Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:34

Bakı bağlarında söküntü başladı (VIDEO)


Bakı bağlarında söküntü başladı
Gözlə

No media source currently available

0:00 0:03:05 0:00
Direct-ə keçid

Bakı bağlarında söküntü başladı

Bakının bəzi bağ massivlərindəki yaşayış evlərinin və hasarların sökülməsinə başlanılıb. Söküntü işlərini «Azərsu» Açıq Səhmdar Cəmiyyəti (ASC) Ceyranbatan su anbarından Maştağa su anbarına gedən iki su kəməri boyunca aparır.

Hələ ki hasarlar və nisbətən kiçik tikililər sökülməkdədir. Biz Görədil qəsəbəsindəki bağ massivində olanda ağır texnika və fəhlələr 10-dan çox bağın hasarlarını sökmüşdülər.

«Azərsu» ASC-nin Daxili Nəzarət Departamentinin əməkdaşı Vaqif Vəliyev deyir ki, məqsəd Bakını içməli su ilə təmin edən iki iri su kəmərinin keçdiyi ərazidə 25 metr enində təhlükəsizlik zolağı yaratmaqdır:

«Yerin altından Bakı şəhərini su ilə təmin edən iri su kəmərləri keçir. İndi o kəmərlərin üstünü açırıq ki, əlavə axıntıların qarşısı alınsın, çürüyən yerlər yenidən qaynaq edilsin. Bu kəmərlərlə axan su şəhərə tam getməlidir. Paytaxtda su çatışmazlığı var. Bu kəmərlərin keçdiyi əraziləri təmizləyirik ki, hansısa qəza baş verəndə, texnika bu yerlərə yaxın dura bilsin».

Yerin altından Bakı şəhərini su ilə təmin edən iri su kəmərləri keçir
Yerin altından Bakı şəhərini su ilə təmin edən iri su kəmərləri keçir
«MƏHKƏMƏ QƏRARI OLMADAN BİZİM EVLƏRİ SÖKƏ BİLMƏZSİNİZ»

Sakinlər isə məhkəmə qərarı olmadan özəl mülklərinin sökülməsinə etiraz edirlər. Hesab edirlər ki, şirkətin apardığı iş qanunsuzdur. Görədildəki 42 saylı bağın sahibi Dövlət Fərəcov deyir ki, o, indi yaşadığı bağı 1982-ci ildə alıb və bütün sənədləri də qaydasında olub:

«İndi «Azərsu» ASC əlində məhkəmə qərarı olmadan bizim bağımızı, mülkiyyətimizi dağıdır. Mənim 42 saylı bağımın «kupça»sı var və ona uyğun da Binəqədi rayonundan sərəncam almışam. İndi mənə deyirlər ki, «evə dəyməyəcək, hasarı sökəcəyik». Mən də deyirəm ki, «nə edirsiz edin, amma bunu əsaslandırın, məhkəmə qərarı gətirin, biz razılaşaq. Uçurun bizim mülkiyyəti başımıza, bir çadır qurum, yaşayarıq».

Dövlət Fərəcov söküntü işləri ilə əlaqədar prezidentə teleqram vurduğunu deyir. Hesab edir ki, prezident bu işlərdən xəbərsizdir.

«TİKİLİLƏR QANUNSUZDUR»

Söküntü işlərini «Azərsu» Açıq Səhmdar Cəmiyyəti aparır
Söküntü işlərini «Azərsu» Açıq Səhmdar Cəmiyyəti aparır
Aparılan işlərə rəhbərlik edən «Azərsu» rəsmisi Vaqif Əliyev isə deyir ki, söküntü işləri dövlət qurumlarının qərarı ilə aparılır. Kəmər üzərindəki tikililər qanunsuz olduğundan heç kimə kompensasiya ödənilmir:

- Bu xəttin üzərindəki tikililər hamısı qeyri-qanuni tikildiyindən, onların sahiblərinə heç bir şey verilməyəcək.

- Burda elə evlər var ki, onların özəlləşdirildiyi bildirilir. Bəs onlarla bağlı məsələ necə olacaq?

- Onu özəlləşdirən gərək fikirləşəydi ki, ordan magistral su kəməri keçdiyi üçün onu özəlləşdirmək olmaz. (Söhbətə sakinlər müdaxilə edir)

- Bağışlayın, onu kim fikirləşməli idi - dövlət qurumları yoxsa vətəndaşlar?

- Birinci vətəndaş fikirləşməlidir.

Vətəndaşlarla bağ sahibləri arasında bu mübahisədən sonra «Azərsu» əməkdaşları söküntü işlərini
Heç kimə kompensasiya ödənilmir
Heç kimə kompensasiya ödənilmir
dayandırdılar.

«AZƏRSU» SÖKÜNTÜNÜN DAVAM EDƏCƏYİNİ BİLDİRİR

Amma «Azərsu» ASC-nin sözçüsü Anar Cəbrayıllının AzadlıqRadiosuna dediyinə görə, bu işlər Ceyranbatan su anbarından Maştağa su anbarına qədər davam etdiriləcək. Su kəmərlərinin keçdiyi bu ərazilər təhlükəsizlik tədbirləri ilə əlaqədar tam təmizlənəcək. Söküntü işləri Bakının Novxanı, Görədil, Saray, Maştağa qəsəbələri ərazisində aparılır:

«Magistral kəmərlərin üzərində yüzlərlə evlər, ticarət obyektləri var. Biz ilkin mərhələdə mühafizə zolağını təmizləmək istəyirik ki, hadisə baş verəndə, texnika işləyə bilsin. Keşlədə qəza baş vermişdi, kəmər yaşayış binasının altında olduğundan bizim əməkdaşlar xeyli əziyyət çəkdilər».

Anar Cəbrayıllı deyir ki, hələ ki hasarlar və nisbətən kiçik tikililər sökülür. Hələ ki evlərə toxunulmur, bu işlərə məhkəmə qərarlarından sonra başlanması
Görədil qəsəbəsi
Görədil qəsəbəsi
nəzərdə tutulur.

Anar Cəbrayıllı deyir ki, kompensasiya yalnız bütün sənədləri tam qaydasında olan evlərə şamil edilə bilər. Amma o, indiyə qədər söküntü işləri apardıqları ərazilərdə belə bir müraciətlə rastlaşmadıqlarını bildirir.

«ADAMLARA KOMPENSASİYA HÖKMƏN ÖDƏNMƏLİDİR»

​Ancaq söküntü işləri ilə bağlı artıq məhkəmə işləri də var. Elə «Azərsu»dan bildirirlər ki, bir neçə sakin şirkəti məhkəməyə verib, hazırda məhkəmə prosesləri davam etməkdədir.

Hüquqşünas Fuad Ağayev isə şirkətin yanaşması ilə razı deyil. O hesab edir ki, əmlakları sökülən hər kəsə kompensasiya verilməlidir:

«Adamlar o bağlarda 5-10 və ya 20 il yaşayıblarsa və bunu dövlət orqanları sükutla qarşılayıblarsa, hesab olunur ki, həmin bağlar da elə o yolla qanuniləşdirilib».

Elə bu səbəbdən də hüquqşünas deyir ki, əmlakları sökülənlərin hamısına kompensasiya verilməli və ya başqa yerdə evlə təmin olunmalıdırlar.
XS
SM
MD
LG