Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:38

Yaxın həftələrdə iqtidar-müxalifət dialoqu ola bilər


Ə. B. Cankorel
Ə. B. Cankorel
«ATƏT olaraq bizim hakimiyyətlə müxalifət arasında dialoq təşkil etməklə bağlı səylərimiz hər zaman davam edir».

Bunu iyunun 9-da ATƏT-in Bakı Ofisinin rəhbəri Əli Bilgə Cankorel jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hakimiyyət və müxalifət nümayəndələrinin iştirak edəcəyi konfransın təşkili gündəmdəki məsələlərdən biridir. Cənab Cankorel qarşıdakı həftələrdə bu təşəbbüsün baş tutacağına ümid etdiyini bildirib.

İndiyə qədər müxalifətlə iqtidar partiyaları arasında bir neçə dialoq təşkil olunub.

2010-cu ilin dekabrında planlaşdırılan növbəti dialoq isə baş tutmayıb.
XS
SM
MD
LG