Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:29

Rusiya Müdafiə naziri Qəbələ RLS-i danışmaq üçün Bakıdadır


Qəbələ RLS
Qəbələ RLS
Rusiyanın Müdafiə naziri Anatoli Serdyukovun Azərbaycana səfəri başlayıb.

Rusiya Müdafiə Nazirliyindən (MN) bildiriblər ki, iyulun 24-də başlayan səfər çərçivəsində A. Serdyukov Azərbaycan rəhbərliyi ilə Qəbələ RLS-in icarə müddətinin artırılması məsələsini müzakirə edəcək.

Rusiya Müdafiə nazirinin prezident İlham Əliyev və həmkarı Səfər Əbiyevlə görüşləri olacaq.

«Müdafiə nazirləri iki ölkənin Silahlı Qüvvələrinin hazırkı vəziyyəti və inkişafı, hərbi və hərbi texniki sahədə əməkdaşlığın perspektivləri, əsasən də Qəbələ RLS-in icarə müddətinin uzadılması məsələsini müzakirə edəcəklər», - deyə Rusiya MN-dən bildirilib.

Səfər iyulun 26-da başa çatacaq. /apa/
XS
SM
MD
LG