Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:47

Türkmənistanda at bayramı


Gurbanguly Berdymukhamedov at belində, 23 aprel 2011
Gurbanguly Berdymukhamedov at belində, 23 aprel 2011
Türkmənistan At Gününə hazırlaşır. Bu bayram ənənəvi olaraq aprel ayının sonuncu bazar günü qeyd olunur.

At Günü Türkmənistanın müstəqilliyinin ilk illərində ölkənin milli bayramı kimi təsis olunub. Bayram türkmənlərdə atın müstəsna yerini təlqin edən at festivalı şəklində qeyd edilir.

Yerli at cinsləri arasında «Axal-Təkə» cinsi xüsusi qiymətləndirilir. «Axal-Təkə» az miqdarda su içməklə səhrada uzun yol qət etməyə qadirdir.

Avtoritar Türkmənistanın banisi Saparmurat Niyazov bir vaxtlar bu atı «xalqın qanadları və onun milli fəxri» adlandırmış, hakimiyyəti dövründə dünya liderlərinə bu atlardan vaxtaşırı hədiyyələr etmişdi.

TÜRKMƏNİSTANIN «ƏN MƏHARƏTLİ JOKEYİ»

Onun varisi Gurbanguly Berdymukhamedov da sələfi kimi yaman at həvəskarıdır.

Bu yaxınlarda Türkmənistan liderinin at üzərində heykəli qoyulub. Berdymukhamedov at yarışları barədə kitab da yazıb.
Gurbanguly Berdymukhamedov da sələfi kimi yaman at həvəskarıdır
Gurbanguly Berdymukhamedov da sələfi kimi yaman at həvəskarıdır
O, xarici qonaqlarına böyük həvəslə bu kitabı təqdim edir. Ölkədə elə bir kitab dükanı yoxdur ki, orada bu kitabdan olmasın.

Berdymukhamedov at çapma bacarığını paytaxt Aşqabaddakı hippodromda bilavasitə tamaşaçılar qarşısında da nümayiş etdirir.

Türkmənistan prezidentinin atlara belə yüksək marağı At Bayramında böyük qələbəliyin olmasını tələb edir. «Türkmənistan Xronikası»nın yaydığı məlumata görə, dövlət işçilərinə tapşırılıb ki, hamı bir nəfər kimi at yarışlarında iştirak etsin. Tələbələrə də at yarışı tədbirlərinə qatılmaları tapşırılıb.

Dövlət qəzeti olan «Bitərəf Türkmənistan» qəzeti isə milli atların məziyyətlərini və ölkənin «ən məharətli jokeyi»ni – Berdymukhamedov'u vəsf edən poemalar dərc edir.
XS
SM
MD
LG