Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:41

Ameikanın ən varlı adamları


Mark Zuckerberg
Mark Zuckerberg
Son bir il ərzində ən çox qazanc əldə edən amerikalı «Facebook» sosial şəbəkəsinin yaradıcısı Mark Zuckerbergdir. Forbes jurnalı bu qənaətdədir.

Forbes hər il olduğu kimi ABŞ-ın 400 varlısının növbəti siyahısını dərc edib. Forbesə görə ABŞ-ın 400 super varlısı ötən il ərzində daha da varlanıb. Son bir il ərzində ən çox gəliri olan Mark Zuckerberg isə bu ilki siyahıda 21 pillə irəli çıxıb. Onun gəliri 17,5 milyar dollara qalxıb. İndi o, siyahıda 14-cüdür. Səbəb isə «Facebook»un şəxsi bazar qiymətləndirməsinin 66,5 milyard dollaradək – təxminən 3 qat artmasıdır.

GEORGE SOROS İLK ONLUQDADIR

George Soros
Maliyyə maqnatı George Soros isə ikinci ən çox qazanc əldə edən amerikalıdır. Son bir il ərzində onun gəliri 7,8 milyard dollardan 22 milyard dollara qalxıb. Soros üçün bu il uğurlu olub, amma siyahıda bu sıçrayışa onun Forbesin qiymətləndirdiyindən daha çox kapitala malik olması ilə bağlı məlumatlar səbəb olub. İndi Soros siyahıda 7-cidir. Soros ilk dəfədir onluğa düşüb.

Kazino maqnatı Sheldon Adelson ən çox varlananların üçüncüsüdür. Onun illik gəliri 7 milyard dollar artaraq 21,5 milyard dollar olub.

Bill Gates
YENƏ DƏ BİLL GATES

Varlılar siyahısının ilk üçlüyü isə artıq 3-cü ildir ki, dəyişməz qalır. Siyahının lideri bu dəfə də «Microsoft»un yaradıcısı Bill Gatesdir. 18 ildir ki, bu siyahıda birinci olan Bill Gatesin kapitalı Forbesin hesablamasına görə 59 milyard dollardır. Son bir ildə onun gəliri 5 milyard dollar artıb.

Warren Buffett
İkinci yerdə 39 milyard dolların sahibi investor Warren Buffettdir. Siyahıda ikinci olsa da Buffett son bir ildə ən çox gəlir itirən varlıdır, 6 milyard dolları əlindən çıxıb. Buffett prezident Obamaya müraciət edib ki, varlılara daha çox vergi tətbiq etsin və söz verib ki, gəlirinin 99 faizini xeyriyyə məqsədilə xərcləyəcək.

Siyahıda üçüncü yerdə duran «Oracle»ın rəhbəri Larry Ellison isə 33 milyard dollara malikdir. SAP, HP və Google kimi rəqib şirkətlərlə hüquqi çəkişmələrə baxmayaraq Oracle səhmlərini son bir ildə 15 faiz artırıb.

İT SAHƏSİNDƏN OLAN SAHİBKARLAR VARLIDIRLAR

Jeff Bezos
Diqqətəlayiq məqamlardan biri də odur ki, ilk 20-likdə olan amerikalı varlıların səkkizi İT (İnformasiya Texnologiyaları)sahəsindən olan sahibkarlardır.

Gates, Zuckerberg və Ellisonla yanaşı bu sırada həm də Amazon.com internet mağazanın yaradıcısı və rəhbəri 47 yaşlı Jeff Bezos, «Google»nin rəhbərləri 38 yaşlı Sergey Brin və Larry Page, həmçinin «Dell»in rəhbəri 46 yaşlı Michael Dell və «Microsoft»un baş icraçı direktoru 55 yaşlı Steve Ballmerin də adları var.

SAHİBLƏRİNİ VARLANDIRAN «MARS» ŞOKALADI

Son bir ildə ən çox qazanc əldə edən ilk onluqda Mars ailəsi – iki qardaş və bir bacının da adları var. Forrest Mars Jr., Jacqueline Mars və John Marsa gəlir gətirən isə Mars şokaladıdır. Mars 2008-ci ildə dünyada ən çox satılmış şokaladdır. Son bir ildə Mars üçlüyünün hər birinin gəliri 3,8 milyard dollardan 13,8 milyard dollara qalxıb. Onların hər üçün siyahıda 20-cidir.

Prezident Obama artıq varlıların vergilərinin artırılması ilə bağlı təklifini səsləndirib. Forbesin varlılar siyahısını açıqlaması da məhz bu təklifin verilməsindən sonraya təsadüf edir. Bu vaxta kimi Birləşmiş Ştatlarda varlılar da orta təbəqə kimi eyni səviyyədə vergi ödəyirdi.

HƏMÇİNİN OXU:

ARAZ AĞALAROV- RUSİYANIN ƏN GƏLİRLİ İŞ ADAMI
XS
SM
MD
LG