Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:29

2 aprel məhbuslarından daha dördünün məhkəməsi başlayıb


2 aprel aksiyası
2 aprel aksiyası
«Sərbəst toplaşma hüquqlarını pozduqlarına görə daxili işlər naziri Ramil Usubov, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və aksiyalarda etirazçıları saxlayan bütün polis işçilərinin məsuliyyətə cəlb olunmaları barədə məhkəmə qərar qəbul etsin».

Bu vəsatəti iyulun 28-də Nəsimi rayon Məhkəməsində 2 aprel aksiyası ilə bağlı barələrində cinayət işi açılmış şəxslərin vəkilləri qaldırıb.

Bu gün 2 aprel aksiyasında iştirak etmiş Ülvi Quliyev, Əhəd Məmmədli, Elnur MəcidliRüfət Hacıbəylinin məhkəmə prosesi başlayıb. Onlar ictimai asayişi pozmaqda və hakimiyyət nümayəndələrinə müqavimət göstərməkdə ittiham olunurlar.

AzadlıqRadiosunun müxbiri məhkəmədən xəbər verir ki, vəkillər prokurorun dəyişdirilməsi barədə vəsatət qaldırıblar. Onların dediyinə görə, prokuror Aydın Əliyev Bakı şəhər Prokurorluğunda çalışdığından və istintaqı da həmin prokurorluq apardığından, o, məhkəməyə çıxa bilməz.

Məhkəmə müşavirədən sonra vəkilin vəsatətini təmin etməyib.

Bundan başqa, vəkillər təqsirləndirilən şəxslərin dəmir barmaqlıqlar arxasından çıxarılaraq onların yanında oturdulması barədə vəsatət qaldırıblar. Lakin hakim bunu da təmin etmədi. O, fikrini belə əsaslandırdı ki, konvoyların azlığı, məhkəmə zalının darısqal olması buna imkan vermir.

Vəkil Elçin Namazov daha sonra Rüfət Hacıbəyliyə qarşı cinayət işinə xitam verilməsi ilə bağlı vəsatət qaldırdı. O qeyd etdi ki, videogörüntülərdə də müdafiə etdiyi şəxsin hansısa avtomobilə xəsarət yetirdiyi öz əksini tapmayıb, başqa sübutlar da yoxdur. Hakim isə bildirdi ki, bu vəsatətlərə yekun qərarda münasibət bildirəcək.

Vəkillərin daha bir vəsatəti isə həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı olub.

2 aprel mitinqinə görə ümumilikdə 14 nəfər haqqında cinayət işi açılıb.
XS
SM
MD
LG