Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:32

MTN Bakıda əcnəbi siyasətçilərə terror cəhdinin qarşısını aldığını bildirir


Milli Təhlükəsizlik Nazirliyi
Milli Təhlükəsizlik Nazirliyi
MTN-dən APA-ya verilən məlumata görə, xarici ölkə vətəndaşları olan ictimai xadimləri öldürmək məqsədi ilə terror aktı hazırlayan bir qrup yaxalanıb. Qrup üzvləri qanunsuz olaraq külli miqdarda odlu silah, döyüş sursatı, partlayıcı maddələr əldə edilməsində və digər cinayətlərdə təqsirli bilinir.

Məlumata görə, Azərbaycan vətəndaşları - Rasim Əliyev, Əli Hüseynov, habelə hazırda İran İslam Respublikasının Ərdəbil şəhərində yaşayan Balaqardaş Dadaşov terror aktı planlaşdırıblar. Məqsəd Bakı şəhərində fəaliyyət göstərən xarici ölkə vətəndaşları olan ictimai xadimlərin xidməti fəaliyyətlərinə son qoymaq olub.

MTN-ə görə, bundan ötrü də dəstə üzvləri odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək İrandan Azərbaycana keçiriblər .

Nazirliyin məlumatında həmçinin qeyd edilir ki, Rasim Əliyev və Əli Hüseynov iradələrindən asılı olmayan səbəbdən planlaşdırdıqları terror aktını başa çatdıra bilməyərək yaxalanıblar. Bakı-Astara avtomagistralının 150-ci kilometrliyindəki gizli yerdə aşkarlanmış bağlamalardan qeyd olunan odlu silahlar, partlayıcı maddələr və qurğular götürülüb.

Cinayət Məcəlləsinin 28.277-ci (ictimai xadimin xidməti fəaliyyətinə son qoymaq məqsədi ilə onun həyatına sui-qəsd etməyə hazırlıq), 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah, döyüş sursatı və partlayıcı maddələrin və qurğuların qacaqmalçılığı) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı, partlayıcı maddələr əldə etmə, başqasına vermə və daşıma) maddələri ilə cinayət işinin açıldığı bildirilir.

Məlumatda cinayət işi üzrə bütün halların araşdırılması üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin davam etdiyi də qeyd edilir.

MTN bu məlumatında terror aktına hazırlıqda ittiham edilən dəst üzvlərinin mövqeyi isə ölkə ictimaiyyətinə bəlli deyil. Müdafiə tərəfinin mövqeyi bəlli olan kimi bu barədə də məlumat verəcəyik.
XS
SM
MD
LG