxtilə Özbəkistanda hökumət rəsmilərinə böhtan atmaq və qanunsuz aksiya təşkil etməkdə günahkar bilib həbs etmişdilər. İndi o, Avropada yaşayır.

Tojiboeva saytın Kərimov haqda yazdıqlarını dəstəkləyir.

“Mən şahid ifadəmdə Kərimovun diktator olması fikrinə dəstək verəcəm. Mənim əlimdə bunu təsdiqləyən yetərincə sənəd var onları da məhkəməyə təqdim edəcəm”.

Məhkəmənin nə qərar verəcəyi bəlli deyil, amma deyəsən, məhkəmə prosesi dolayısı ilə İslam Kərimovun Özbəkistanını diqqət mərkəzinə gətirəcək.

Artıq Parisdəki “Sərhədsiz Reportyorlar Birliyi” bildirib ki, məhkəmə prosesi faktından istifadə edib beynəlxalq ictimaiyyətin diqqətini Özbəkistanda insan haqlarının pozulması hallarına yönəldəcəklər.
XS
SM
MD
LG