Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:34

Nalbandyan Kazan görüşünün nəticəsiz olmasına görə Azərbaycanı günahlandırır


Edvard Nalbandyan
Edvard Nalbandyan
Yerevan prezidentlərin Kazan görüşünün nəticə verməməsinə görə Azərbaycanı günahlandırır.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan hesab edir ki, Kazan görüşü Bakının münaqişənin həlliylə bağlı beynəlxalq vasitəçilərin təklif etdiyi əsas prinsiplərin son variantını imzalamamasına görə nəticəsiz qurtarıb.

Onun sözlərinə görə Azərbaycan tərəfi ona yaxın dəyişiklik təklif edib ki, bu da Kazan görüşünün həlledici olmamasıyla nəticələnib.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Amma Nalbandyan sülh danışıqlarının davam edəcəyini və başqa həlli yolu olmadığını bildirib.

Azərbaycanın millət vəkili və politoloq Rasim Musabəyov isə hesab edir ki, bu iki ölkə arasında gərginliyin artmasına səbəb ola və Rusiyanın regiondakı nüfuzuna mənfi təsir göstərə bilər.
XS
SM
MD
LG