Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:33

Minskdə saxlanan FEMEN qızları Ukraynaya qaytarıldı


Femen-in fəalları Ukryanaya qaytarılıb
Gözlə

No media source currently available

0:00 0:02:01 0:00
Direct-ə keçid

Dekabrın 19-da Belorusda itkin düşən Femen təşkilatının fəalları Ukryanaya qaytarılıblar. Onlar jurnalistlərə bildiriblər ki, Minskdə KGB onları oğurlayıb meşədə ağaca bağlayaraq üstələrinə benzin töküb yandırmaqla hədələyib.

Minskdə, KGB binası qarşısında prezident Alyaksandr Lukahsenka əleyhinə aksiya keçirdikdən sonra itkin düşmüş FEMEN qadın təşkilatının üzvləri Ukraynanın Belarusdakı konsulunun müşayiəti ilə Kiyevə qayıdıblar.

QIZLARI AĞACA BAĞLAYIB ÜSTÜLƏRİNƏ BENZİN TÖKÜBLƏR

Qadınlar Ukrayna ilə sərhəddəki Qomel regionunda tapılıb və öncə xəstəxanaya, sonra isə polis bölməsinə aparılıb.

Xəstəxanada müayinə edilən qadınların əlləri və bədənlərinin başqa yerlərinin gömgöy olduğu aşkarlanıb.

Ukraynada yaradılan Femen təşkilatının lideri Anna Hutsol AzadlıqRadiosuna deyib ki, “Aleksandra Nemchinova, Oksana Shachko və Inna Shevchenko dekabrın 19-da, aksiya keçirəndən sonra avtobus dayanacağında onlara altı kişi yaxınlaşıb və maşına basıblar. Sonra maşınla onları uzaqdakı meşəyə aparıblar. Orada ağaca bağlayıb, üstlərinə benzin töküblər və yandırmaq və bıçaqlamaqla hədələyiblər.

Qızların bıçaqla saçlarını kəsiblər, baş verənləri videoya çəkəndən sonra onları elə meşədəcə buraxıblar. Və Belarus-Ukrayna sərhədini keçməyi tapşırıblar. Ancaq qızlar yaxınlıqdakı Byaki kəndinə gedib”.

Hutsol əlavə edib ki, “qızlar sağ-salamat olsalar da, sağlamlıqlarına ziyan dəyib və möhkəm qorxublar”.

Hutsol bildirib ki, Belarus KGB-si qızların sənədlərini də əllərindən alıb. Minskdəki Ukrayna səfirliyi işə qarışandan və məsələni araşdırmaq üçün Qomel regionuna gedəndən sonra qızlar Ukraynaya qayıda bilib.

KGB QIZLARIN OĞURLANMASINDAN XƏBƏRSİZ OLDUĞUNU DEYİR

Belarus KGB-si olayla bağlı açıqlama verib, bildirib ki, dekabrın 19-da keçirilən aksiya “çirkin təxribat cəhdi” olub. Amma qızların saxlanmasından heç xəbərləri də olmayıb.

Kiyevə qayıdan fəallardan İnna Shevchenko mətbuat konfransı keçirib və Belarus KGB-sini və onun sədrini idbar adlandırıb: "Əgər onlar fikirləşirsə ki, bu qorxutmaqla bizi sındıracaqlar, mən ancaq buna gülərəm. Söz veririk ki, biz yenə də Belarusa gələcəyik, Belarus xalqını dəstəkləməyə davam edəcəyik. Biz işimizi davam etdirəcəyik, indi daha əzmlə”.

FEMEN TƏK BELORUS KGB-NİN BAŞAĞRISI DEYİL
Femen təşkilatının lideri Anna Hutsol, 21 dekabr 2011
Femen təşkilatının lideri Anna Hutsol, 21 dekabr 2011

Yüzlərlə üzvü olduğunu deyən Femen qrupu 2008-ci ildə yaradılıb. Femen Ukrayna və başqa ölkələrdə çılpaq etiraz aksiyaları ilə məşhurlaşıb. Femen üzləri təkcə Ukrayna cəmiyyətindəki deyil, başqa ölkələrdəki məsələlərlə bağlı da etiraz aksiyaları keçirir.

İyun ayında Femen qızları lüt soyunub başlarına hicab taxmaqla Kiyevdəki Səudiyyə Ərəbistanı səfirliyinin qarşısında aksiya keçirmişdilər və qadınların maşın sürməsinə qadağa qoyulmasına etiraz edirdilər. Femen Sürixdə və Vatikanda da qadın haqları ilə bağlı aksiyalar keçirib.

Bu ayın əvvəli Femen qızları Moskvada soyunaraq parlament seçkiləri öncəsi hakimiyyətin bir əldə cəmləşməsinə qarşı etiraz edirdilər.

Dekabrın 19-da isə, Femen Belarusdakı mübahisəli parlament seçkilərinin ildönümündə Minskdə KGB qarşısında soyunub seçki sonrası olaylarda tutulanlar həmrəylik nümayiş etdirmişdilər.

Lukahsenka kimi bığ qoyan, başlarını qırxan və soyunan qızlar “Siyasi məhbuslara azadlıq” şüarları səsləndirmişdi.

Aksiyanı görüntüləmək istəyən bir neçə jurnalist də tutulmuşdu.

Həmin aksiyadan sonra 3 üzvünün oğurlanması ilə bağlı Femen lideri Anna Hutsol Belarusun Ukraynadakı səfirinin deportasiya edilməsini tələb edib. Və hədələyib ki, "əgər səfir öz xoşuna getməsə, biz onu özümüz meşəyə qaçırıb, orda başını qırxacağıq."
XS
SM
MD
LG