Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:33

Antikorrupsiya: bir addım irəli, iki addım geri?


Vasif Mövsümov
Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov və «Femida» qəzetinin baş redaktoru, hüquqşünas Əyyub Kərimov korrupsiya ittihamı ilə cəzalandırılanların sonradan yenidən vəzifəyə təyin olunmalarına münasibət bildirirlər.

Vasif Mövsümov:

«2007-ci ildə Azərbaycanda antikorrupsiya üzrə milli strategiya qəbul olunanda, bütün nazirliklər onun fəaliyyət planını qəbul ediblər. Amma onlar 2007-2011-ci illər ərzində o fəaliyyət planı istiqamətində demək olar ki, heç bir tədbir görməyiblər. Bu məsələ kağız üzərində qalıb. Bir çox nazirliklər korrupsiyaya qarşı mübarizəyə müqavimət göstərirlər. Bunu tam qətiyyətlə demək olar. Onlar addımlar atsaydılar, 2011-ci ildə korrupsiya bu səviyyəyə çatmazdı».

Əyyub Kərimov
Əyyub Kərimov:

«Qarpız yeyənlər kənarda qalır, qabıq yeyənlərlə əlaqədar informasiya yayılırdı ki, guya hansısa bir tədbir görülüb və istintaq gedir. Yayılan məlumatlar həmin kampaniyanın əhalini sakitləşdirmək üçün elementlərindən biridir. Korrupsiyaya qarşı Mübarizə İdarəsi hansısa nazirliklərin korrupsiya ilə bağlı şikayətlərin sayına görə ön yerdə olmasını bildirirsə, onda göstərsin ki, böyük məmurlardan, yəni qabıq yeyənlər yox, qarpız yeyənlərdən kim məsuliyyətə cəlb olunub. Olunmayıbsa, niyə olunmayıb? Ortada niyə ciddi və konkret şəxsə yönələn faktlar yoxdur?...»

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG