Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:54

Müalicə üçün Braziliyaya?


Braziliya
Braziliya
Heç vaxt belə gümrah görünməmişdin! Braziliyaya daha tez-tez getməlisən! Və ya “Ən yaxşı xəstəxana Sao Paoloya təyyarə biletidir.”

Bu cür reklamları internetdə və ya tibbi turizm xidmətləri təklif edən şirkətlərin reklam broşurlarında tez-tez görmək olar.

Nəyə görə kimsə müalicə almaq üçün dünyanın o başına – Braziliyaya, Sao Paoloya getməlidir?

Bu sualın çoxlu cavabı var.

Please, click to read the full report in English

Qiymət

Birincisi – puldur. Yəni Braziliyada tibb xidmətlərinin Avropa və ABŞ_la müqayisədə çox ucuz olması.

Məsələn Braziliyada tibbi xərclər ABŞ-dakının 1/3-i, Almaniyadakının isə təxminən yarısı qədərdir.

Keyfiyyət

“Braziliyaya nəyə görə geməli” sualının ikinci cavabı keyfiyyət və təcrübədir.

Braziliyada xaricdən gələnlərə yönəlik tibbi xidmət sferası 40 il əvvəldən yaranıb, Rio de Janeyrodakı Ivo Pitanguy xəstəxanasıyla.

Bu gün isə Braziliyada, təkcə Sao Paoloda 105 xəstəxana və 9000 min klinika var. Bunların 15-ə yaxını Beynəlxalq Birgə Komissiya tərəfindən yüksək səviyyəli xidmətinə görə akreditasiya olunub.
Braziliya, Sao Paolo
Braziliya, Sao Paolo


Sao Paolodakı Albert Einşteyn xəstəxanası 1999-cu ildə ABŞ_dan kənarda akreditasiya olunan ilk tibb ocağı olub.

Braziliyada Xəstəxanaların Həmkarlar İttifaqları, Səhiyyə nazirliyi və şəhər bələdiyyələri tibb sahəsində keyfiyyətin saxlanmasına xüsusi nəzarət edir.

Çoğrafi mövqeyi

Braziliyanı tibbi turizm üçün cəlbedici edən başqa səbəb isə coörafi mövqeyidir. ABŞ-a yaxınlığı, Avropadan da cəmi 6-7saatlıq uçuş məsafəsində olması.

Üstəlik Cənub yarımkürəsində yerləşməsi və mülayim iqlimi də buranı cəledici edən başqa amildir.

Braziliya Turizm Nazirliyinin məlumatına görə, təkcə 2009-cu ildə Braziliyaya 900 min xarici turist müalicə olunmağa gəlib. Bunların 20 faizi ABŞ-dan, 19 faizi Fransadan, 17 faizi Almaniyadan, qalanları isə CƏnubi Amerika və Afrika ölkələrindəndir.

İnsanların gülərüzlüyü

Braziliyanı turistlər üçün cəlbedici edən başqa bir məqam isə insanlarıdır. Daha doğrusu insanların gülərüzlüyü, daim xoş əhvalda olması və qonaqpərvərliyidir.


Sürətli xidmət

Müalicə turizmindən ötrü Braziliyaya gəlməyin başqa səbəbləri də var. Ən vaciblərindn biri də təklif olunan xidmətin sistemləşdirilməsidirş

Məsələn, burada qurulan sistem imkan verir ki, Braziliyaya gələn turist heç bir növbə gözləmədən birbaşa müalicəsinə başlasın və vaxtını itirməsin.


Sao Paolodakı Albert Eynşteyn xəstəxanası

Braziliyanın müalicə turizmi sahəsində ən nüfuzlu xəstəxanalarından biri – Albert Einşteyn xəstəxanasının Beynəlxalq Pasientlərlə iş şöbəsinin nümayəndəsi ALine Lopez deyir ki, onlar müştərilərə çox geniş xidmətlər təklif edirlər. Plastik cərrahiyyədən tutmuş, ürək damar, göz, süni mayalanma, travmatologiya və başqa orqanların müalicəsinə qədər. Amma ən önəmlisi tam müayinə xidmətidir.

Aline Lopez
Aline Lopez
Lopezin sözlərinə görə, qurulan sistem imkan verir ki, qonaqları birbaşa aeroportda qəbul eləsinlər, xəstəxanaya gətirsinlər və 8 saata qədər onun bütün müayinə prosedurları – tam check up prosedurları başa çatsın. Yüngül cərrahi müdaxilələr tələb olunanda bu vaxt 6-12 saat arasında dəyişir.


Pulu başqası ödəyə bilər – Tibbi sığorta

Brazliyadakı yaxşı xəstəxanaların bir üstünlüyü də var ki, hətta tibbi turizm xidmətləri sizə havayı başa gələ bilər.

Tibbi turizm sahəsində xidmət göstərən iri xəstəxanaların hamısı beynəlxalq sığorta şirkətləri ilə müqavilələri olur. Və gərə sizin də şirkətlərdən tibbi sığortanız varsa, o zaman xərclərinizi sığorta şirkəti ödəyə bilər.

Braziliyada xidmətlərin ABŞ və Avropaya görə daha ucuz olması üzündən, bu, sığorta şirkətlərinə də sərf edir.


Braziliyaya müalicəyə getmək – kimlər üçün realdır?

Albert Einstein Hospitalı
Albert Einstein Hospitalı
Amma Braziliyaya müalicəyə getmək və dincəlib, yaxşı əhval ruhiyyə ilə qayıtmaq heç də hər kəs üçün əlçatan deyil. Xüusən də Azərbaycan vətəndaşları üçün.

Çünki Braziliyada qiymətlər ABŞ və Avropa ilə müayisədə ucuzdur, Azərbaycanla müayisədə isə belə olmaya da bilər.

Elə beynəlxalq tibbi sığorta da hələ ki, Azərbaycan vətəndaşları üçün əlçatmaz görünür.

Yeganə qüvvəsini itirməyən şey keyfiyyət olur ki, bundan da ancaq imkanlılar faydalana bilər.

Amma qəribə də olsa, Braziliyaya gələn turistlərin 18 faizi Azərbaycan kimi – enerji resurları ilə zəngin olan, amma ümumilikdə kasıb sayılan Afrika ölkəsi – Anqolanın vətəndaşlarıdır. Düzdür, bunda dil faktorunun da rolu var. Çünki həm Anqolada, həm də Braziliyada eyni dili danışırlar, portuqal dilini. Bütün digər xarici turistlər isə Braziliyada xidmət görmək üçün ingilis dilini bilməlidirlər, əks halda, başqa dildən tərcümə xərclərini də özləri ödəməli olur.

Bəs Braziliyadakı xəstəxanalar imkanları məhdud olanları qəbul etmək üçün hansısa proqramlar həyata keçirə bilməzmi? Albert Einşteyn xəstəxanasının Beynəlxalq Pasientlərlə iş şöbəsinin nümayəndəsi Aline Lopez deyir ki, onlar üçün ən vacibi yüksək keyfiyyətdir, və qiymət ucuz olsun deyə keyfiyyətdən kəsməyi ağıllarından da keçirmirlər. Onlar bəzi müştəriləri digər ölkələrdəki, məsələn Cənubi Asiyadakı rəqiblərinə uduzmağa hazırdırlar, təki keyfiyyətlərini yüksək saxlasınlar.

Buradan əldə etdikləri gəlirlə isə, xəstəxana gecəqondularda yaşayanlar üçün bir neçə xəstəxana və icma mərkəzləri saxlayır. Yəni xaricdəki kasıblar üçün əlçatmaz olan xidmətlərdən Sao Paoloda, məsələn Paraisapolisdə gecəqonduda yaşayan uşaqlar yararlana bilsin deyə.

Müalicə turizmi ilə bağlı geniş məqaləni ingilis dinlində buradan oxuya bilərsiniz.

İlkin Məmmədov
University of Pittsburgh Katz Graduate School of Business
XS
SM
MD
LG