Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:35

Norveç polisi Breivikin fermasını zərərsizləşdirib


Norveç polisi deyir ki, onlar 76 adamı öldürən Anders Behring Breivikin kirayə etdiyi və bomba gizlədilən fermanı tapıb zərrəsizləşdiriblər. Polisin məlumatına görə, mütəxəssislər tapılan partlayıcılar məhv edilib. Məhv edilən partlayıcıların sayı və növü barədə əlavə məlumat verilmir.

Polis kütləvi qətldə öldürülənlərin 4 nəfərinin adını ictimaiyyətə açıqlayıb.

Ötən həftənin 5-ci günü Norveç vətəndaşı Anders Behring Breivik Osloda hökumət binasının yanında partlayış törətmiş, sonra isə gənclərin yay düşərgəsinə gedib burda kütləvi qətl həyata keçirmişdi. Onun vəkili bildirib ki, 32 yaşlı Breivik hücumları törətdiyini təsdiqləyir, amma özünü təqsirli bilmir. O, bu cinayəti Avropanı müsəlmanlardan xilas etmək üçün törətdiyini bildirib. Vəkili onun dəli olduğunu istisna etməyib.
XS
SM
MD
LG