Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:26

Qazaxıstanın Janaozen şəhərində fövqəladə vəziyyət elan olunub (Yeni videolar)


Polis Almatıda etiraz aksiyasını dağıtdı
Gözlə

No media source currently available

0:00 0:01:48 0:00

Almatıda aksiya, 17 dekabr 2011


Qazaxıstanın Janaozen şəhərində baş vermiş toqquşmalarda 13 nəfər ölüb,
80-dən çox adamsa yaralanıb.

Bu barədə respublikanın baş prokurorluğu xəbər verir.

Hakimiyyət komendant saatını pozduqlarına görə, onlarla adamın saxlandığını deyir.

Yerli hüquq müdafiəçiləri isə ölən və yaralananların bundan çox olduğunu deyirlər.

Ölkədə müstəqil kütləvi informasiya vasitələrinin saytları bağlanıb, telefon əlaqəsi kəsilib.

***

Prezident Nursultan Nazarbayev Janaozen şəhərində 20 günlük fövqəladə vəziyyət rejimi tətbiq edib.

Son rəsmi məlumata əsasən, şəhərdə baş vermiş hərc-mərclikdə 11 adam ölüb, 80-dən çox adam yaralanıb.

***
Alma-Atının mərkəzində hakimiyyət əleyhinə aksiya keçirilib.

Bir neçə adamın saxlandığı xəbər verilir.

Aksiyaçılar ölkənin qərbindəki Janaozen şəhərində baş verənlərə etiraz bildiriblər.

Şəhərdə baş vermiş hərc-mərclik zamanı azı 10 adamın öldüyü, 75 mülki sakin və 6 polisin yaralandığı xəbər verilir.

Sosial şəbəkələrdə gedən məlumatlarda ölənlərin bundan çox olduğu bildirilir.

Toqquşma polis artıq 6 aydır ki, şəhərin mərkəzi meydanını zəpt etmiş kütləni dağıtmaq istəyərkən baş verib.

Alma-Atının mərkəzində Janaozendə baş verənlərə qarşı etiraz aksiyası
Alma-Atının mərkəzində Janaozendə baş verənlərə qarşı etiraz aksiyası
Onlar KazMunaiGaz dövlət neft şirkətinə məxsus Uzenmunaigaz firmasının işçiləridir.

Fəhllər maaşların artırılması və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

Qazaxıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, hərc-mərcliyə səbəb tətil edən neftçilərin işdən azad edilməsi olub.

Şəhərə zirehli texnika yeridilib.

Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Daxili işlər naziri Kalmukhanber Kasymov vəziyyətin nəzarətə götürüldüyünü və

70-ə yaxın adamın saxlandığını deyir.

Ölkə müxalifəti baş verənlərin hərtərəfli və obyektiv araşdırılması üçün müstəqil komissiya yaradılmasını tələb edir.

AzadlıqRadiosunun qazax xidmətinin istifadə etdiyi və Youtube sayti vasitəsilə yayilan video:

K+ televiziyasının yaydığı video:
XS
SM
MD
LG