Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:51

Serbiya ilə iqtisadi əməkdaşlıq və 3 heykəl... (Fotolar)


Tadiç və Əliyev ağac əkirlər. 8 iyun 2011
Tadiç və Əliyev ağac əkirlər. 8 iyun 2011
(Belqradda Heydər Əliyevin heykəlinin açılışından fotolara mətnin sonunda baxa bilərsiniz.)


ÜÇ HEYKƏL...

Azərbaycan prezidenti İlham Əliyevin Belqrada səfəri çərçivəsində üç heykəlin açılışı nəzərdə tutulub.

Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin, məşhur serb yazıçısı Milorad Paviçin və görkəmli Azərbaycan vəstəkarı Üzeyir Hacıbəyovun.

Amma buna qədər iki ölkə arasında çoxlu sayda saziş və memorandum imzalanıb.

Bunlar fövqəladə hallar, gömrük işi, sərmayələrin təşviqi və qarşılıqlı qorunması, təhsil, gənclərlə iş və idman, ətraf mühitin mühafizəsi, mədəniyyət, kənd təsərrüfatı, turizm, nəqliyyat, energetika, mülki aviasiya sahələrinə aiddir.

«Serbiya Azərbaycanın, Azərbaycan da Serbiyanın ərazi bütövlüyünü dəstəkləyir. Bizim ölkələrimiz BMT-nin üzvləridir. Hər iki ölkənin mövqeyi beynəlxalq hüquqa və qlobal maraqlara uyğundur».

Bunu isə azərbaycanlı həmkarı ilə birgə mətbuat konfransında Serbiya prezidenti Boris Tadiç deyib.

İLHAM ƏLİYEV QƏZETƏ MÜSAHİBƏ VERİB

Səfər ərəfəsində İ.Əliyev də Serbiyanın gündəlik «Politika» qəzetinə deyib ki, hər iki ölkə separatizmlə üzləşib. Azərbaycan Dağlıq Qarabağda, Serbiya isə Kosovoda. Onun sözlərinə görə, sərhədlər dəyişdirilməməlidir və bu, beynəlxalq təhlükəsizlik baxımından yolverilməzdir.

Milorad Paviçin «Xəzər Sözlüyü» kitabı
Serbiyanın Kosovo bölgəsinin müstəqillik bəyanatını Azərbaycan da tanımır və bir müddət qabaq öz sülhməramlılarını Kosovodan çıxarıb.

Prezidentlərin ziyarət etdikləri H.Əliyevin və M.Paviçin heykəlləri Tasmajdan parkındadır. Belraddakı həmin parkın yenidən qurulmasına Azərbaycan hökuməti 2 milyon avro ayırmışdı.

Bürüncdən hazırlanan heykəllərin hündürlüyü 9 metrdir.

İ.Əliyev heykəllərin açılışını "iki ölkə üçün tarixi gün" adlandırıb.

Onun bildirdiyinə görə, Bakı meri qərara alıb ki, serb əsilli ixtiraçı alim Nikola Teslanın da Bakıda abidəsi ucaldılsın.

PREZİDENTLƏR AĞAC ƏKƏCƏKLƏR

Prezidentlər həmin parkda iki ölkənin dostluğunun simvolu kimi birgə ağac da əkiblər.

Ü.Hacıbəyovun heykəli isə «Novi sad» adlanan bağdadır. Prezidentlər orada da heykəlin açılışında iştirak edəcəklər.

Bundan başqa Belqradda H.Əliyevə həsr edilən kitabın da təqdimatı olacaq. Moskvada «Görkəmli şəxsiyyətlərin həyatından» seriyasında çap edilən «Azərbaycanın ümummilli lideri Heydər Əliyev» adlı kitabın təqdimatında azərbaycanlı deputatlar Hüseynbala MirələmovEldar İbrahimov iştirak edəcəklər.

Sözügedən tədbirdə serb yazıçısı M.Paviçin də Azərbaycan dilində çap edilmiş «Xəzər sözlüyü» kitabının təqdimatı olacaq.

Bundan qabaq – aprelin 4-də Ermənistan prezidenti Sarkisyan da Serbiyaya səfər etmiş və serb həmkarı Tadiçlə görüşmüşdü.

Hər iki prezident bildirmişdi ki, Qarabağ konfliktinin hərb yolu ilə həlli yolverilməzdir.

Bundan başqa tərəflər ticarət balansını artırmaq, mədəniyyət sahəsində əməkdaşlığı genişləndirmək, diplomatik pasportlu şəxslər üçün viza rejiminin ləğvi kimi məsələlərdə anlaşmışdılar.

XS
SM
MD
LG