Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:31

Suriya müxalifəti yenə də atəşkəsin pozulduğunu deyir


Suriyalı fəallar cümə axşamı hökumət qoşunlarının Hama şəhərinə hücum etdiyini və azı 7 nəfərin öldürüldüyünü deyirlər.

Bu ərəfədə şəhər ətrafında güclü partlayış baş verib.

Rəsmi məlumata görə buna səbəb üsyançıların partlayıcı maaddələrlə ehtiyatsız davranması olub və 16 adam ölüb.

Suriya müxalifəti isə ölənlərin 50 nəfərdən çox olduğunu və həmin ərazinin artileriya atəşinə tutulduğunu deyir.

Suriya insan haqlarını müşahidə təşkilatı beynəlxalq müşahidəçiləri insidenti araşdırmağa çağırıb.

Hazırda Suriyada cəmi 10 beynəlxalq müşahidəçi var.

BMT-nin təhlükəsizlik şurası bu günlərdə müşahidəçilərin sayının 300-ə qaldırılması barədə qərar qəbul edib.

1 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi etirazlar keçirilir.
XS
SM
MD
LG