Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:28

Yasin Qarayev: «Teatrda Əliyevin yox, Putinin şəkli olmalıydı?»


Yasin Qarayev: "Teatrda Putinin portreti olmalıydı?"
Gözlə

No media source currently available

0:00 0:52:00 0:00
Direct-ə keçid

Yasin Qarayev: "Teatrda Putinin portreti olmalıydı?"

Günel Mövlud: “Niyə aktyorların maaşlarını qaldırmırlar, prezident təqaüdü verib özlərindən asılı edirlər?" Debata yazar Elnur Astanbəyli, aktyorlar İlqar Cahangirov, Naibə Allahverdiyeva da qatılıblar.

Günel Mövlud:

- Yasin bəy, siz 40 ildir səhnədəsiz, amma bir dəfə rast gəlməmişəm ki, ölkədə taleyüklü hadisə baş verəndə ona ziyalı kimi münasibət bildirəsiz... Bəlkə də heç xəbəriniz yoxdur ki, Rafiq Tağı kimi adam öldürülüb...

Yasin Qarayev:

- Siz ədəbdən kənar danışırsız...


“Pen klub” verilişində teatr debatını davam etdiririk. Gənc Tamaşaçılar Teatrının aktyoru, xalq artisti Yasin Qarayev, publisistlər Günel Mövlud Elnur Astanbəylinin iştirakı ilə. Söhbətə telefonla sözügedən teatrın aktyorları İlqar Cahangirov Naibə Allahverdiyeva da qoşulur.

BU, DÖVLƏTİN MƏDƏNİYYƏTƏ QAYĞISI DEYİL, BƏS NƏDİR?”

Şahnaz Bəylərqızı:

- Yasin bəy, İlqar Cahangirovun 2 həftə qabaq bu verilişdə Gənc Tamaşaçılar Teatrını sərt tənqid etməsindən nədən narazısız?

Yasin Qarayev:

- Əvvəla, məni narahat edən İlqarın o dedikləridir. Mən bu il 85 illiyini qeyd etdiyimiz Gənc Tamaşaçılar Teatrında 40 ildir işləyirəm. Özünün ənənəsi, tarixi olan teatrdır. Burda Azərbaycan teatr mədəniyyətində sözünü demiş, adlarını tarixə qızıl hərflərlə


XATIRLATMA:

2 həftə qabaq Gənc Tamaşaçılar Teatrının aktyoru İlqar Cahangirov AzadlıqRadiosunun “Pen klub” proqramında çalışdığı teatrdakı vəziyyəti sərt tənqid etdi, hətta “Hansı qapını açırsan, Əliyevin 5-6 portretidir” - dedi.

Həmin proqrama teatrın baş rejissoru Cənnət Səlimova da gəlməyə razılıq vermişdi, amma son anda işinin çoxluğunu əsas gətirərək debata qatıla bilməyəcəyini demişdi.

Proqramdan sonra Gənc Tamaşaçılar Teatrının 3 əməkdaşı, o cümlədən xalq artisti Yasin Qarayev redaksiyamıza zəng edərək İlqar Cahangirovun dediklərinə etirazlarını bildirdilər. Biz də onları fikirlərini gəlib efirdə bldirməyə dəvət etdik.

möhürləmiş insanları görmüşəm. Yusif Vəliyev kimi dahi aktyorla çiyin-çiyinə işləmişəm. Mən deyərdim ki, Dövlət Gənc Tamaşaçılar Teatrı müstəqilliyimizi bərpa etdiyimiz 20 ildə təşəkkülünü tapıb. Ona qədər biz çox əziyyətlər çəkmişik, qastrollara filana gedəndə... İndi elə deyil.

Əvvəla, bünövrəsi Heydər Əliyev tərəfindən qoyulan müstəqilliyimizin bərpasından sonra həmişə mədəniyyət işçilərinə, incəsənət işçilərinə böyük qayğı və diqqət olub. Heydər Əliyevin bir yaxşı sözü vardı. Onun ideyalarına zidd çıxanlara üzünü tutub deyirdi ki, kim müxalifətdə durursa dursun, ancaq vətəninə, xalqına, məsləyinə və mədəniyyətinə müxalifətdə durmasın. Çox yaxşı sözlərdir. Sonra da Heydər Əliyev ölkəni etibarlı, bacarıqlı insanlara həvalə etdi. İlham Əliyev prezident oldu. mədəniyyət və incəsənətə dair 200, bəlkə daha çox fərman və sərəncamlar imzaladı.

Ş.B:

- Bu sərəncamların, fərmanların teatra faydası nə oldu?

Y.Q:

- Qoy deyim. 2009-cu ildə Kukla Teatrı, Rus Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı bərpa olundu, Avropa standartlarından da üstün səviyyədə. Verildi kollektivin istifadəsinə. Ona qədər Muğam Mərkəzi, Filarmoniya, Yaşıl Teatr, Heydər Əliyev adına saray və bizim neçə-neçə dövlət əhəmiyyətli başqa binalarımız bərpa olundu.

Ş.B:

- Bəs teatrın içindəki proseslər? Azərbaycan teatrı bu günün tələblərinə, müasir standartlara cavab verirmi? Qınaqlar olur ki, Azərbaycan teatrı irəli gedə bilmir...

Y.Q:

- 2006-cı ildə Əbülfəs Qarayev mədəniyyət və turizm naziri oldu. Elə həmin il bizə, aktyorlara göstərilən qayğı kimi nazirin təqdimatı ilə 75 nəfərə prezident mükafatı verildi. Maaşlar azdır. Fərqli insanlara, yəni xadimlərə mükafatlar verildi. 66 nəfərə isə fəxri adlar verildi. Bu nədir? Bu, dövlət qayğısı deyilmi mədəniyyətə, incəsənətə? Teatr binasının tikilməyi orda işləyənlərə qayğı deyil, bəs nədir?

Ş.B:

- Bəlkə elə hamının maaşlarını birdəfəlik qaldırmaq olardı? Niyə kimlərsə mükafata təqdim olunur, kimlərsə kənarda qalır? Bu, ayrı-seçkilik sayıla bilərmi?

Y.Q:

- 2009-2019-cu illər üçün dövlət başçısının sərəncamı var. Bu 3-4 ildə bütün Azərbaycanı bərpa edirlər. Bu, göz qabağında deyil?

Ş.B:

- Yəni, Yasin bəy, demək istəyirsiz ki, dövlətin teatra yüksək səviyyədə qayğısı var və İlqar Cahangirovun dediklərində həqiqət yoxdur?

Y.Q:

- Kim müxalifətdə dayanır-dayansın, amma mədəniyyətə müxalifətdə dayanmasın.
Yasin Qarayev
Yasin Qarayev
Axı özü mədəniyyət sahəsində çalışır, özü də respublikanın əməkdar artistidir. Prezident verib bu adı ona. Biz Dövlət Gənc Tamaşaçılar Teatrında işləyirik. Dövlətin mənafeyini güdən teatrda çalışırıq. Onların 15-20 illik Kamera Teatrı vardı. Bəs onda İlqar Cahangirov niyə danışmırdı? İndi normal teatra gəlib, onların səhnəsinin eni-uzunu 2-3 metr idi, indi bizim teatra uyğunlaşa bilmir? Bu teatrın ənənəsi, tarixi, qoyduğu yol var. İndi biz - yaşa dolmuş insanlar o yolu davam etdiririk.

Ş.B:

- Demək istəyirsiz ki, səhv fərqli teatrları birləşdirəndə olub?

Y.Q:

- Mən bunu yanlış addım adlandırmıram.

Ş.B:

- Amma deyirsiz ki, bir yerdə işləməyə çətinlik çəkirsiz...

Y.Q:

- Sabirabadda suqovuşan var, Kürlə Arazın qovuşduğu yer. İkisi də ayrı xarakterli çaylardır, biri coşğun, biri sakit, biri duru, biri bulanıq. Birləşəndən sonra da bir müddət uyğunlaşmırlar. Xəzərə doğru nə qədər axandan sonra uyğunlaşırlar. Yəqin zaman lazımdır. Dövlət Gənc Tamaşaçılar Teatrı ilə Gənclər Teatrı tez uyuşdu. Bir az lənglik Kamera Teatrı ilə bağlıdır.

“NİYƏ REJİSSORA YARINMALIDIR, DÖVLƏTƏ YARINMALIDIR?”

Günel Mövlud:

- Məncə, ən böyük yanlışlıq onda oldu ki, tamam fərqli estetikası olan 3 teatr bir-birinə calaq oldu. Kamera Teatrının çox nadir tamaşaları var ki, izləməmişəm. Kamera Teatrı yeganə teatr idi ki (Pantomim Teatrını da ora aid edirəm), 20-30 nəfər yığışıb hansısa tamaşanın repertuara salınmasını xahiş edirdi və biz də gedib baxırdıq. Məncə, bizim heç bir bir teatrımız bu cür uğurla öyünə bilməz. Bu teatrlar birləşəndən sonra sırf Kamera Teatrının hesabına Gənc Tamaşaçılarda yeni hava, canlanma əmələ gəldi. Ondan sonra bu teatra zövqlü insanların ayağı açıldı. Amma dəhşətli bir şey baş verir. O tamaşalar ki, Kamera Teatrının repertuarında olub, indi də həmin teatrdan gəlmiş aktyorlar tərəfindən oynanılanda çox gözəl, su kimi axıb gedir, mətnin üstündə işləyirlər, aktyorların oyunu bir-birinə uyğundur. Amma elə ki, tamaşada oynayanların yarısı Gənc Tamaşaçılar Teatrının keçmiş heyətidir, onda tamaşa axsayır. Mən tamaşaçı kimi 2 teatrın birgə tamaşalarından zövq ala bilmirəm. Fərqli estetikalardır.

O ki qaldı, İlqar Cahangirovun dediklərinə, onun fikirlərinin böyük qismi həqiqətdir. Məncə, yaradıcı heyət, yaradıcı insanlar nə qədər dövlətdən asılı olmasa, həm onlara yaxşıdır, həm tamaşaçıya. Yasin Qarayev bayaq dedi ki, maaşlar azdır, təqaüdlər verirlər. Niyə maaşları birdəfəlik qaldırmırlar? Niyə prezident təqaüdü verib, aktyorların addım atanda, fikir deyəndə dövlətə sığınmalı olduğunu yadına salırlar? Onları özlərindən asılı etməkdənsə, birdəfəlik maaşları qaldırsınlar. Aktyor da alnıaçıq öz maaşını alsın. Niyə prezident təqaüdü alıb dövlətdən asılı olmalıdır? Niyə rejissora yarınmalıdır, dövlətə yarınmalıdır? Yaradıcı adamı niyə dövlət də, rəhbər də özündən asılı vəziyyətə salmalıdır? O təqaüdü almaq üçün aktyorlar illərlə sözlərini demirlər, illərlə sözlərinə, müsahibələrinə fikir verirlər, müxalif fikirlərini demirlər. Çünki umacaqları var, imtiyazlar gözləyirlər.

Y.Q:

- Dünyanın hər yerində... Elə qardaş Türkiyədə dövlət sənətçisi var. Bizdə də gözəl fikirləşiblər - prezidentin fərdi təqaüdü. Yəni fərdi insanlara – sənətdə sayılıb-seçilən, xalq tərəfindən sevilənlərə verilir: ev, mənzil, fəxri ad, mükafat. İlqarın ürəyindən bəyəm mükafat almaq keçmir?

G.M:

Günel Mövlud
Günel Mövlud
- Amma İlqar o adam deyil ki, mükafat almaq üçün dövlətə yarınsın, rejissora yarınsın.

Y.Q:

- Bəs niyə indiyə kimi danışmırdı.

G.M:

- İlqar Cahangirov bəlkə də yeganə aktyorumuzdur ki, yüzlərlə kitab oxuyub, hər hansı ictimai hadisə baş verəndə münasibətini bildirir və ümumiyyətlə, öz təfəkkürü olan aktyordur. Yasin bəy, siz 40 ildir səhnədəsiz, amma bir dəfə rast gəlməmişəm ki, ölkədə taleyüklü hadisə baş verəndə ona ziyalı kimi münasibət bildirəsiz.

Y.Q:

- Dayanın görüm, siz hardan bilirsiz ki...

G.M:

- Bu ölkənin yazıçısı öldürüldü, İlqar Cahangirov münasibət bildirdi, siz bildirmirsiz. Bəlkə də heç xəbəriniz yoxdur ki, Rafiq Tağı kimi adam öldürülüb.

Y.Q:

- Niyə xəbərim yoxdur?

G.M:

- Bəs niyə münasibətinizi bildirmirsiz? Niyə etirazınızı bildirmirsiz ki, bu ölkənin ziyalısını öldürüblər?

Y.Q:

- Mən sizdən yaşda nə qədər böyüyəm. Elə sizin sözünüzdə bir ədəbsizlik var.

G.M:

- Mən sizə hansısa bir hörmətsizlik elədim, Yasin bəy?

Y.Q:

- Deyirsiz ki, bəlkə də oxumamısız. Bu hadisələr başlananda bizi təyyarəylə Şuşaya aparıblar. Təyyarəmizi vurublar. Mən orda olmuşam, mən Tovuzda...

G.M:

- Yasin bəy. Bu günlə öyünməyə bir şey olmayanda insan keçmişə sığınır. Mən yaradıcı insan kimi sizə bunları yaraşdırmıram. Bu gün də çox hadisələr baş verir, saysız-hesabsız ədalətsizliklər baş verir.

Y.Q:

- Boğazdan yuxarı danışmaq olmaz.

YASİN QARAYEV: “BƏLKƏ ORA PUTİNİN ŞƏKLİNİ VURAYDIQ?”

Ş.B:

- Yasin Qarayev səhv etmirəmsə, həm də Yeni Azərbaycan Partiyasının üzvüdür.

Y.Q:

- Bəli.

G.M:

- Hiss olunur.

Y.Q:

- Bəli, bu teatr bizim ixtiyarımıza veriləndə ərazi təşkilatı yaratmışam və təşkilatda 50 nəfər üzv var. Teatrda da belə götürsək 50 otaq var. O partiya üzvlərinin hərəsi teatrın bir otağında məskunlaşıb. Partiyanın məramnaməsinə, nizamnaməsinə əsasən liderinin şəklini divara vurub. Burda nə pis iş var ki?

G.M:

- Niyə Axundovun şəklini vurmursuz?

Y.Q:

- Bəlkə ora Medvedevin şəklini vuraydıq, ya Putinin, Əhmədinejadın şəklini vuraydıq? Ölkənin qarantı prezidentdir və onun şəklini vurub.

Ş.B:

- Soruşur ki, niyə otaqlarda Axundovun, Azərbaycan dramaturgiyasının banisinin
Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı
şəkli yoxdur?

Y.Q:

- Siz o teatrda olmusuz?

G.M:

- Əlbəttə.

Y.Q:

- Teatrın foyesində nə qədər şəkil var? Bir insafla danışın. Aktyorların da, rejissorların da şəkli var.

G.M:

- Söhbət aktyorların otağından gedirsə, ordan buyurun İlham Əliyevin şəklini asın, amma Axundovun da şəklini asın.

Y.Q:

- Kim hansı yazıçını sevirsə, onun şəklini asır.

“AZƏRBAYCANDA PREZİDENT SƏNƏTÇİSİ VAR, DÖVLƏT SƏNƏTÇİSİ YOXDUR”

Ş.B:

- Elnur bəy, əslində nə qədər normaldır ki, teatr adamı, aktyor partiya üzvüdür, siyasi mənsubiyyəti var? Və siyasi simpatiyalarını bu qədər biruzə verir?

Elnur Astanbəyli:

- Yasin bəy söhbətə belə başladı ki, Azərbaycan hakimiyyəti mədəniyyətə böyük
Elnur Astanbəyli
Elnur Astanbəyli
qayğı göstərir. Əvvəla, Azərbaycan hakimiyyətinin mədəniyyətə yox, məddahlığa ciddi qayğısından danışmaq lazımdır. Azərbaycanda hakimiyyətin teatra, ədəbiyyata qoyduğu bütün yatırımlar əslində məddahlığa qoyulan yatırımlardır. Yasin bəy Türkiyədə dövlət sənətçisi olmasından danışır. Azərbaycanda prezident sənətçisi var, dövlət sənətçisi yoxdur. Dövlət sənətçisi başqa anlayışdır. Prezident sənətçisi prezidentin cibinə baxır.

Türkiyə reallığı da başqadır. Orda sənətçidən “Sən sus, vətəndaş mövqeyi göstərmə, ölkəndə bu qədər talançılıq, korrupsiya baş versin, bunlara dillənmə, qarşılığında da gəl, sənə cibimdən təqaüd verim” yanaşması yoxdur. İkincisi, dövlətin, daha doğrusu hakimiyyətin mədəniyyətə qayğısı varsa, maaşını qaldırar, gözükölgəli eləməz. Üçüncüsü, teatr binalarının təmirindən danışdı. Azərbaycanda çox gözəl binalar tikirlər. Məsələn, Milli Məclisin çox gözəl binası var, amma işində parlament yoxdur. AZTV-nin də çox yaraşıqlı binası var, içində televiziya yoxdur, ya da İctimai televiziyanın. Yəni “bina tikdik, prezident təqaüdü verdik, bununla da məsələ bitdi” demək yanlışdır.

Bir başqa şey də var, mən Azərbaycan teatrının bu günə düşməsində birbaşa Azərbaycan aktyorlarının. rejissorlarının özlərini günahkar görürəm. 2-3 nümunə gətirəcəm. Birinin adını deməyəcəm, rəhmətə gedib, düz çıxmaz. Rejissoruydu, qəzetlərin birində köşə yazırdı. 1 dəfə, 5 dəfə bunun yazılarını oxuyuram, bir cümlə başa düşmək mümkün deyil, sağ əliylə sol qulağını qaşıyır. Günlərin bir günü bir yazısına baxanda gördüm əsib coşur ki, evimdə işığı kəsiblər, su yoxdur, qaz yoxdur, belə şeymi olar, hara baxırlar? Yəni adam dilində dərdini deyib. Daş bunların ayağına dəyəndə səlis dildə dərdlərini deyə bilirlər. Amma ictimai məsələlərə gələndə nala-mıxa vurur, birtəhər vəziyyətdən çıxırlar. Başqa misal, Nurəddin Mehdixanlı müxalifət partiyalarından birinin funksioneridir. Amma səhnədə Heydər Əliyev, İlham Əliyev haqqında çox pafoslu şeirlər deyir. Bir dəfə səbəbini soruşdum. O dedi ki, mən səhnədə aktyoram, burda vətəndaşam. Yəni Azərbaycan teatrları bu cür ikiləşməylə, bu cür saxtakarlıqla, mövqeyi olmamaqla, hər şeyini prezident təqaüdünə, mənzilə hesablamaqla bu məqama çatdı.

Ş.B:

- Elnur bəy, Yasin bəy bir məqama toxundu. Dedi ki, biz dövlət teatrında işləyirik və dövlətə qulluq etməyə borcluyuq.

E.A:

- Onda dövlətə qulluq etsinlər. Hərçənd Azərbaycanda dövlət yoxdur, hakimiyyət var...

Y.Q:

- Necə yəni dövlət yoxdur?

E.A:

- Dövlətə qulluq edirlərsə, məsələn, Məmməd Əmin Rəsulzadə haqqında bir əsər səhnələşdirsinlər.

Y.Q:

- Yazın, gətirin qoyaq.

İLQAR CAHANGİROV: “PULUMUZ TÖKÜLÜR BAŞIMIZDAN, AMMA NƏ TEATR AÇILIR, NƏ DƏ...”

Ş.B:

- Aktyor İlqar Cahangirov da canlı efirə qoşulub, telefondadır. Onun dediklərindən sonra bu müzakirə açılıb. Bəlkə onu da dinləyək?

İlqar Cahangirov:

- Yasin müəllimin də dediyində həqiqət var, özünə görə. Yəni onun gördüyü də odur. Elnur bəyin də dediyində həqiqət var. Bu gün söhbət mövqedən gedirsə, ən böyük
İlqar Cahangirov
İlqar Cahangirov
günahkar özümüzük, rejissorlar və aktyorlar. Bu gün cəsarətli aktyorlar, rejissorlar yoxdur. Öz mövqeyi olmayan aktyorlar olaraq bax bu vəziyyətə düşmüşük, asılıyıq. Mənim ətrafımdakı aktyorlar deyirlər ki, nəyimə lazımdır, başımı niyə ağrıdım? 150-200 manat maaşımı alıram. Bu gün bizdə cəsarətli, öz mövqeyi olan rejissorlar yoxdur. Yoxdu da, yoxdu ki, bir iş qoysun, yaratsın, başına 5-10 adam yığsın. 1990-cı illərdə, maddi imkan olmayanda mövqeli şəxslər vardı. Onlar öz teatrlarını açdılar, 6-7 dənə. Heç nədən. Əziyyətlə-zülmlə. Bununla da teatrları müəyyən məqama gətirdilər. İndi güzəranımız yaxşıdır, pulumuz tökülür başımızdan, amma nə teatrlar açılır, nə yaradıcı insanlar var...

Ş.B:

- Niyə yoxdur, sizcə? Vaxtilə Hüseynağa Atakişiyevin Gənclər Teatrı vardı, yadımdadır ki, 1990-cı illərdə, 2000-ci illərin əvvəlində müxalifət partiyaları, ya müxalif düşüncəli insanlar onun tamaşalarına gedirdi. Orda siyasi hakimiyyət açıq mətnlə tənqid olunmurdu, amma işarələr verilirdi, mesajlar olurdu. Hüseynağa Atakişiyevdən sonra o tamaşalar da yoxdu. Biz demirik müxalifyönlü tamaşalar olsun, deyirik ki...

E.A:

- İctimai problemlərə işıq tutan tamaşalar olmalıdır. Deyirlər ki, xalq teatra getmir. Mən uzun illər “Ədalət” qəzetinə tamaşalardan yazmışam. Həftədə 2-3 dəfə teatra gedirdim. Məcburiyyətdən gedirdim. Ordan iyrənməyim kifayət elədi ki, uzun illər nə Akademik Dram Teatrına gedim, nə də Musiqili Komediya Teatrına. Deyirlər ki, xalq teatra gəlmir. Soruşmaq ayıb olmasın, xalq teatrda gəlib nəyə baxacaq? O tamaşaların bu günkü xalqın düşüncələrinə, qayğılarına, məişətinə dəxli yoxdur. Mən tamaşada öz həyatımı görmürəmsə, nəyə getməliyəm?

“YA BİZ ÇOX ZƏİFİK, YA ONLAR DAHİDİR”

Ş.B:

- Yasin bəy, İlqar Cahangirov deyir ki, cəsarətli rejissorlar və aktyorlar yoxdur deyə teatrlar da, tamaşalar da sönükdür.

Y.Q:

- İlqarı çox istəyirəm. Ədəb-ərkanlıdır, tərbiyəlidir, mən gələndə ayağa durar. Çoxlarından görmədiyim hörməti ondan görürəm. İndi hansı rejissordan danışır? Bir rejissorumuz var – Cənnət Səlimova. O da İlqarın rejissorudur. Bu gün 3 teatr da birləşib. Bilirsiz, bu nəyə bənzəyir, üzr istəyirəm, evə adam gələr, diktə edər ki, sizin yeriniz ordadır, çarpayını ordan qoyun. Bu evin öz qanunları var axı. Sən buna uyğunlaş, sonra diktə elə də. İlqar da inciməsin. Balaca səhnədə oynanan tamaşalardan birdən-birə gəldi böyük səhnəyə. Əlbəttə, uyuşmayacaq. Bizim teatrın aktyorları bilir ki, bu səhnədə beşinci addımda dönəndə səsi necə çıxacaq.

Ş.B:

- Yasin bəy, demək səhv idi də bu teatrları birləşdirmək? Ötən dəfə İlqar Cahangirov deyirdi ki, Gürcüstanda 50-dən artıq teatr var. Amma Azərbaycanda teatrlar bu qədər çox deyil. Niyə olan teatrları da birləşdirir, bir qazanda qaynatmaq istəyirlər? Qoy fərqli tetrlar olsunlar. Kamera Teatrının öz tamaşaçısı var, Gənc Tamaşaçılar Teatrının öz.

Y.Q:

- Gənclər Teatrı bizimlə uyuşdu. Bilmirəm niyə Kamera Teatrı yox? Demək ya biz zəifik, uyuşa bilmirik, ya onlar çox dahidirlər. İkisi uyuşdu axı...

Ş.B:

- İlqar bəy, niyə uyğunlaşa bilmirsiz?

İ.C:

- Uyğunlaşırıq. Yeri gəlsə, səsimiz də çatır, tamaşalar da oynayırıq. Mənim dediyim başqa şeydir ki, yaradıcılıq sərbəst olsun. Teatrın mövqeyi olsun. Teatr asılı olmasın. Aktyorlar, rejissorlar sərbəst olsun. Bu gün cəmiyyət teatrda öz dərdini, bəlasını görməlidir. Biz özfəaliyyətdən çıxmalıyıq. Tamaşaların 70-80 faizi özfəaliyyət səviyyəsindədir.

Y.Q:

- Əzizim İlqar, siz bizim teatra gələndən başqa rejissora imkan verilibmi tamaşa
hazırlasın? Siz də onu bəyənməyəsiz? Yalnız Cənnət xanımın tamaşaları oynanır. Sizin tamaşalar bərpa olunur. Ayrı rejissor olmayıb axı, narazı qalasız. Bir Vaqif Əsədovun tamaşası olub, orda da oyununuz xoşuma gəlib. Başqa tamaşa olmayıb axı.

İ.C:

- Bəli, bəli.

Y.Q:

- İmkan verilmir..

Ş.B:

- Mən əlavə edim ki, teatrın baş rejissoru Cənnət Səlimova ötən dəfə də, indi də verilişə gəlməkdən imtina etdi. Bunu da işlərinin çoxluğu ilə izah elədi.

“ÇOX QƏRİBƏDİR, ONLARDAN BİRİ DƏ PARTİYAYA ÜZV OLMUR”

G.M:

- Yasin müəllim deyir ki, Kamera Teatrı bizə gələndən nəyisə diktə edir. Mən burda həmin teatrın müdafiəçisi kimi çıxış etmək istəmirəm. Amma məcburam. Yasin bəy, mən orda bir tamaşanın məşqlərində 3 ay iştirak etmişəm. Mən o məşqlərdə gördüm ki, doğrudan da sizə diktə edirlər. Amma Kamera Teatrının istedadı sizə diktə edir. Onların oynamaq bacarığı, peşəkarlığı diktə eidr.

Y.Q:

- Oy-oy. Sizin danışığınızdan özfəaliyyət iyi gəlir. Necə ola bilər?

G.M:

- Aktyorlar məşqlərə gəlmirlər.

Y.Q.

- Bəyənmirlər gəlmirlər. Sözü düz gəlmir. Azərbaycan ədibinin məşqi gedir. Bu da Azərbaycan dilində mənə sözaltı mənaları başa sala bilmir...

G.M:

- Sizi başa salmaq olur? Tariyel Qasımova biz 3 ay məşqdə başa sala bilmədik ki, “Romeo və Cülyetta” düz-dünyada “yanıqlı əsər”dir, “yanıqlı səhər” deyil. Aktyor sözü başa düşmür.

Y.Q:

- 30 il qabaq Tariyel Qasımov Romeonu oynayıb... Biz onlara uyğunlaşa bilmiriksə, onlar ayrıca fitri-istedaddırlarsa, ya bu teatrı məhv edək, ya da özləri üçün bir teatr yaratsınlar. Siz də baxın.

G.M:

- Bəs biz də bayaqdan onu deyirdik ki, bu teatrları birləşdirmək yanlış addım idi. Siz də deyirsiz ki, gözəl addım idi, əcəb eləyiblər... Yaxşı ediblərsə, bu problemlər niyə var?

Y.Q:

- Şahmat oyununda da gedişin biri səhv olur, biri düz. Dedim ki, 2 teatr uyğunlaşdı,
Gənc Tamaşaçılar Teatrı
Gənc Tamaşaçılar Teatrı
1-i yox. Teatrlar birləşəndə 3 teatrın heç birindən baş rejissor təyin olunmamalıydı. Kənardan olmalıydı. Onda düzələrdi, indisə ögey-doğmalıq məsələsi ortaya çıxıb. Mən Cənnət xanımı da başa düşürəm, 20 ildir bir yerdədirlər, bir yerdə yatıb-dururlar, bu onlara doğma olacaq da... Bir də bayaq dedim ki, mən orda partiya sədriyəm. Çox qəribədir. Bir nəfər də onlardan partiyaya üzv olmur.

E.A:

- Fərq ondadır.

“REJİSSORLAR DAYƏLİKDƏN ÇIXMALIDIRLAR”

İ.C:

- Biz danışa-danışa bir-birimizi düşmən elədik. Yasin müəllimlə razıyam ki, rejissorlar olmalıdır, 90 aktyor varsa, heç olmasa 9 rejissor olmalıdır. Biz əzizləriyik deyir, mənim əzizlərim də var, doğmalarım da. Cənnət Səlimova 18 ildə mənə 2 rol verib. Qalan vaxt əvəzedici olmuşam. Rol verməyinə gələndə, yeni teatrda 5 tamaşa qoyulub, Kamera Teatrının aktyorlarının hərəsinə 1 rol verilib. Onunla da razıyam ki, əziz aktyor olmamalıdır, uşaq bağçası deyil. Rejissorlar dayəlikdən çıxmalıdırlar. İstəyir Cənnət xanım, istəyir başqası olsun. Elə bir aktyoru yüklə ki, bu, əziz-xələfimdir, bu oynayacaq, belə olmaz. Gördün alınmır, vermə də rolu. Belə teatr olmur.

NAİBƏ ALLAHVERDİYEVA: “ETİRAZ EDİRƏM. ÇOX QƏRƏZLİ DANIŞIRSIZ”

Ş .B:

- Gənc Tamaşaçılar Teatrının aktrisası Naibə Allahverdiyeva da bizə zəng vurub, deyəcəkləri var.

Naibə Allahverdiyeva:

- Dinləyici düz mesaj göndərib ki, günah teatrın baş rejissorundadır. Baş rejissor teatra gələndə bilməliydi ki, böyük kollektivə başçılıq edir. Bütün problemləri çözməliydi. Özünə doğma etməliydi insanları. Görün bu gün nə vəziyyətdədir teatr? 3 teatr bir-birinə qarşı çıxır. Ürəyim döyünür əsəbimdən. O bayaqdan danışan xanıma da (Günel Mövludu nəzərdə tutur – Ş.B) yaraşdırmıram bu sözləri. Görünür, bizim kollektivi yaxşı tanımır. Bizim haqqımızda dediyi sözlərə etiraz edirəm. Siz çox qərəzli danışırsız. Biz Cənnət Səlimovanı yaxşı qəbul etdik. Şəxsən mən. Onu adlı-sanlı adam kimi tanıyırdım. Amma o ki bu addımı atdı, mətbuatda haqqımızda belə danışdı, 83 yaşlı teatrın üstündən xətt çəkmək istədi... Mən əvvəldən də dedim ki, kompromisə gedək, bəlkə bizi tanımır? 3 tetarın aktyorları həmişə bir-birlərinə hörmətlə yanaşıblar.

Ş.B:

- Vaxtımızı bitir. Yəni qısaca desək, problem sadəcə baş rejissordadır?

N.A:

- Bəli. Bəli.

E.A:

- Amma mən belə başa düşdüm ki, problem Yasin bəyin dediyi otaqlardadır. Bu, teatr adına rüsvayçılıqdır. Allah köməkləri olsun, Allah insaf versin. Bu biabırçılıqdır. “Hər otağa bir YAP-çı oturtmuşuq, gəlib bizim partiyaya üzv olmurlar” demək rüsvayçı bir şeydir.

Ş.B:

- Yasin bəy?

Y.Q:

- ...

Ş.B:

- Təəssüf ki, vaxt bitdi...


Prodüsserlər:
Maarif Çingizoğlu,
Cavid Zeynallı


PROQRAMI TAM OLARAQ BURDA DİNLƏ. YUXARIDA İSƏ DEBATIN TAM VİDEOYAZISINI İZLƏMƏK OLAR.
XS
SM
MD
LG