Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:42

Rafiq Tağının işi Baş Prokurorluğun idarəsinə verildi


Baş Prokurorluq
Baş Prokurorluq
Rafiq Tağıyevin (Rafiq Tağı) bıçaqlanması faktı üzrə başlanmış cinayət işini Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun rəhbərliyi xüsusi nəzarətə götürüb.

Respublika Baş Prokurorluğunun yaydığı məlumatda bildirilir ki, noyabrın 19-u saat 22 radələrində Rafiq Tağıyev kəsilmiş-deşilmiş xəsarətlərlə Klinik Tibb Mərkəzinə daxil olub.

Faktla bağlı Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə polis və prokurorluq orqanlarının təcrübəli əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb.

Müəyyən edilib qeyd edilən tarixdə Rafiq Tağıyev işdən evə gedərkən yaşadığı evin yaxınlığında naməlum şəxs ona bıçaqla çoxsaylı xəsarətlər yetirərək hadisə yerindən qaçıb.

İstintaqın davam etdirilməsi üçün cinayət işi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə göndərilib. İşin istintaqı Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb.

Hazırda hadisəni törədən şəxsin tapılması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
XS
SM
MD
LG