Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:37

Azərbaycanlı homoseksual rəssam Bakı "Eurovision"i haqda...


Babi Bədəlov. Avtoportret fotomontajı
Babi Bədəlov. Avtoportret fotomontajı
«BBC»nin London redaksiyası Fransada yaşayan azərbaycanlı rəssam Babi Bədəlov haqda yazıb.

Məqalədə azərbaycanlı homoseksuallara olan münasibətdən və onların çətinliklərindən bəhs edilir.

«ÖZ VƏTƏNİMDƏ ƏCNƏBİYƏM»

«Qardaşım and içmişdi ki, əvvəl məni öldürəcək, sonra özünü» - Fransada sığınacaq almış homoseksual rəssam Babi Bədəlov belə deyir:

«Mən Bakını tərk edən gün bacım zəng vurub qışqırdı, məndən xaricdə qalmağımı tələb etdi. Düşünmürəm ki, bir də qohumlarımdan kiminləsə əlaqə saxlayım».

Babi Bədəlov Azərbaycanın İranla sərhəd rayonlarının birində yaşayıb və 15 yaşı olanda Bakıya köçüb.

Burada o, qorxu içində yaşayıb. Ən yaxın dostlarından belə cinsi oriyentasiyasını gizlədib.

«FAHİŞƏLİKDƏN DAHA PİS»

Babi Bədəlovun rəssam dostu Törə Ağabəyova danışır: “Biz bilirdik ki, o, geydir. Ancaq o, bu haqda heç vaxt danışmırdı, biz də bu barədə heç soruşmurduq. O evlənəndə hamımız təəccüblənmişdik. Ona həddən artıq təzyiqlər olurdu. Sonda o, özü olmağı seçdi və ölkədən getdi».

Uzun illər cinsi mənsubiyyətini gizlətməyə çalışan Babi Bədəlov sığınacaq almaq üçün 2008-ci ildə İngiltərəyə gedir. Azərbaycanda homoseksuallıq qanuna zidd olmadığından Babinin müraciəti sığınacaq üçün yetərli hesab olunmur.

Britaniyada Babinin Azərbaycana deportasiya edilməsi əleyhinə kampaniyalar başlayırlar.

Rəssam Babi Bədəlovla eyni regiondan olan hüquq müdafiəçisi Yadigar Sadıqov isə deyir ki, Azərbaycanda homoseksuallığa fahişəlikdən də pis baxırlar: «Əgər ailə gey qohumunu öldürməyə qərar veribsə, çox zaman buna nail olur. Homoseksual olduğundan şübhəli sayılan nə qədər insanın öldürüldüyünü eşitmişəm, ancaq heç vaxt gey olduğunu açıq-aydın elan edən şəxsə rast gəlməmişəm».

MÜHAFİZƏ OLUNAN AZLIQLAR

«Eurovision» vaxtı Bakıda heç kəs əcnəbi homoseksualları narahat etməyəcək. Əgər ailə üzvlərindən biri homoseksual deyilsə, bu məsələ insanları narahat etmir» - bunu azərbaycanlı və erməni gəncin homoseksual münasibəti haqqında roman yazan yazıçı Ələkbər Əliyev bildirib:

«Hal-hazırda Bakıda imkanlı, tanınmış homoseksual məşhurlar var. Onların öz mühafizəçiləri var. Ancaq homoseksualların bir çoxu, xüsusilə də əyalətlərdəkilər üçün vəziyyət dəyişilməz olaraq qalır. Cəmiyyət onları heç vaxt qəbul etməyəcək».

Azərbaycanda homoseksuallar haqda deyilənlərlə razılaşmayan rəsmilər isə 2001-ci ildə homseksuallıqla bağlı maddənin Cinayət Məcəlləsindən çıxarıldığını bildirirlər.

Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov deyir ki, son vaxtlar Azərbaycanda homoseksuallara olan münasibətlə bağlı bəzi yalnış fikirlər yayılıb: «Biz hesab edirik ki, bunlar hamısı «Eurovision» ərəfəsində Azərbaycanı pisləməklə yaşadığı xarici ölkədə yaxşı reputasiya qazanmağa çalışan insanların yaydığı səhv fikirlərdən başqa bir şey deyil».

«ƏCNƏBİYƏM...»

Babi Bədəlov məsələyə başqa tərəfdən baxır:

««Eurovision» Bakıdakı beşulduzlu Avropa otelində keçiriləcək. Bakıda hamı bilir ki, gecəyarısından sonra otelin bir addımlığında gey və transvestit fahişələrə rast gəlmək olur. Evli kişilər bura əyləncə üçün gəlir. Onlar homoseksuallığı iyrənc bir şey
Eurovision-un azərbaycanlı qalibləri

sayırlar».

Bədəlov Bakını təəssüf hissi ilə xatırlayır: «Orda tənha və əcnəbiyəm».

O, sığınacaq üçün İngiltərədən sonra Fransaya üz tutub. Nəhayət, iki ildən sonra Fransa vətəndaşlığını ala bilib: «Bu, həyatımdakı ən fantastik və xoşbəxt xəbər idi. Mən poçtla məktubu alanda qışqırdım, ağladım».

Hazırda hosteldə qalan Babi yaxın zamanlarda Avropada sərgi keçirməyə hazırlaşır.

Azərbaycanda təkcə geylərin yox, hər kəsin hüquqlarının pozulduğunu iddia edən Babi Badalov düşünür ki, Azərbaycan heç vaxt Avropanın bir hissəsi ola bilməyəcək: «Mən inanmıram ki, ölkəmin modern dünyaya qoşulduğunu görənəcən yaşayacam».

HƏMÇİNİN OXU:

«Eurovision–2012»nin təşkilinə Mehriban Əliyeva rəhbərlik edəcək
«Eurovision»da birinci, Avropaya inteqrasiyada neçənciyik?
İlham Əliyev: «Qələbədən sonra çox gözəl anlar yaşadıq»
«Eurovision» qalibləri Bakıya döndülər
Gürcülər «Eurovision»u bağlayacaqlar
"Bu, hamımızın qələbəsidir" - VİDEO
Bakı sakinlərinin "Eurovision" sevinci
XS
SM
MD
LG