Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:47

Damazlıq heyvanların alınmasına 10 milyon manat ayrıldı


Xaricdən damazlıq heyvanların alınması üçün Prezidentin Ehtiyat Fondundan «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinə (ASC) 10 milyon manat ayrılıb.

Fevralın 24-də prezident İlham Əliyev bu haqda sərəncam imzalayıb.

Xaricdən damazlıq heyvanların gətirilməsinə 2009-cu ildən başlanılıb. Həmin il prezidentin fərmanı ilə «Aqrolizinq»ə 3 milyon manat ayrılmışdı.

Gətirilən heyvanların qiymətinin 50 faizini dövlət, qalanını isə 3 il ərzində alıcı ödəyir. Heyvanlar Gəncədə 1 ay karantində saxlandıqdan sonra fermerlərə satılır.

Fermerlər hər inəyə sığorta ilə birlikdə 2800 manat ödədiklərini deyirlər.

Ümumilikdə, ölkəyə 40 min cins malın gətirilməsi planlaşdırılır.
XS
SM
MD
LG