Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:53

Novruz Məmmədovun Kazan görüşündən gözlədikləri


Novruz Məmmədov
Novruz Məmmədov
“Kazanda Ermənistan özündə iradə tapıb mövqe bildirməlidir. Qarşıdakı Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazan görüşündən gözləntilər çoxdur”.

Bunu iyunun 7-də Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə bildirib.

Novruz Məmmədov deyib ki, beynəlxalq ictimaiyyət, o cümlədən həmsədrlər tələb edirlər ki, status - kvo dəyişsin. Status - kvonun dəyişməsi üçün isə bir sıra hərəkətlər etmək lazımdır.

Novruz Məmmədov deyir ki, bunun üçün müəyyən rayonların qaytarılması, məcburi köçkünlərin evlərinə qayıtması lazımdır. Bununla da proses başlaya bilər.

Referendum məsələsinə də münasibət bildirən Novruz Məmmədov bildirib ki, Ermənistan zaman-zaman referendumu ortaya atmaqla danışıqların müddətini uzadır: “Əslində isə referendum bütün bu proseslərdə ən axırıncı məsələdir”.
XS
SM
MD
LG