Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:52

İctimai Palata Bakı meriyası qarşısında piket keçirəcək


Foto arxiv
Foto arxiv
İctimai Palata mayın 14-də Bakı şəhər İcra Hakimiyyətinin qarşısında aksiya keçirəcək.

İctimai palatanın katibi Gülağa Aslanlının APA-ya verdiyi məlumata görə, aksiyada həbsdə olan Palata üzvlərinin azad edilməsi, azad seçki, sərbəst toplaşmaq azadlığının təmin edilməsi və s. şüarlar səsləndirəcək.

Gülaga Aslanlı qeyd edib ki, İctimai Palatanın mayın 13-də istədiyi yerdə mitinq keçirməsinə icazə verilmədiyindən rəhbərlik mayın 14-də Bakı şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirmək qərarına gəlib.

İctimai Palata mayın 13-də «Dərnəgül» metro stansiyasının qarşısında yürüş mitinq-keçirmək istə sədə Bakı meriyası buna icazə verməyib.

Koordinasiya şurasının üzvü, Rafiq Manaflı deyir ki, hələlik piketlə bağlı müraciətə cavab verilməyib, amma aksiya istənilən halda keçirəcəyik.
XS
SM
MD
LG