Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:46

9 May - Qələbə yoxsa işğal günündən sonrakı tarix?


Elnur Astanbəyli
Elnur Astanbəyli
«Müharibə iştirakçılarına ən böyük hədiyyə o olardı ki, Azərbaycan faşizmin yeni mərhələsindən əziyyət çəkməyəydi».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında yazar Elnur Astanbəyli «9 may - Qələbə yoxsa işğal günündən sonrakı tarix?» mövzusunda danışarkən deyib:

«Bu gün biz Azərbaycan toplumu olaraq faşizmin yeni mərhələsi olan ur-faşizmdən əziyyət çəkirik. Azərbaycanda ur-faşizmə yol açan Azərbaycan hakimiyyətinin bu qələbəni qeyd etməyə haqqı varmı? Ziya Bünyadov faşizmdən salamat qurtardı, amma ur-faşizmin qurbanına çevrildi. Biz hələ də onun necə öldüyü haqda şübhələrə malikik».

E.Astanbəyli düşünür ki, 9 mayda ən böyük qələbəni Almaniya qazanıb.

«9 maydan sonra Almaniya öz şansını gözəl dəyərləndirdi. Bu gün Almaniya dünyanın ən inkişaf etmiş, demokratik dövlətlərindən biridir. Bir zamanlar Sovet bayrağının sancıldığı deyilən məğlub ölkənin –Almaniyanın və qalib ölkələrin bugünkü vəziyyətinə baxanda, çox absurd bir vəziyyətin şahidi oluruq».

E.Astanbəylinin fikrincə, alman xalqı bu gün qurduğu dövlətlə sübut etdi ki, o özü də faşizm üzərində qalib gəlib.

BU, FAŞİZM DEYİL, BƏS NƏDİR?

Cəbi Bəhrəmov
Cəbi Bəhrəmov
Tarixçi alim Cəbi Bəhrəmov isə E.Astanbəylini məsələləri qarışdırmaqda və Ermənistan prezidenti ilə eyni mövqedən çıxış etməkdə təqsirləndirdi:

«Hərc-mərclik törədənə qarşı cəzanın faşizm olaraq dəyərləndirilməsinə təəssüf edirəm. Ziya Bünyadovun ölümü erməni faşizminin sifarişi ilə həyata keçirilib. Bu, milli lider Heydər Əliyevin yaxın silahdaşlarını məhv etmək məqsədilə edilmişdi».

C.Bəhramov deyir ki, keçən əsrin 30-cu illərində alman xalqı faşizmi məhv etmək əvəzinə özü onu dəstəkləyirdi:

«Həmin faşizmə bilavasitə almanların özlərinin də münasibəti bəllidir. Görünür, 2-ci Dünya Müharibəsindən sonrakı dövrdə olan neofaşizmdən, Almaniyada yaşayan 3 milyondan artıq türk xalqına münasibətdən xəbəriniz yoxdur. Bu, faşizm deyil, bəs nədir?».

Elnur Astanbəyli isə deyir ki, tərəqqipərvər modern dünya yaratma yolundakı maneələrin aşılması 9 mayla bitən proses deyil. İnsanlıq fərqli sahələrdə indi də faşizmə qarşı mübarizəsini davam etdirir. Rusiyadakı son seçkilərə toxunan yazarın fikrincə, faşizm üzərində qələbə çalan bir xalq hazırda ur-faşizmdən əziyyət çəkir.

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG