Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:28

Kamal Kılıçdaroğlu: «Türkiyə Azərbaycanı itirdi»


Kamal Kılıçdaroğlu
Kamal Kılıçdaroğlu
«Rəcəb Tayyip Ərdoğanın Ermənistanla sərhədləri açmaq cəhdi Türkiyənin Azərbaycanı itirməsi ilə nəticələnib».

Bunu Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu Partiya Məclisinin İzmirdəki toplantısında deyib. Çıxışı Türkiyənin «Hürriyyət» qəzeti sentyabrın 8-də yayıb.

Ədalət və İnkişaf Partiyasının (AKP) seçkilərdən sonrakı durumunu, Türkiyənin mövcud vəziyyətini, xüsusilə Ərdoğanın xarici siyasətini tənqid edən Kılıçdaroğlu fikrini əsaslandırarkən Azərbaycan, «Nabucco» kəməri və başqa məsələlərə toxunub:

«Dünənə qədər «Kürd açılımı» kimi anlayışlarla xalqı aldadan Baş nazir bu gün qan iyi gələn kəskin addımların tərəfdarı kimi çıxış edir. «Erməni açılımı» dedilər, həm Ermənistandan uzaqlaşdıq, həm də Azərbaycanı itirdik. «Nabucco» dedilər, illərdir «Nabucco»dan əsər-əlamət yoxdur. 9 ildə 9 santimetr boru belə döşənməyib. Suriya ilə Gömrük Birliyinə gedənlər nə oldusa, üç ayda Suriyanı müharibə ilə təhdid etmək vəziyyətinə gəldilər. Liviya məsələsində də əvvəlcə «NATO-nun orada nə işi var?» dedilər, sonra isə tüpürdüklərini yaladılar».

«Bu siyahını uzatmaq da olar», - deyən Kamal Kılıçdaroğlu düşünür ki, son iki ayda baş verən qalmaqalların hər biri AKP iqtidarının sonu üçün kifayət edir.

«İSRAİLƏ KİM VƏKİLLİK EDİR?»

Rəcəb Tayyip Ərdoğan
Kılıçdaroğlu çıxışında Ərdoğanın İsrail siyasətini də tənqid edib. CHP lideri jurnalistlərin suallarını cavablandırarkən onun İsrailə vəkillik etməsi ilə bağlı Ərdoğanın səsləndirdiyi fikirlərə də münasibət bildirib:

«İsrailə kim vəkillik edir? ABŞ-da yəhudi lobbisinin medalını kim aldı? Mən, yoxsa, Ərdoğan? Mən heç bir zaman, heç bir yerdə rahib paltarı geyinməmişəm. «Lazım gəlsə, rahib paltarı da geyərəm» deyən isə Ərdoğandır. Bundan başqa, mən heç vaxt «Böyük Orta Şərq» layihəsinin həmsədri olmamışam, bunu müdafiə etməmişəm. İraqda minlərlə müsəlman qadına təcavüz olunanda, mən heç vaxt ABŞ əsgərlərinə uğurlar arzulamamışam. Uğur arzulayan Ərdoğandır».

KƏNDİRBAZ OYUNU?

Kılıçdaroğlu deyib ki, Ərdoğan bu işlərə kəndirbaz oyunu kimi baxır. Onun fikrincə, Ərdoğan ikili oyun oynayır, kimi müdafiə etdiyi də məlum deyil:

«Hər halda bütün bunlar Türkiyəni qorumaq üçün deyil. Xalqı aldadırlar. Hər yerdə, bütün vəziyyətlərdə xalqa düzünü deməlisiniz. Ərdoğan öz xalqına düz məlumat vermir. Görünür ki, elə belə də davam edəcək. Ancaq onun maskasını çıxartmaq da mənim işimdir».
XS
SM
MD
LG