Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:28

Quba aksiyalarında saxlanılanlardan heç bir xəbər yoxdur [Yeni video və fotolar]


Quba qarşudurma - 2
Gözlə
Embed

No media source currently available

0:00 0:04:40 0:00
Direct-ə keçid

Quba qarşudurma - 2

-

Martın 1-də Qubada baş verən hadisələr zamanı saxlananlardan daha birinin adı məlum olub.
Bu, 27 yaşlı İntiqam Zahidovdur. Yaxınlarının AzadlıqRadiosuna dediyinə görə, onun harda olmasından xəbərsizdilər.
***
AzadlıqRadiosunun Qubaya ezam edilən müxbirləri xəbər verirlər ki, dünən saxlanan yerli sakinlərdən bəziləri hələ də buraxılmayıblar. Onlardan biri də 21 yaşlı Samir Xammədovdur.

Bu barədə AzadlıqRadiosunun müxbirlərinə Samir Xammədovun ailə üzvləri məlumat veriblər. Samir Xammədovun bacısı deyib ki, polisdə valideynlərinə bildiriblər ki, oğlunuz Bakıya aparılacaq.

Qubadan yeni görüntülər (2 Mart)

Martın 1-də Qubada baş verən hadisələr zamanı saxlananlardan biri Samir Xammədov olduğu deyilir. AzadlıqRadiosunun əməkdaşları Samir Xammədovun ailəsi ilə görüşüblər

Martın 1-i axşam saatlarında aksiya iştirakçıları ilə danışıqlar aparan deputat Vahid Əhmədov demişdi ki, tutulan 22 nəfərdən 20-si buraxılıb. Qalan 2 nəfər də buraxılacaq. Yalnız bu vəddən sonra etirazlar səngimişdi...

MÜŞAVİRƏ BAŞA ÇATIB

Quba rayon İcra Hakimiyyətindəki müşavirə başa çatıb.

Nəqliyyat naziri Ziya Məmmədov, deputat Vahid Əhmədov müşavirədən çıxıblar.

Quba. 2 mart. Müşavirədən sonra

2 mart. Quba şəhərndən görüntülər

Z.Məmmədov iclasın nəticələri barədə məlumat verməyib.

V.Əhmədov isə jurnalistlərə deyib ki, iclasda icra başçısının səlahiyyətlərinin keçmiş icra başçısı müavini Sahib Məmmədova həvalə olunması müzakirə olunub.

O, cinayət işi ilə əlaqədar polisə çağırılanlarla bağlı şərh verməyib.

ADAMLAR POLİSƏ ÇAĞIRILIR

Quba rayonunda sakitlikdir. Martın 1-də aksiya keçirilən meydanda hələ də post-patrul xidməti maşınları dayanmaqdadır. İcra hakimiyyəti və polis şöbəsinin qarşısında da polis əməkdaşları var.

Ziya Məmmədov Qubada müşavirədən sonra

2 mart. Ziya Məmmədov Qubada müşavirədə
Rayonda olan Baş Prokurorluq əməkdaşlarının hazırda aksiyaların keçirildiyi meydanda çəkilişlər apardıqları bildirilir. Cinayət işi ilə əlaqədar adamların polisə və rayon prokurorluğuna dəvət olunduğu barədə də məlumatlar var.

Rayon sakinlərinin Azadlıqradiosuna verdiyi məlumata görə, indiyə qədər 15-ə qədər adam polisə aparılıb.

Hazırda Quba rayon icra hakimiyyətində müşavirə keçirilir.

İCRA BAŞÇISININ EVİ YANDIRILIB

Martın 1-sə Qubada etiraz aksiyası keçirən sakinlər rayon icra hakimiyyətinin başçısının istefasını tələb ediblər. Etiraz aksiyası iştirakçıları icra başçısının evlərini yandırıblar. Hadisə barədə burada ətraflı oxu.

Bir neçə gün əvvəl toplantıların birində icra başçısı Rauf Həbibovun çıxışı ilə bağlı videogörüntülər yayılıb. Həmin çıxışda icra başçısı qubalıları satqınlıqda ittiham edir.

Qubada qarşıdurma
Gözlə
Embed

No media source currently available

0:00 0:03:51 0:00
Direct-ə keçid

Quba qarşudurma - 2
Gözlə
Embed

No media source currently available

0:00 0:04:40 0:00
Direct-ə keçid
XS
SM
MD
LG