Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:44

Vidadi İsgəndərliyə qarşı yeni ittiham irəli sürülüb


Vidadi İsgəndərli
Vidadi İsgəndərli
Həbsdə olan hüquq müdafiəçisi, İctimai Palatanın üzvü Vidadi İsgəndərliyə qarşı yeni ittiham irəli sürülüb.

Bu barədə AzadlıqRadiosuna onun vəkili Xalid Bağırov məlumat verib.

Vəkilin deməsinə görə, irəli sürülən yeni ittiham Cinayət Məcəlləsinin 132-ci (döymə) maddəsidir. Bir nəfər Vidadi İsgəndərlinin üzünə duraraq ötən ilin noyabrında keçirilən parlament seçkiləri zamanı hüquq müdafiəçisinin onu döydüyünü iddia edib.

Vəkilin sözlərinə görə, əvvəlki ittiham maddələrində tövsifedici əlamət olar zor tətbiq etmə məsələsi olduğu halda yenidən ona döymə maddəsi illə əlavə ittiham irəli sürmək məntiqsizdir və Cinayət Məcəlləsiinin 17.4 –cü madəsinə ziddir.

Vəkil deyir ki, əslində Vidadi İsgəndərli heç kimi döyməyib.

Vidadi İsgəndərli mayın 2-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs edilib. O, seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə mane olma, seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmədə günahlandırılır.

Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi ona Cinayət Məcəlləsinin 159.4.1 və 160.2.1 maddələri ilə iş qaldırıb.
XS
SM
MD
LG